Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İKİ DOSTUN DİRƏNİŞİ – Putin və Si Çzinpin çətin vəziyyətlə qarşılaşıblar

?????????????

Bu yay Vladimir Putin və Si Çzinpin onlar üçün dəhşətli olan bir şeylə – xalq qəzəbi ilə qarşılaşıblar.

Yenixeber.org:   İyirmi illik hakimiyyətdən sonra Rusiya prezidenti görünməmiş etirazlarla üz-üzədir: Moskva küçələrində böyük insan kütləsi azad seçkilər uğrunda nümayişə qalxıb. Öz növbəsində Çin lideri də Honkonqda Pekin hakimiyyətinə qarşı keçirilən etiraz nümayişlərini müşahidə edir. Hər iki liderin üzərinə gələn çətin sınaq onları bir-birinə yaxınlaşdırıb.

Rusiya və Çini birləşdirən ümumi çox şey var: Hər yerə müdaxilə edən xüsusi xidmət orqanlarının dəstəyilə avtoritar idarəetmə və oliqarxların əlindəki dövlət kapitalizmində korrupsiya hər tərəfə yayılıb.

Si Çzinpin və Putini həqiqətən də ideoloji faktor birləşdirir. Onların hər ikisi Qərbin demokratik modelini qəbul etmir. Hər iki lider öz xalqlarının insan haqları və qanunun aliliyinin riayət olunması yolundakı səylərini yatırmaq üçün hər şeyə gedirlər.

1536668881-4869

Si Çzinpin 2013-cü ildə hakimiyyətə gələndən indiyədək Vladimir Putinlə 30 dəfədən çox görüşüb. Çin lideri Putini özünün ən yaxın dostu adlandırır. Buna cavab olaraq Vladimir Putin öz dostunun ad günündə ona dondurma hədiyyə etmişdi. Bu cür diqqət göstərilməsi əlamətləri çox dərin şəxsi münasibətlərdən xəbər verir.

Putinin başqa seçim imkanı yoxdur. O, Krımı işğal edib, şərqi Ukraynada müharibə aparır, Suriyadakı xəstəxanaları bombalayıb və Avropadakı, ABŞ-dakı seçkilərə müdaxilə etməyə cəhd göstərib. Deməli, onun yeganə dostu kimi ortada qalan yalnız Çindir.

Çinin Moskva ilə yaxınlaşmaqda öz məqsədləri var. O, neft və qaz tədarük etmək niyyətindədir, digər tərəfdən isə ümumu quru sərhədlərinin təhlükəsizliyi, həmçinin də Arktika sularına çıxmaq üçün Rusiya ona lazımdır.

Qərbin narahatçılıq üçün əsası var. Onları ən çox Çin və Rusiya arasındakı inanılmaz yüksək səviyyəyə çatan hərbi əməkdaşlıq narahat edir. Hər iki ölkənin hərbçiləri Sakit okeandan tutmuş Aralıq dənizinə kimi və həmçinin də Sibirdə çoxsaylı müştərək təlimlər keçirirlər.

скачанные файлы (1)

Hətta 1950-ci illərdə Stalin və Mao arasındakı qısa “bal ayında” da, iki ölkənin strateji maraqları bu cür üst-üstə düşmürdü. Lakin keçən əsrin əllinci illərində iki ölkə münasibətlərində SSRİ birinci skripkada çalırdısa, indi vəziyyət dəyişib və artıq Çin lider mövqeyindədir.

Ticarət şərtləri Çin üçün hədsiz əlverişlidir. Çin Rusiyaya xalq istehlakı malları və avadanlıqlar satır və oradan isə xammal və silah alır. Yeni ipək yolunun şimal qanadının reallaşdırılmasından ötrü Çin Rusiyaya böyük vəsaitlər yatırır. Bu isə bir-birindən asılılıq münasibətləridir – Lenin bunu müstəmləkəçilik əlaqələri adlandırardı.

Lakin belə disbalans Vladimir Putinin qarşısına iki problem qoyur. Putin yalnız gücə hörmət edib, amma indi vəziyyət elədir ki, Pekinin yardımçısı rolunu oynamağa razışlamaqla, o, öz zəifliyini nümayiş etdirir. Putin özünü rus millətçiliyinin mübarizi kimi qələmə verir, lakin buna baxmayaraq, öz ölkəsini Çinin maraqlarına qurban verir. Hələ may ayında Rusiya öz “5G” mobil şəbəkəsi üçün Çinin “Huawei” şirkətini seçib. Beləliklə, Rusiya öz texnoloji gələcəyini Pekinin əllərinə buraxıb.

Rusiya prezidentinin apardığı xarici siyasət onu küncə elə sıxıb ki, seçim etmək imkanı tükənib. Qərb sanksiyalarından əziyyət çəkən Rusiya son beş ildə ev təsərrüfatındakı real gəlirinin 10 faizini itirib. Hazırkı iqtisadi vəziyyətin pisləşməsi ona gətirib çıxaracaq ki, ictimai narazılıq sürətlə artacaq və bəlkə də siyasi rəng də alacaq.

Öz növbəsində Si Çzinpin xalq üzərində dünyada analoqu olmayan sosial nəzarət sistemi həyata keçirib ki, bu da Çin Kommunist Partiyasının liderliyinin saxlanmasına imkan verir.

Həm Putin, həm də Si Çzinpin hesab edirlər ki, qonşu ölkələrdəki “rəngli inqliablar” Qərb tərəfindən təşkil olunub. İndi onlar reallıqdan qaçırlar: Moskva və Honkonqdakı hadisələr göstərir ki, ruslar və çinlilər onları istibdad girdbına sürükləyən hökumətdən yaxa qurtarmaq istəyirlər. Çin liderinin bəyanatlarına baxmayaraq, vaxt gələcək ki, kommunist partiyası ortadan yox olacaq. Sözsüz ki, Rusiya Putinsiz də mövcud olacaq. Hətta ola bilər ki, Putinin gedişindən sonra Rusiya hamının onunla hesablaşacağı böyük Avropa dövləti olsun. (“Le Point”-Fransa)

rusiya_1

“AzPolitika”nın əlavəsi: Hazırda Rusiya ilə Çin arasında həm siyasi, həm də iqtisadi sferada inanılmaz yaxınlaşma yaşanır. Rusiyanın ən böyük xarici ticarət tərəfdaşı Çindir. 2018-ci ilin məlumatına görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 108 milyard dollardır. Rusiyadan Çinə ixrac olunan malların həcmi 56 milyard dollar, idxal olunan malların həcmi isə 52 milyard dollardır. Göründüyü kimi, iki ölkə arasında Rusiyanın ticarət saldosu müsbət 4 milyard dollar təşkil edir.

Bir məsələni yada salmaq istərdik ki, vaxtilə Çinin SSRİ-yə ərazi iddiaları vardı. Hətta 1969-cu ilin martında Ussuriya çayı üzərindəki Damansk adasına iddialı olan çinlilər sovet əsgərlərinə atəş açmışdılar. İki həftə sürən silahlı münaqişə nəticəsində 58 sovet əsgəri həlak olmuş, 94 nəfər isə yaralanmışdı. Bundan dörd ay sonra – 1969-cu ilin avqust ayında buna oxşar hadisə Qazaxıstanla sərhəd olan Jalanaşkol gölü ətrafında baş vermişdi. Silahlı toqquşma zamanı 2 sovet əsgəri öldürülmüşdü. Əlbəttə ki, Çinin gözü indi də Rusiya torpaqlarındadır, sadəcə olaraq belə düşünürlər ki, hərəkətə keçməyin hələ vaxtı deyil.

Amma maraqlısı budur ki, 2004-cü ildə Rusiya prezidenti Vladimir Putin və Çin rəhbəri Xu Çzintao arasında bağlanan dövlət sərhəd müqaviləsinə əsasən, haqqında danışılan Damansk adası Çinə verildi. Adanın sahəsi 350 kvadrat kilometrdir. Bu heç də az ərazi deyil.

Korrupsiyalaşmış Rusiya pul müqabilində ölkənin şərq ərazilərini çinlilərə icarayə verir və çinlilərin da əsas işi meşələri qırmaqdır. Primorye, Buryatiya, Krasnoyarsk, İrkutsk, Tomsk və Altay meşələrində ekoloji soyqırım gedir. Rusiya idarəetmə strukturları pul üçün hər şeyə gedirlər. Bir çox ekoloqlar Sibirdəki son meşə yanğınları haqqında maraqlı mülahizə irəli sürüblər. Onlar bildirirlər ki, təbiət hayqıraraq deyir ki, siz bizi cana yığdınız və ona görə də, qırılmaqdansa yanıb kül olmaq daha yaxşıdır. Göründüyü ki, dərin analiz aparmadan da vəziyyətin necəliyini əyanı qavramaq olur.

(Vaqif NƏSİBOV
AzPolitika.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam