Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

PUTİN RUSİYANI “FÖVQƏLDÖVLƏT” ADLANDIRIR, AMMA… –Onun inadkar siyasəti qısamüddətli effekt verib

 

Moskva, Venesueladan tutmuş Suriyaya kimi, dünyada baş verən hadisələrdə fəal və inadla hərəkət edir. Siyasi şərhçilər bunu daha çox Putinin adına yazırlar.

Yenixeber.org: Deyirlər ki, o, Rusiyanı yenidən elə bir gücə gətirib ki, bu gün beynəlxalq arenada onunla hesablaşmaq məcburiyyətində qalıblar. Amma Rusiyanı zəif sayanlar da var.

ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt bu yaxınlardakı müsahibəsində maraqlı fikir söyləyib: “Putin özünün zəif kartlarıyla dünya siyasətində çox yaxşı oynayır”.

Lakin bu analizdə mühüm qüsur var. Qlobal siyasətdəki hakimiyyət kart paylamır. Bu dövlət siyasətinin istehsal məhsuldur. Putin öz ölkəsini demək olar ki, 20 ildir idarə edir. Əgər kimsə Rusiyanın mövqeyni zəiflədibsə, onda bunu elə onun özü edib.

Problemin kökü daha dinamik iqtisadiyyatın yaradılması qabiliyyətinin olmamasındadır. Enerji resurslarının yüksək qiymətləri və ehtiyatlı büdcə siyasəti sayəsində Kreml böyük ehtiyat fondları yaradıb, lakin artıq 10 ildir ki, ölkənin iqtisadiyyatında durğunluq müşahidə edilir.

2012-ci ildə prezident vəzifəsinə qayıtdıqdan sonra Putin vəd vermişdi ki, iqtisadiyyatın artım tempi illik 6% təşkil edəcək. Amma Rusiya iqtisadiyyatının indiki vəziyyəti təxminən elə 2008-ci ildəki kimidir. Sadə rusiyalıların orta real gəlirləri altı ildir ki, aşağı düşür. İqtisadiyyatın nominal hesablarına görə Rusiya iqtisadiyyatı Kanada və ya ABŞ-ın Texas ştatının iqtisadiyyatından zəifdir.

Əksər ekspertlər öz proqnozlarında bildirirlər ki, Rusiyanın builki iqtisadi böyüməsi iki faizdən aşağı olacaq. İndi çox az rusiyalı iqtisadi şərtlərin yaxşılaşmasına ümid bəsləyir.

İqtisadiyyatın ləng böyüməsi Rusiya hərbçilərinin xaricdə əməliyyat keçirmələrinə birbaşa təhlükə törətmir. Lakin Moskvanın 2018-ci il müdafiə xərcləri dünyada altıncı olub. Bu məsələdə Rusiya ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Fransadan geri qalır.

Böyümənin sürətlənməsi siyasəti Putinin verdiyi komanda sayəsində işə düşə bilər. Rusiya korrupsiyanı azaltmaq, iqtisadiyyatdakı rəqabət qabiliyyətini yüksəltmək və bürokratik süründürməçiliyin öhdəsindən gələ bilər. Lakin bu Putinin əsas tərəfdarlarına zərbə vuracaq. Çünki onun yaxın dostlarına, mühafizəkar seçicilərinə, dövlət məmurlarına və idxal məhsullarını yerli məhsullarla əvəz edən sahənin işçilərinə mövcud vəziyyət sərf edir.

Putinin xarici siyasəti də həmçinin belə bir reaksiya ilə qarşılaşır. Krımın ilhaqı Rusiya daxilində Putinin dəstəyinə gətirib çıxardı və bu vəziyyət dörd il davam etdi. Amma Ukrayna siyasəti üzündən ölkədə Rusiyapərəst seçicilər bloku ortadan qalxdı. Çünki Vladimir Zelenskinin prezident seçkilərindəki inamlı qələbəsi göstərdi ki, Rusiyaya sərf edən şərqi və qərbi Ukrayna arasındakı parçalanma artıq bu gün öz əhəmiyyətini itirib. Artıq çox tezliklə Çin Ukraynanın ən böyük ticarət tərəfdaşı kimi Rusiyanı əvəz edəcək.

Əlavə olaraq Moskva Ukraynadakı bütün fəaliyyətləriylə NATO-ya yeni enerji verdi. Avropadakı mərkəzdənqaçma meyllərinin aktivləşməsinə baxmayaraq, bu onların Rusiyaya sanksiya tətbiq etməsini əngəlləmədi. İndi bu sanksiyalar Rusiya iqtisadiyyatının böyüməsini xeyli ləngidir.

Putin haqqında deyirlər ki, o, Amerika siyasətindəki xaosu gücləndirib, hərçənd ki, bunun çox az sübutu var. Seçkilər üzrə ekspert Neyt Silver bildirir: “Əgər 2016-cı ildəki ən mühüm faktorların siyahısını yazsaq, onda sosial şəbəkələrdəki Rusiya izləri çətin ki, birinci yüzlüyə daxil olsun. Miqyas o dərəcədə əhəmiyyətsizdir ki, onların səmərəliliyi demək olar ki, yoxdur”.

ABŞ-dakı siyasi güclərin qütbləşməsi 2016-cı ildən əvvəl də vardı. Sözsüz ki, biz Putinin bacarıq və ustalığnı etiraf etməliyik. Kreml Suriyada müttəfiqi Bəşər Əsədin hakimiyyətini və bu ölkədəki öz hərbi-dəniz bazasını çox az itkilər bahasına da olsa, qoruyub saxlaya bildi.

Rusiya Yaxın Şərqdə İsrail, Fələstin, Səudiyyə Ərəbistanı və İranla yaxşı münasibətlər qurub. Moskvanın NATO üzvü olan Türkiyə ilə əlaqələri heç zaman olmadığı kimi möhkəmdir, Çinlə münasibətlər isə çox yaxşı vəziyyətdədir. Yəqin ki, Putin hər hansı bir vaxta kimi Venesueladakı Maduro rejimini də saxlaya biləcək.
Lakin digər sahələrdə Putinin inadkar siyasəti yalnız qısa müddətli effekt verib. Kremlin xaricdəki avantüralarından yorulan Rusiya cəmiyyəti bu uyğunsuzluğu hiss etməyə bilməz.

Keçirilən rəy sorğuları göstərir ki, rusiyalılar öz seçimlərində xarici siyasətə deyil, əsasən iqtisadi inkişafa üstünlük verirlər. May ayında keçirilən sorğuya görə, Putinin populyarlığı son 13 ilin ən aşağı səviyyəsindədir. Putin Rusiyanı uzunmüddətli geriləməyə salmaqla, bundan sonra da öz zəif kartlarından bacarıqla istifadə edə bilər. Bəlkə də Putin öz mövqeyini ölkədəki yaranmış mövcud vəziyyəti dəyişmək hesabına möhkəmləndirməyə cəhd göstərdi. Amma bu özündə siyasi risklər daşıyır. Çox böyük ehtimalla, köhnə variant yerində qalacaq.

İndi biz onun başına xarici siyasət tacı qoymamışdan əvvəl yada salaq ki, Putinin zəif kartları onun öz günahı üzündəndir. (“The Washington Post”)

SSRİ dağılandan sonra siyasi şərhçilərin böyük əksəriyyəti deyirdi ki, Rusiya yaxın zamanlarda dağılacaq. Yaxın zaman deyəndə onlar 10 ildən uzağı nəzərdə tutmurdular. Amma indi görürük ki, Rusiya nəinki parçalanıb, əksinə, o hətta gedib Venesueladakı proseslərə də qarışır.

Dünya tarixində iqtisadi resursu zəif olan hər hansı bir ölkə, heç zaman xaricdə ekspansionist siyasət yürütməyə cürət etməyib, ehtiyatla davranıb. Çünki rəqiblər fürsət düşən kimi, həmişə zərbə vura bilərlər. İndi bir müəmma meydana gəlir: Axı Rusiya nə demək istəyir? Onun apardığı siyasət avantüradır, yoxsa hansısa plan əsasında gedir?

Amma həqiqətən də Rusiyanın iqtisadi vəziyyəti normallaşmasa, böyük tənəzzüldən qaçmaq mümkün olmayacaq.

Hazırladı: Vaqif NƏSİBOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam