Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Mən varam” deyən və insanları etiraza təhrik edən “şeytan”–Əhmədinejad ev həbsinin bir addımlığında

 

Nəcmə Bozorgmehr

“Financial Times”

 

İranın sərt siyasət – prinsipçi qrupları bir dəfə onu "üçüncü minilliyin möcüzəsi" adlandırıblar. Lakin sabiq prezident Mahmud Əhmədinejad, bir prinsipçinin sözlərinə, tədricən hakimiyyət zirvəsinə qalxanları xəcil edən, pozucu bir qüvvə, "Şeytanın nökəri" halına gəlib.

Yenixeber.org: İqtidar dövrü korrupsiya iddiaları, sanksiyaların sərtləşməsi ilə ləkələnmiş populist siyasətçi bu yaxınlarda rejim liderlərini səriştəsizlikdə ittiham edərək, tənqidi çıxışlarını artırıb. Bəzi səlahiyyətlilərin fikrincə, dekabr ayında İslam Respublikasını silkələyən və ən azı 25 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyalarını dolayı yolla təşviq edib.

İğtişaşlar baş verdikdə cənab Əhmədinejad susdu. Lakin bu həftə Ali Dini Rəhbər Ayətullah Əli Xamneiyə açıq məktubla hücumlarına davam verib. O, "fundamental islahatlara" ehtiyac duyulduğunu və məhkəmə hakimiyyəti başçısını işdən çıxarılmasını təklif edib.

Əhmədinejad, həmçinin "ictimai etimadı bərpa etmək" məqsədilə hərbi qurumların "müdaxilə"si olmadan prezident və parlament seçkilərinin keçirilməsinə çağırış edib.

"Sistemə göndərdiyi mesajın məzmunu budur: məni ciddi qəbul edilmədiyimiz təqdirdə, oyununuzu pozacağam, – bir islahatçı siyasətçi deyir. – Onun yeganə təzyiq aləti “mən varam" deməsi və insanları təhrik etməsidir".

Cənab Əhmədinejadın hücumlarının əsas hədəfləri məhkəmə hakimiyyətinə və parlamentə rəhbərlik edən Sadiq Laricani və Əli Laricanidir. İslam Respublikası regional ziddiyyətlər və özünün ballistik raket proqramına görə ABŞ-ın artan təzyiqi və sosial narazılıq ucbatından keçirdiyi çətin, xüsusilə həssas bir dövrdə rejimin gövdəsinə batmış tikana çevrilib.

Ancaq rejimin özündən birinə sahib çıxması üçün mübarizə apardığı görünür.

İranın birinci vitse-prezidenti İshaq Cahangiri "Financial Times"a bildirib ki, “Əhmədinejad məsələsi bir qədər çətindir. O, sistem üçün tıxac yaratmaq gücündə deyil. Amma soruşuram, niyə onun öhdəsindən gələ bilmirlər?"

Məhkəmə hakimiyyəti bildirib ki, Əhmədinejad əleyhinə "işlər" var. Analitiklərin fikrincə, bu ittihamlar 2005-ci ildən 2013-cü ilədək, prezident olduğu dövrə aid korrupsiya ilə əlaqəli ola bilər.

Dövlət prokuroru Fəyyaz Şücai ötən il deyib: "Əhmədinejadın qərarlarından əmələ gələn ziyan o qədər böyükdür ki, onun hamısını üzə çıxarmaq qeyri-mümkündür". O əlavə edib ki, sabiq prezidentə qarşı "maliyyə fırıldaqları" ilə bağlı yeddi cinayət işi açılıb, onlardan beşi isə neft sektoruna aiddir.

Bəzi iranlıların rəyinə görə, Əhmədinejadın hücumları ona qarşı hər hansı mümkün məhkəmə hərəkətindən çəkindirmə cəhdidir. Sabiq prezident hər hansı bir səhvə yol vermədiyini və hökumətinin "ən təmiz" olduğunu söyləyir.

"Əhmədinejadın niyyəti özünə qarşı bütün iddialardan qurtulmaqdır, hətta bu, Ali Rəhbərin nüfuzuna zərbə vursa belə… – rejimin bir insayderi deyir. – O demək istəyir ki, Ali Lider əleyhinə çıxdıqdan sonra bəlaya düşüb və indi korrupsiyada ittiham olunduğunda zərbədən yayınmaq istəyir".

Cənab Əhmədinejad 13 il bundan əvvəl Xamneinin və islahatçılardan qisas almaq istəyən rejimin sərt tərəfdarlarının dəstəyi ilə, islahatçı Məhəmməd Xatəmidən sonra iqtidara gəlib. Bir çox iranlı Əhmədinejadın prezidentliyini İslam Respublikasının tarixində ən fəlakətli dövr hesab edir, çünki ölkə dərin tənəzzülə uğrayıb və dünyanın qalan hissəsindən təcrid olunub.

“İran yalnız islahatlarla sağ xilas ola bilər”, – deyən ruhanipərəst bir millət vəkili mübahisələrin böyüyən yadfikirliliklə, İran rejiminin müşküllərini artırması rəyindədir.

Trampın nüvə sazişi ilə bağlı təhdidləri İranın düşmənlərini daha da birləşdirir.

Analitiklər deyir ki, Xamneinin populistlərə verdiyi dəstək, əlbəttə, Ali Rəhbər ən pis siyasi səhvi olub. 2009-cu ildə Əhmədinejadın mübahisəli yenidən seçilməsi 1979-cu ilin İslam inqilabından bəri rejim əleyhinə ən böyük nümayişlər doğurub.

Etiraz aksiyaları aylar davam edib və baş verən iğtişaşlarda təxminən 100 nəfər ölüb. Yüz minlərlə adam küçələrə çıxdıqca, cənab Xamnei "Mənim fikrim Əhmədinejada daha yaxındır", – deyərək etirazlar daha da şiddətlənib.

Dekabrda baş vermiş iğtişaşlar 2009-cu ildəki etirazlardan sonra ən geniş yayılmış aksiyalar idi. Qadınlar ictimai yerlərdə hicablarını çıxararaq hökumətin qaydalara etiraz edib.

Prezident Həsən Ruhani bir çoxunu çaşdıran açıqlama ilə islahatçıları və prinsipçiləri bir-birindən ayıran mövzularda referendum keçirmək istəyəcəyini söyləməklə, narahatlıqları artırıb.

Hətta cənab Xamnei deyib: "Ədalətin bərqərar edilməsində geridə qalmışıq… Qüdrətli Allahdan və əzizlərimizdən üzr diləməliyik". Lakin o, rejimə heç bir təhlükə olmadığını da sözünə əlavə edib: "Hamı bilsin ki, İslam Respublikası güclüdür, çox güclüdür".

İslahatlı və mühafizəkar analitiklər deyirlər ki, Əhmədinejada dəstək azdır, amma o bu ritorika ilə, insanları etirazlara təşviq edə bilər.

"Göründüyü kimi, Əhmədinejadın analizi əksər insanların Ali Liderə qarşı olduğuna əsaslanır və o, islahatçılarla müqayisədə, daha yüksək səslə danışdığını isbatlamaq istəyir, – bir rejim tərəfdarı deyir. – Hələlik rejimin siyasəti – Əhmədinejadın “əllərini kəsmək”dir. Ancaq günlərin bir günü birbaşa Ali Lideri hədəf almağa cəsarət edərsə, dərhal ev həbsinə məhkum olunacaq".Tərcümə: Strateq

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam