Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İranda şəffaf büdcənin ortaya çıxardığı həqiqətlər:qarnıtox ruhanilər, ələbaxımlı yoxsullar, işsiz gənclər, inqilabçı siyasətçilər...

Nəcmə Bozorqmehr

“Financial Times” (Böyük Britaniya)

 

Prezident Həsən Ruhani builki büdcəni açıqladıqda, diqqəti sərt rəqiblərinin təsiri altındakı təşkilatların maliyyələşməsinə yönəltmək istəyirdi. Amma Ruhaninin şəffaflıq cəhdi son onilliklərin ən böyük anti-rejim etirazlarına səbəb olan ictimai qəzəb doğurdu.

Yenixeber.org: Dolanışığın çətinləşməsindən narazılıq və Ruhaninin islahat vədlərini yerinə yetirməməsindən şikayətlərə dini qurumlara və İslam rejimi daxilindəki qruplara aid olan digər təsisatlara vergiödəyiciləri hesabına böyük məbləğdə pul ayrılması da əlavə olundu.

İranlıların etirazlarına bir səbəb İslamı və İslam rejimin ideoloji əsaslarını təbliğ edən bir çox təşkilatlar üçün nəzərdə tutulan 31,1 trilyon rial (853 milyon $) vəsait idi. Bu, əvvəlki illə müqayisədə 9%-lik artımdır və xarici işlər, mədəniyyət nazirliklərinə ayrılan məbləğə, demək olar ki, bərabərdir.

Eyni zamanda, mart ayında parlament tərəfindən təsdiqlənməli olan dekabr (2017) büdcəsi yanacaq qiymətlərinin 50%-ə qədər artmasını, ən azı 30 milyondan çox insana aylıq dövlət ödənişinin (müavinətin) sona çatdırılmasını təklif edir.

İran büdcəsində müxtəlif sahələrə (təhsil, səhiyyə, müdafiə və s.) ayrılan vəsaitlər

 

İranlılar, adətən, qeyri-şəffaf maliyyə sistemində mürəkkəb büdcə prosesinin fərqinə varmırlar. Ancaq bu dəfə iranlılar ictimai mediadan hökumətin xərcləmə planlarında əksini tapan ədalətsizliklərin ifşa olunması üçün istifadə etdilər. Bu, korrupsiya, yüksək işsizlik göstəricisi və sosial məhdudiyyətlərdən bezən, teokratik rejimdən məyus olmuş gənc, şəhərləşmiş əhali arasında qığılcım yaratdı.

İranda populyar olan “Telegram” şəbəkəsində paylaşılan mesajların birində deyilirdi:"Qida və Dərmana Nəzarət İdarəsinin büdcəsi (2 trilyon rial) mədrəsə alimlərinin və işsiz ruhanilərin sığortalanması üçün ayrılan büdcədən (2,9 trilyon rial) az olduqda, özümüz, ailələrimiz və ölkəmiz üçün gözyaşı tökmək məcburiyyətindəyik".

Körfəz ölkələrinin ÜDM-ində müdafiə xərclərinin faizi 

 

Ruhani hökumətinin, ənənəvi olaraq rejimin sərt tərəfdarlarının xeyriyyə təşkilatlarına güvənən dini qurumlara xərcləri artırması, iranlıların rəhbərlərdən məyusluqlarını daha da gücləndirdi. Halbuki praqmatik siyasətçi kimi, may ayında islahatçı gündəmlə iqtidarını ikinci müddətlə təmin edərək, o, seçicilərdə dəyişiklik ümidi yaratmışdı.

2005-ci ildən etibarən İslam Respublikasının neft gəlirlərindən yüz milyardlarla dollar gəlir əldə etdiyini düşünən islahatçı iqtisadçı Səid Laylaz soruşur: “Bu pullar nəyə xərclənib? 35 milyon adam yoxsulluq səviyyəsindən aşağı həddədir və 3,2 milyon adam ac halda yuxuya gedir”.

“Financial Times”-ın araşdırması göstərir ki, sərt siyasət tərəfdarı olan (prinsipçi) Mahmud Əhmədinejadı əvəzləmiş Ruhaninin iqtidara gəldiyi 2013-cü ildə müdafiə və təhlükəsizlik sahəsində büdcə xərcləri real mənada 18% artıb, İslami təbliğat müəssisələri və mədrəsələr üçün ayrılan xərclər isə 26%. Eyni dövrdə təhsil və səhiyyə xərcləri müvafiq olaraq 17% və 21% artıb, Mədəniyyət Nazirliyinin büdcəsi isə 12% azalıb.

Dekabr ayının büdcənin beşdə biri və ya 22,1 milyard $ müdafiə xərcləri üçün nəzərdə tutulub – bu, demək olar ki, təhsil, səhiyyə və sosial rifah üçün birgə ayırmalara bərabərdir. Bu məbləğin 7,7 milyard $-ı böyük iqtisadi imperiyanı idarə edən güclü və sabit qüvvəyə – İnqilab Keşikçilərinə (İİKK) veriləcək.

İİKK-in xaricdəki qolu, “Quds” qüvvələri vasitəsilə Tehranın milyardlarla dollar sərf etdiyi iddia olunur: Suriya münaqişəsində o, prezident Bəşər Əsədi dəstəkləyir və İraqda İŞİD-lə mübarizədə aktivdir.

Bu ay ölkədəki minlərlə nümayişçi şəhər və qəsəbə küçələrinə çıxdıqda, bir çox insan "Suriyanı yox, bizi düşün!" deyirdi. Etirazçılar, həmçinin "Ruhaniyə ölüm" deyərək bəzi şəhərlərdə polis binaları və banklar daxil olmaqla, dövlət binalarına hücum ediblər. 10 gün davam edən iğtişaşlarda ən az 25 adam, polis və mühafizə məmuru öldürülüb.

Büdcədə “Qüds” qüvvələrinin  adı, əlbəttə, yoxdur. Lakin bu il şəhid komandanların və ideoloji təqvim günlərinin şərəfinə adlandırılan bir çox layihələr var. Bu layihələrlə İnqilab Keşikçiləri 1,7 milyard $ maliyyə alacaqlar.

Tehran iddia edir ki, onun müdafiə büdcəsi, ümumi daxili məhsulun (ÜDM) təxminən 5%-i qədərdir və bu, münaqişə gedən ölkələrlə orta sərhədləri olmasından yaranan faktdır. Üstəlik, İranın əsas regional rəqibi olan Səudiyyə Ərəbistanı 2018-ci ildə müdafiə sahəsinə 84 milyard $ (ÜDM-in 10%-i) vəsait sərf etməyi planlaşdırır.

İranın ümumi daxili məhsulunun (ÜDM) dinamikası

 

Amma dövlətin xərcləmə planları ilə Ruhani qarşılaşdığı çətinlikləri vurğulayır; o, Əhmədinejadın iki iqtidar dövründə sanksiya və populist siyasətlə durğunlaşan iqtisadiyyatı sərt siyasət tərəfdarlarının gözünə soxmaq istəyir.

2013-cü ilin ortalarında, Ruhani vəzifəyə gəldiyi zaman illik inflyasiya 40%-dən çox idi, lakin bu müddət ərzində 10%-ə enib. Amma iranlıların yaşayış xərcləri təxminən 60% artıb.

İslahatçı siyasətçilər iddia edirlər ki, dekabrın 28-də xalqın ümidsizliyinə güvənərək Məşhəddə keçirilən mitinqlə, məhz sərt siyasət tərəfdarları ümummilli etirazların katalizatoru olub, bununla da prezident və onun islahatlarının qarşısını almağa cəhd göstəriblər.

"Cənab Ruhani büdcəni şəffaf etmək iqtidarında deyil. Onun ilk addımı prinsipçiləri daha məsuliyyətli, maliyyə hesabatlı etmək idi və bu, narazılıqla cavablandırıldı, –bir sabiq maliyyə məmuru “FT”-yə bildirib. – Büdcənin təxminən 20-30 faizi İslam rejimi ideologiyasının müxtəlif formalarda təşviq edilməsinə və sadiq qüvvələri təmin etməyə sərf olunur. Bu halda, o necə şəffaf ola bilər?"

Hazırda neft ixracatı iki dəfədən çox artıb, çünki Ruhani 2015-ci ildə dünya gücləri ilə nüvə razılaşması imzalayıb, iqtisadiyyatı tənəzzüldən çıxarıb və hökumətin vergi yığımlarına nəzarətini gücləndirib. Ancaq güclü dini qurumlar və İslam rejiminin "inqilabi" təsisatları bu maliyyə ili üçün hədəflənən vergi gəlirlərindən yalnız 11,2 milyon $-ını ödəyəcək.

Korrupsiyaya qarşı mübarizə aparan və İnqilab Keşikçilərinin biznes imperiyasını cilovlamaq istəyən prezident bu ay baş verən iğtişaşlarından islahatlar və daha böyük şəffaflıq naminə faydalanmaq istədiyinə eyham vurub. Lakin ona səs verən 24 milyondan çox insan prezidentin təslim olmayacağına əmin deyil.

32 yaşlı evdar xanım Məryəm deyir: "Ruhani bizə uğur gətirmədi. Ruhanilər büdcədən öz payını alır, yoxsullar isə günbəgün daha da yoxsullaşır. Etirazçılar haqlıdır. Daha heç bir islahata ümid yoxdur. Onların [İran liderlərinin] hamısı bir bezin qırağıdır".Tərcümə: Strateq

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam