Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

NİYƏ ETİRAZÇILAR RUHANİYƏ QARŞI BU QƏDƏR QƏZƏBLİ İDİLƏR? –İran prezidentinin 24 milyon seçiciyə borcu var - TƏHLİL

Aleks Vatanka

“Foreign Affairs” (ABŞ)

 

Yenixeber.org: İrandakı son etiraz dalğasının başlaması tarixindən – dekabrın 28-də bəri Qərb mediasının diqqəti, vətəndaşların qəzəbini doğurmuş əsas amillər kimi, qeyri-mütənasib sosial-iqtisadi səbəblərə yönəlib. İqtisadi çətinliklər, şübhəsiz ki, başlıca səbəbdir, amma əsas siyasi şikayətləri nəzərə almamaq ölkənin gələcəyi üçün daha böyük mübarizəni gözdən qaçırmaq deməkdir.

Prezidenti Həsən Ruhani nümayişlərin nə ilk hədəfi, nə də onların birbaşa baiskarı olsa da, ötən ilin may ayında yenidən seçilməsinə səs verən təxminən 24 milyon iranlını məyus edib. Ruhani özü yolu ilə getmək əvəzinə, dəfələrlə Ali Rəhbər Ayətullah Əli Xamneinin cızdığı xəttə qayıdıb və iranlılarla hakimiyyətdə olan şiə-islamçı elita arasındakı boşluğu genişləndirib.

Uzunmüddətli perspektivdə böyük islahatlardan başqa heç nə İslam Respublikasını xilas edə bilməz.

Bəzi Qərb KİV-lərində bu cür təsvir olunmasına baxmayaraq, Ruhani heç vaxt özünü siyasi islahatçı adlandırmayıb və İran ictimai fikri də onu heç vaxt islahatçı hesab etməyib. Ruhaninin seçkidə qələbəsi özünün populyarlığı deyil, sərt siyasət tərəfdarı olan rəqibinin – İbrahim Rəisinin qeyri-populyarlığı ilə daha çox bağlı idi. Lakin kampaniyanın gedişində Ruhani seçiciləri silkələyən əsas vədi səsləndirdi: yenidən seçildiyi təqdirdə, vətəndaşlar daha böyük siyasi azadlıqlar əldə edəcəklər.

İkinci iqtidarı dövründə, o, hökumətin "iranlıların hamısı"na məxsus olacağını, gənclər, qadınlar, etnik və dini azlıqlar üçün siyasi iştirak yolunu açmağa çalışacağını söyləyib. 2011-ci ildən etibarən ev dustaqlığında olan müxalifət liderlərinin sərbəst buraxılacağına (bunu 2013-cü ildə ilk seçkidə də vəd etmişdi) söz verib.

Seçkidən sonrakı ilk ildə Ruhaninin şüarları və gerçəklik arasındakı boşluq göz deşir.

Məyusluq yenidən seçildikdən sonra Ruhanin verdiyi ilk mətbuat konfransından başladı. Həssas və təmkinli Ruhani ölkənin siyasi məhbuslarını xatırlatmaqdan imtina etdi, halbuki onların azadlığa çıxması prezident kampaniyasının təməl prinsipi idi. Amma bunu bəyan etmənin özü pis nəticə verərdi – Xamneiyə meydan oxumaq və mandatın itirilməsi.

Daha sonra Ruhani islahatçılardan məhrum olan hökumət qurdu. Hətta bundan da pis – Xamnei tərəfindən əvvəlcədən təsdiqlənmiş nazirlər kabineti.

Kampaniyası zamanı İranın qadın fəalları və seçicilərini səmimiyyətinə inandırmışdı, lakin həmin çağırışa baxmayaraq, kabinetinə heç bir qadın daxil edilmədi. Eyni zamanda, o, əhalinin təxminən on faizini təşkil edən və seçkidə ona rekord dəstək vermiş (İraq Kürdüstanı və Bəlucistanda hər on seçicidən yeddisi) İranın sünni azlıqlarına xəyanət etdi.

Ruhani rəqibini dəstəkləyən şiə-islamçı din xadimlərini razı salmağa çalışdı və onun kabinetinə sünnilər daxil olunmadı. Ruhani hökuməti ölkənin 31 əyalətindən heç birinə sünni qubernator təyin etməyib.

O, 12 nəfərdən ibarət və yalnız Xamneiyə tabe Nəzarətçilər Şurasına boyun əydi. Bu şura bütün hökumət qərarları və namizədləri təsdiqləyən filtr kimi fəaliyyət göstərir. Namünasib şəxsləri parlamentdən kənarlaşdırır və qeyri-müsəlmanların hətta bələdiyyələrdə vəzifə tutmasına a mane olur. Nəticə etibarilə bu, İranın qədim zərdüştçü-atəşpərəst, yəhudi və xristian icmalarını siyasi prosesdə ikinci dərəcəli vətəndaş kimi kodlaşdırmaq deməkdir.

Bu epizod həm də İranın hökmdarları ilə hökm verdikləri arasında böyük demoqrafik uçurumu vurğulayır. Nəzarətçilər Şurasının rəhbəri Əhməd Cənnətinin, rejimin ideoloqunun 90 yaşı, son günlərdə tutulan nümayişçilərin 90 faizinin isə 25 yaşı var.

Yenidən seçildiyi vaxtdan etibarən, Ruhani ona səs verən əsas demoqrafik qrupları əldən buraxdı və bunun əvəzinə, sərt siyasətçilərlə davamlı yanaşı yaşama platforması yaratmağa çalışdı. Xamneidən sonra növbəti lider olmaq istəyən bir adam kimi, o, hakimiyyətin zirvəsinə yüksəlmə şansını itirmək istəmir, buna görə də, İslam Respublikasının prinsipçilər fraksiyasını düşmən görmür.

Kampaniya zamanı verdiyi vədlər artıq itmiş yaddaşdır.

Ruhani ənənəvi olaraq İraq və Suriya kimi yerlərdə İranın bölgə hərbi əməliyyatlarına rəhbərlik edən, eləcə də evdə etiraz aksiyalarını boğan, İnqilab Keşikçilərindən (İİKK) məsafədə qaldı. 2017-ci ilin dekabrında onun büdcəsini artdığını açıqladı və korrupsiyaya dair tənqidi, narahatlıqverici fəaliyyətlərin qarşısını almaq üçün beynəlxalq təzyiqlərə müqavimət göstərdi.

İnqilab Keşikçilərinin nəzarət etdiyi ballistik raket proqramına və ya “Qüds” Qüvvələrinə – İIKK-in filialına daha çox pul ayrılacağı may ayında yenidən seçilmək istəyərkən, Ruhaninin gündəmdə yox idi. Amma nümayişçilərin şüarlarında İnqilab Keşikçilərinə qarşı artan ictimai narazılıq vardı: "Nə Qəzza, nə Livan, canım sənə fəda, İran".

Son aylarda İrana bir sıra ölümcül zərbə vurmuş zəlzələlər və dövlətin buna təpkisi İslam Respublikasının xarici prioritetlərə çox diqqət yetirdiyini göstərdi.

Onun kəşfiyyat şöbəsi bir sıra ikili vətəndaşlığı olan şəxsləri tutdu və xarici investorları qorxutmaq istədikdə, Ruhani iş yerlərinin azalacağından ehtiyatlandı, amma İnqilab Keşikçiləri Ruhaniyə açıq-aşkar qarşı çıxdığından seçilmiş prezident yenidən rejimin sabit elementlərini dəstəkləmək yolunu tutdu. Halbuki may ayında baş tutan açıq müzakirələrdə, canlı televiziya yayımında Ruhani, İranın qlobal imicini pozan qanqster taktikasına görə sərt siyasət tərəfdarlarına, o cümlədən İnqilab Keşikçilərinə hücum etməklə, çoxlarını həyəcanlandırmışdı.

Amma o vaxtdan Ruhani eyni elementlərə müqavimət göstərmək üçün az işlər gördü. Bunu etmədiyindən, o, İslam Respublikasında seçkili və qeyri-seçkili orqanlar arasında hakimiyyətin bölüşdürülməsində tarazlıq yaratmağı bacara bilmədi. Həm də bu sistemin seçki vasitələrlə islah edilə biləcəyi məsələsinə də şübhə yaratdı.

Əlbəttə, bu məsələlərdə yalnız Ruhani ittiham edilə bilməz. 2009-cu ildən etibarən, İranın siyasi islahat prosesini boğmaq üçün əlindən gələni edən Xamnei və İnqilabçı Keşikçiləri olub.

Bununla belə, Ruhani son etirazlardan öz adamı kimi çıxma imkanını saxlayır. Ötən may ayından etibarən o, növbəti lideri olmaq üçün prinsipçilərə doğru hərəkət etdi.

Xalq qəzəbinin miqyasından rejimin tərəfdarları sırasında yaranan sarsıntı Ruhanini masa arxasında kiminlə oturması barədə düşündürməlidir. Onun çatdırmalı olduğu bircə ismarış var: İslam Respublikasını canlı saxlamanın yeganə yolu – dərin və mənalı siyasi islahatın başlamasından ibarətdir.

Bu çox gec də ola bilər, amma Ruhani onu yenidən seçən təxminən 24 milyon seçiciyə borcludur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam