Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -DETALLAR

media-001

Son aylarda “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin fəaliyyəti ilə bağlı ciddi iddialar yayılır.

Yenixeber.org: Qurumun direktoru Məhəmməd Musayev və onun yaxın ətrafı uzun müddətdir işçilərin əməkhaqlarından qanunsuz tutulmalar aparır, dövlət əmlakından şəxsi maraqlar naminə istifadə edir və yeraltı-yerüstü keçidlərin idarə olunmasını yararsız vəziyyətə salıb.

İddialara görə, MMC-də çalışan müxtəlif kateqoriyadan olan işçilərin maaşlarından hər ay səbəbsiz və qeyri-qanuni şəkildə vəsait tutulur.

Xadimələrdən 5–7 manat, sahə rəislərindən 40 manat, operatorlardan 10 manat, nəzarətçilərdən isə 12–15 manat məbləğində kəsintilər edilir.

XALQ-ın əldə etdiyi məlumata əsasən, peşəkarlığa deyil, fərqli meyarlara üstünlük verilməsi nəticəsində keçidlərdəki eskalatorların 70 faizdən çoxu yararsız vəziyyətə düşüb. Rəhbərliyin əsas diqqəti isə obyektlərin sayını artırmağa, keçidlərdəki xidmət otaqlarını mağazaya çevirib icarəyə verməyə yönəlib. Bununla yanaşı, başqalarının adına olan maaş kartlarındakı vəsaitlərin mənimsənildiyi də iddia olunur.

Daha bir ciddi iddiaya görə, idarədə çalışan sahə rəislərinin hər birinin cibində iki maaş kartı mövcuddur.

media-03

İddialara əsasən, keçidlərin işıqlandırılması və eskalatorların fəaliyyəti üçün ayrılan elektrik enerjisi qeyri-qanuni şəkildə keçidlərin ətrafında və daxilində fəaliyyət göstərən mağaza və köşklərə satılır. Bu prosesdə Quliyev Sənan və Nehmetov Nazir adlı şəxslərin vasitəçilik etdiyi, toplanan vəsaitin isə Məhəmməd Musayevə təqdim edildiyi bildirilir. Qeyd olunur ki, həmin şəxslər “Azərişıq”ın əməkdaşları olmadığı halda oğurluq enerjidən pul yığırlar.

media-02

Mənbələr bildirir ki, Məhəmməd Musayev Nurəddin oğlu barəsində ciddi araşdırma aparılarsa, dövlətə vurulan böyük maddi zərərlər üzə çıxa bilər. İddialara görə, aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, onun rəhbərliklə qohumluq əlaqələrinə görə məsələ uzun müddətdir diqqətdən kənarda saxlanılır.

Musayev özünü idarədə “toxunulmaz şəxs” kimi aparır, işçilərə yuxarıdan aşağı baxır və hər gün idarəyə gələrkən işçilərin sıraya düzülərək baş əyməsini tələb edir. Keçidlərə yaxın obyekt sahiblərindən masa və ya reklam panosu yerləşdirdiklərinə görə aylıq rüsum toplandığı da qeyd olunur.

Bildirilir ki, Məhəmməd Musayev 2023-cü ilin sentyabr ayında vəzifəyə başladıqdan sonra keçidlərdəki xidmət otaqlarında Ümummilli Lider Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəkillərinin asılmasını qadağan edib və həmin şəkilləri toplatdırıb. Bu addım cəmiyyətdə ciddi narazılıq doğurub.

İddialara görə, “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin balansında olan keçidlərdəki işıq sayğaclarından direktorun icazəsi ilə aşağıdakı obyektlərə qanunsuz elektrik enerjisi verilib:

Beş mərtəbə yeraltı keçid – 37 mağaza

Milli Bank yeraltı keçid – 12 mağaza

Nizami yeraltı keçid – 1 mağaza

Targovu yeraltı keçid – 1 mağaza

Ağ şəhər yeraltı keçid – 1 köşk

Luna park yerüstü keçid – 1 köşk

Ağa Nəmetulla yeraltı keçid – 1 mağaza

Heydər Əliyev ASAN Xidmət yerüstü keçid – 1 köşk

Babək–Azneft yeraltı keçid – 1 köşk

Babək “Monte Karlo” yeraltı keçid – 1 köşk

Olimp yeraltı keçid – 3 mağaza

Azadlıq 189 – 1 mağaza

Z. Bünyadov 11 yerüstü keçid – 1 mağaza

Aviasiya keçidi yeraltı keçid – 1 köşk

Rəsulzadə qəsəbəsi, Araz marketin yanı yerüstü keçid – 1 mağaza

Atatürk 47 yerüstü keçid – 1 köşk

Sabunçu yerüstü keçid – 2 köşk

Salyan avtovağzal yeraltı keçid – 1 köşk

Qeyd edək ki, “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbəri Məhəmməd Musayevin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun yeznəsidir və bu qohumluq əlaqəsinin onun uzun müddət toxunulmaz qalmasına əsas səbəblərdən biridir.

Məsələ ilə qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmadı  yazıda adları keçənlərin fikirlərini dərc etməyə hazırıq.

Biz əminik ki, bütün bu əməllərə görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Əmək Müfəttişliyi qısa zamanda tədbir görəcək, bu işlərdə əli olan başda idarə direktoru Məhəmməd Musayevlə bağlı araşdırma aparılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam