TRAMPIN İSRAİLLƏ BAĞLI “AT GEDİŞİ”... –Və ya ABŞ Prezidenti Netanyahunun amansız qətliamlarını niyə dəstəkləyir?

Bütün dünya, sözün tam mənasında, İsrailin üzərinə yeriyir. Sual yaranır: qlobal miqyasda hədsiz böyük gücə sahib olan yəhudi faktoru harada qalıb ki, İsrail belə böyük təzyiqlə üz-üzədir?
Yenixeber.org: İlk baxışda çətin görünən bu sualın cavabı əslində xeyli sadədir: dünya yəhudiliyi iki böyük qrupa parçalanıb. Bir qədər ümumiləşdirərək bu qrupları belə ifadə etmək olar:
Birinci qrup sionistlərdir. Onlar Nil çayından Türkiyənin cənub-şərqinə qədər uzanan geniş ərazilərdə – “Vəd olunmuş torpaqlarda” Böyük İsrail dövlətinin qurulmasına çalışırlar. Netanyahu həmin qrupun təmsilçisidir. Bu anlayış yəhudi toplumuna “Eres İsrael” kimi təqdim olunur.

İkinci qrup isə liberal qlobalçılardır. Onlar dünya üzərində təsir gücünü daha da artırmağa çalışırlar. Bu qrupu yönləndirənlər – başda ABŞ-ın Federal Rezerv Sistemi (FED) olmaqla, 40-a yaxın dövlətin mərkəzi bankını öz təsir dairəsində saxlayan yəhudi ailələridir. İngiltərə, Almaniya, Rusiya, Çin, Türkiyə, Fransa və digər ən önəmli dövlətlərin mərkəzi bankları maliyyə-kredit sisteminin əsas istiqamətlərini bu ailələrlə uzlaşdırmaq zorundadırlar. Dövlətlər böyük ailələrin razılığı olmadan öz mərkəzi banklarına rəhbər təyin edə bilməzlər. Başqa sözlə, yəhudi toplumunun liberal-qlobalçı qanadı maliyyə sistemi vasitəsilə dünyanın çox əhəmiyyətli hissəsi üzərində ciddi nəzarət mexanizmi yarada bilib.
Sionistlər nəyin bahasına olursa-olsun Böyük İsraili yaratmağa çalışırlar. Gücləri yetmir, amma gələcək İsrail torpaqları kimi gördükləri Fələstin, Livan, Suriya kimi qonşuları ilə açıq konfliktdədirlər.
Qlobalçılar isə “Eres İsrael” ideyasını qəbul etməsələr də, son dövrlərə qədər İsrail dövlətinin bu yöndəki çalışmalarına nisbətən təmkinlə yanaşırdılar.

HƏMAS-ın 7 oktyabr terroru məsələni kökündən dəyişdi. Əslində terror aktının özü beynəlxalq imic baxımından həm sionistlərin, həm də qlobalçı yəhudilərin lehinə işləyirdi. Lakin Netanyahu hökumətinin terrora hədsiz böyük qətliamlarla cavab verməsi işi tərsinə çevirdi. Ağına-bozuna baxmadan şəhərləri ağır aviazərbələrlə yerlə-yeksan etmək, on minlərlə günahsız insanı qətlə yetirmək bütün dünyanı İsrail düşməni etdi.
Məsələ yalnız İsraillə bitmir. Bütün dünya yəhudiləri Netanyahunun aviazərbələrinin “qurbanına” çevrilirlər. Hər yerdə misli görünməmiş yəhudi düşmənçiliyi vüsət almaqdadır. Dünyanın müxtəlif ölkələrində istirahətə gələn yəhudi hərbçiləri həbs olunur, hətta avropalılar yəhudi turistləri otellərdən qovurlar.

Antiyəhudi dalğası, heç şübhəsiz, dünya idarəçiliyini möhkəmləndirməyə çalışan qlobalçı yəhudilərdən də yan keçmir. Sionistlərin qətliamları dünya ictimai rəyini yəhudiliyə qarşı çevirirsə, bu təzyiq qlobalçı yəhudilərə qarşı da yönəlir.
Qlobalçıların sionistlərə yanaşması təxminən belədir: “Dünyanın çox kiçik bir hissəsini ələ keçirməyə çalışırsınız, amma bizim bütün dünya üzərindəki təsir gücümüzü baltalayırsınız.”

Başqa sözlə, dünya yəhudiliyinin daxilində sionist cinahla qlobalçı cinah arasında çox dərin uçurum yaranıb. Maraqlar toqquşur və tərəflərdən heç biri geri addım atacaq kimi görünmür. Sionistlərin hər addımı antiyəhudi ovqatını gücləndirir və qlobalçılar bunun qarşısını almaq məcburiyyətində qalırlar.
Bu kontekstdən yanaşdıqda, qlobalçıların təsir dairəsində olan Avropa dövlətlərinin və Çinin sərt anti-İsrail tutumunun mahiyyəti anlaşılır. İngiltərə, Fransa, Hollandiya, İspaniya, Çin və digər dövlətlər İsrail əleyhdarı və Fələstin tərəfdarı kimi çıxış edirlər. Aydındır ki, bu dövlətlərin anti-İsrail tutumunun arxasında müsəlman Fələstinlə bağlı sevgi dayanmır. Belə dövlətlərin əksəriyyətində anti-İslam ideyaları geniş yayılıb. Onların anti-İsrail siyasətinin əsl səbəbi odur ki, qlobalçı yəhudilər sionist İsraili cilovlamaq, qanuni sərhədlər çərçivəsinə qaytarmaq üçün çaba göstərirlər.
Bu səbəbdən qlobalçıların nəzarətində olan beynəlxalq təşkilatlar və media qurumları sionistlərin üzərinə ayaq açır. Qlobalçılarla birgə hərəkət edən Avropa dövlətlərində yüz minlərlə insan küçələrə çıxarılır, dövlətlər İsrailə qarşı təzyiq və sanksiya mexanizmlərini işə salırlar. Qlobalçı mediyada yayılan əhval-ruhiyyəyə görə, hətta İsrail dövlətinin xəritədən silinməsi də mümkün variantlar arasındadır.

Gələk ABŞ Prezidenti Donald Trampın Netanyahu və sionist İsrailə verdiyi dəstəyə. Tramp və komandasının həqiqi niyyətlərini bilmirik. Amma ortalıqda, şahmat termini ilə desək, bir “at gedişi” məsələsi var. Tramp açıq şəkildə bəyan edir ki, Birləşmiş Ştatları qlobalçıların toxuduğu dərin dövlətdən, FED-i isə yəhudi ailələrinin caynağından xilas etməyə çalışır. Tramp və komandası gözəl anlayır ki, sionistlərin amansız qətliamları bütün dünyanı yəhudi faktoruna qarşı – deməli, həm də qlobalçı yəhudi ailələrinə qarşı ayaqlandırır. Bu qətliamlar nə qədər uzun müddət davam edəcəksə, dünya yəhudiliyinin hər iki qanadı o qədər böyük zərbə alacaq.
Qısası, İsraili bütün növ silahlarla təmin edən və Netanyahunu qeyd-şərtsiz dəstəkləyən Tramp yəhudi faktoru ilə bağlı ikili qazanc əldə edir. O, bir tərəfdən ABŞ siyasətinə ciddi sirayət etmiş sionist lobbinin dəstəyini qazanır, digər tərəfdən isə bütün dünyada vüsət alan antiyəhudi alovunu körükləyir və yenməyə çalışdığı qlobalçı yəhudiləri zəiflədir.(Azpolitika)
Namiq Bilal