Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məhkəmə Saakaşvili barəsində qərar verdi

 

Tbilisi şəhər məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili barəsində qərar qəbul edib.

Yenixeber.org xəbər verir ki, məhkəmə Saakaşvili, eləcə də onun mühafizə xidmətinin eks-rəisi Teymuraz Canaşiyanın dövlət xəzinəsinə 9 milyon lariyə qədər (3 milyon dollardan çox) vəsait ödəməsinə qərar verib.

Həmin vəsaitlərin Saakaşvilinin hakimiyyətdə olduğu illərdə mənimsənildiyi qeyd olunub.

Bu iddia ilə bağlı isə məhkəməyə Gürcüstanın Maliyyə Nazirliyi müraciət etmişdi. Nazirlik bildirib ki, Saakaşvili və Canaşiya bu ilin martında təqribən 9 milyon lari həcmində vəsaiti mənimsəməkdə təqsirli bilinibsə, o zaman həmin pulların dövlət xəzinəsinə qaytarılması mütləqdir. 

Xatırladaq ki, 57 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. Saxlanıldığı gün aclıq aksiyasına başlayan keçmiş prezident 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur. Həkimlər onun səhhətinin tədricən yaxşılaşdığını qeyd edib.

Onu da bildirək ki, gürcü siyasətçi bundan əvvəl bir neçə cinayət işi üzrə mühakimə olunub. Bununla belə, bir neçə ittiham üzrə məhkəmə prosesləri davam etdirilir. (Interpressnews)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam