TRAMP-MASK CÜTLÜYÜ QLOBALÇILARIN DÜNYA HEGEMONİYASINI BİTİRİR - FED-ə son hücum planı və İsrail üçün “tələ"...

Trampın Qəzzanı köçürmə planının arxasındakı əsl niyyəti də ortaya çıxır
Yenixeber.org: Bu gün ABŞ-də baş verənlər ˝dəlisov Trampın heyrət doğuran şıltaqlıqları˝ deyil, Amerikanı quran və dünya hegemonu edən iki ˝böyük ağılın˝ dərin toqquşmasıdır. Bu toqquşmanın əsl səbəblərini anlamaq üçün tərəflərə bir qədər yaxından baxmağa ehtiyac var.
Yəhudi əsilli araşdırmaçı-bloqer Mixail Frinkelin dedikləri demokrat-qlobalçı qruplaşmanın mahiyyətinə xeyli aydınlıq gətirir. O deyib: ˝Yəhudilər əsrlər boyu bütün dünyada əzilib, soyqırımlara məruz qalıblar. Soyqırım qorxusu yəhudilərin genlərinə oturub. İkinci dünya müharibəsindən sonra ABŞ demokratları ilə birlik olub çox təhlükəli qloballaşma ideologiyasını uydurdular. Onlara görə yəhudi millətindən olmaq təhlükəlidirsə, qoy ümumiyyətlə millətlər olmasın. Ağ amerikalılar və avropalılar yüz milyonlarla miqrantın içərisində ərisinlər. Dövlət də olmasın, sərhəd də olmasın, millət də olmasın. Dünyada cəmi bir dil, ingilis dili olsun. Ailə də olmasın, din də olmasın. İki cins yerinə 65 cins uydurublar. Bütün dünyada LGBT-ni yayırlar. Bunlar psixopatdırlar˝.
Dövlətin əsas millətini miqrantlar içində əritmək siyasətinə ağ amerikalıların və yerli avropalıların ciddi təpki göstərmələri təbii haldır. ABŞ-də bu, Tramp-Mask fenomeninin meydana çıxması, Avropada isə sağ millətçi hərəkatların yüksəlməsi ilə müşayiət olunur. Tramp öz inauqurasiyasına Avropanın sağ-millətçi liderlərini dəvət edir, Mask prezident tribunasından faşist salamı verir, Roma Papası isə ilk dəfə haqlı olaraq ˝İsrail qəsdən fələstinli uşaqları öldürür˝ bəyanatını verir.

Qısa müddət içində baş verən bu hərəkətlənmənin və böyük jestlərin ˝təsadüfən üst-üstə düşən faktlar˝ olması ağlabatan deyil.
Trampın tədricən başlatdığı ikinci böyük həmlə ABŞ mərkəz bankı funksiyasını daşıyan FED üzərinə basqılardır. FED Birləşmiş Ştatlar dövlətinə məxsus qurum deyil, 12 regional rezerv bankın qurduğu aksioner sistemdir. Regional rezerv bankların sahibləri böyük ailələrdir. Amerika dollarını kəsən və faiz dərəcəsini müəyyən edən də bu sistemdir. FED dollar kəsir, ABŞ dövlətinə borc verir və verdiyi borcun faizini alır. ABŞ-nin dövlət borcu hazırda 36 trilyon dolları ötüb. Bunlardan 9 trilyona yaxını xarici dövlətlərə, 27 trilyonu isə FED-ə olan borcdur. ABŞ dövləti həm xarici ölkələrə, həm də FED-ə olan borcuna görə illik 1 trilyon dollar faiz ödəyir.


Sual yaranır: Bəs həmin ailələr bu qədər böyük pulu haradan alır? Bu pullar ticarətdə və ya istehsalda qazanılmış pullar deyil. Həmin pullar sadəcə pulkəsən maşını işə salmaqla ˝havadan˝ kəsilən pullardır. Bu sistemin arxasında ABŞ-nin hərbi-siyasi qüdrəti dayandığı üçün sistem bu günə qədər iflas etməyib. Dünya qlobalçı hegemoniyasının əsil gücü də burda gizlənib. Qazanılmayan və ˝havadan˝ kəsilən trilyonlarla dollarla ölkələri və hökumətləri yönəldirlər. Deməli, FED-in böyük ailələrin əlindən çıxması dünya çapında qlobalçı siyasətin sonlanması deməkdir.
Trampın göstərişi ilə Mask ABŞ-nin qaranlıq maliyyə sxemlərini aşkara çıxarır, demokratlara yaxın olan yüz minlərlə məmuru işdən qovur, Amerika dərin dövlətinin sütunlarını sökür. Mətbuatda yer alan məlumatlara görə, bütün bunlar FED-ə son hücumun hazırlıqlarıdır.
Yəhudi yazar M.Frinkelin də dediyi kimi, qlobalçı siyasət yürüdən ana ağıl yəhudi ağlıdır. Bu baxımdan, İsrailin Qəzzada törətdiyi kütləvi qətllər də təkcə İsrailin əleyhinə deyil, həm də qlobalçı yəhudi faktoruna qarşı yönəlir, antiqlobalçı qrupların əlini gücləndirir. Bu kontekstdən yanaşdıqda anlamaq olmur, Trampın Qəzzanı köçürmə planı İsrail sevgisidir, yoxsa bütün dünyanı daha sərt formada yəhudilərin, deməli həm də qlobalçıların üzərinə qaldırmaq cəhdidir?

Tramp psixoloji gedişləri yaxşı hesablayır. Milyonlarla qəzzalını köçürmə cəhdinin İsrailə qarşı təpkiləri ən yüksək pərdəyə qaldıracağını biz görə biliriksə, Tramp və komandası da çoxdan hesaba alıb. ˝Yerusəlim Post˝ qəzetində dərc olunan ˝Trampın Qəzzanı köçürmə planı İsrail üçün tələdir˝ başlıqlı məqalədə də bu məqama diqqət yetirilir. Yəhudi əsilli jurnalist Vitali Portnikov isə ˝İsrail radiosu˝-na müsahibəsində deyib: ˝Bu gün qəzzalıların zorla köçürülməsi, sabah yəhudilərin də İsraildən zorla köçürülməsi deməkdir˝.
M.Frinkel, V.Portnikov və yüzlərlə digər yəhudi əsilli yazar yəhudi camiyəsinin problemlərini və üstünlüklərini içəridən görür, bu camiyənin içindəki və ətrafındakı əhvalı ilikləri ilə hiss edirlər. İstisna deyil ki, İsrailin və qlobalçıların, Frinkelin ifadələri ilə desək, bu ˝psixopat siyasəti” son nəticədə bütün dünyada antiyəhudi dalğası doğursun. Yəhudi əsilli belə yazarlar da problemi görür və həyəcan təbili çalırlar.(Azpolitika)