Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Cənubi Amerika Kimə Üstünlük Verəcək? -ŞƏRH

Cənubi Amerika kimə üstünlük verəcək? - Veteninfo.Az

Yenixeber.org: ABŞ və Çinin Afrika və Latın Amerikası ölkələri uğrunda mübarizəsi yeni mərhələyə qədəm qoyub. “Reuters” agentliyinin məlumatına görə, Çinin xarici işlər naziri Van Yinin Afrika və Latın Amerikası ölkələrinə turnesi zamanı Pekinin bu iki bölgə ilə əməkdaşlığını genişləndirəcəyini bildirib. Çin Afrika və Latın Amerikası ölkələrindən xammal idxalını artırmağa çalışır. Pekin bununla bərabər Afrikadan sonra Latın Amerikası ölkələrində də siyasi təsir imkanlarını artırmağa başlayıb.

Van Yi 10 günlük səfər turnesinə Misirdən başlamışdı. Bundan sonra Van Yi Tunis, Toqo, Kot-divuar, Braziliya, Peru və Yamaykada olub. Çinin bu ölkələrin hər birində iqtisadi layihələri var. Misal üçün Çin uzaq Peruda böyük dəniz limanı inşa edir.

Çin bu siyasəti ilə Afrika və Latın Amerikasında ABŞ-ın mövqelərini zəiflətməyə çalışır. Vaşinqton narahatdır. Çinin “bir kəmər, bir yol” layihəsi bütün qiyətləri əhatə etməyə başlayıb. Bunun nəticəsində Çinlə əməkdaşlıq edən dövlətlər Tayvan məsələsində Pekinin mövqeyini dəstəkləyirlər. Yəni Çin müxtəlif dövlətlərə yatırımlarıyla həmin dövlətləri Çinin maraqlarını nəzərə almağa sövq edir. Dünyada 12 dövlətin Tayvanla diplomatik münasibətləri mövcuddur. Pekin bu sayı azaltmağa çalışır.

Braziliyanın prezidenti Jair Bolsonaru olanda bu ölkənin Çinlə münasibətləri bir qədər soyumuşdu. Solçu Luis de Silva yenidən Braziliyanın prezidenti seçiləndən sonra bu ölkə Çinlə yaxınlaşmağa başlayıb. Çin və Braziliya BRİKS təşkilatının gücləndirlməsi fikrində yekdildirlər.  

Çin Vaşinqtonun “Monro doktrinasıyla” hesablaşmır. Bu doktrinaya görə, Rusiya və Çin kimi dövlətlər Şimali və Cənubi Amerikada siyasi və iqtisadi fəallıq göstərməməlidirlər. Vaşinqton Moskva və Pekini bu bölgədən uzaq saxlamalıdır. Çinin COSCO gəmi daşıma şirkəti Cənubi Amerikada mövqelərini gücləndirib.

ABŞ mövcud durumu dəyişmək üçün fəallığını artırmasa Cənubi və Mərkəzi Amerika ölkələri Çinlə əməkdaşlıqlarını daha üst səviyyəyə qaldıracaqlar. Bu isə bölgədə ABŞ-la Çin arasında qarşıdurmanı gücləndirəcək. Vaşinqton Çini Cənubi Amerikadan sıxışdırmaq üçün müxtəlif üsullardan istifadə edəcək. Vaşinqton bu ölkələrdə sağ partiyaların qələbəsini təmin etməyə çalışacaq. Sağ və mühafizəkar partiyalar adətən kommunist Çinlə əməkdaşlığın əleyhinədirlər. Misal üçün Argentinanın yeni prezidenti Xavyer Miley ölkəsinin BRİKS təşkilatına üzv olmayacağını açıqlayıb. Halbuki, ondan əvvəlki prezident fərqli açıqlama vermişdi. Argentina ağır iqtisadi vəziyyətdə olsa da, bu ölkənin prezidenti Çinlə yaxınlaşmadan ehtiyat edir.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam