BİR HƏYAT HEKAYƏSİ
"Yenxeber.info": Yazar hər daim düşünür, həyatın haqsızlıqlarını görüb, təxəyyül süzgəcindən keçirir və fikirləşir ki, haqsızlığı görüb düzəltmək heç də asan məsələ deyil. Odur ki, güc verir qələminə. Mən də bunları düşünə -düşünə “Hüseyn Cavid”bağına yaxınlaşırdım ki, gözüm skamyada əyləşən 30-35 yaşlarında bir xanıma sataşdı. Hiss etdim ki, o, xısın-xısın ağlayır. Bu yerdə biganə qala bilməzdim. Yaxınlaşıb ağlamasının səbəbini oyrənmək istədim. Xanım, sanki, bir sözə bənd imiş. Zavallı dərdini söyləməyə bir adəm övladı axtarırmış. Söhbətə başladıq. Məlum oldu ki, onu vaxti ilə valideynləri sevmədiyi insanla ailə qurmağa məcbur ediblər. Ailə qurulub, lakin”xasiyyətləri tutmadıqlarına görə”boşanmağa məcbur olub. O, iki uşaq anasıdır. Anladığıma görə, nə onun, nə də boşandığı kişinin evi var. Rəsmən boşansalar da, yataqxanada birotaqlı mənzildə bir yerdə yaşamağa məhkumdular.
İnanmağım gəlmir ki, müstəqil ölkədə, müasir cəmiyyətdə yaşayasan, amma zorakılığa bu dərəcə də məruz qalasan. Gəlin danışdıqca ağlayır, hətta elə şeylər söyləyirdi ki, tüklərim biz –biz oludu. Çalışırdım ona yol göstərim. Hətta onu da qeyd etdi ki, kişi hər dəfə evə içkili gələndə, onu zorlayır, tələblərinəəməl etməyəndə döyür, təhqir edir. Hiss olunurdu ki, bu xanımı o murdar insan məmən öldürmüşdü. Onda niyə hüquq-mühafizə orqanlarına xəbər vermirsən?- deyə soruşdum: o murdar məni elə qələmə verib ki, mənə başqa gözlə baxırlar. Sən demə mən bunlar üçün küçə qadınıyammış. Şikayətimlə maraqlanmamış mənimləəylənmək niyyətinə düşürlər. Hara üz tutsam,qapılar üzümə bağlanır. Dərdiməəlac edən bir kimsə yoxdur. Qeyzlə soruşdum: bəs atan-anan? Onlar niyə sənin arxanda dayanmırlar? Ağladı: nə qoyub-nə axtarırsınız? Atam da vaxı ilə anamı bu vaziyyətdə saxlayıb. Anam xəstədir. Atam da deyir ki, çıx get, mən iki uşaqla səni saxlaya bilmərəm!
Bütün bunları eşidərkən, az qalır ki, insanın huşu başından çıxa! Düşünürəm: ata nə qədər namussuz ola ki, boşanmış bir kişiylə qızının bir yerdə qalıb, hər cür məhrumiyyətlərə dözməsinə rəvac versin.
Xanımın keçirdiyi halın şahidiyəm. Əl-ayağı sanki başına dolaşmışdı.Kələf o qədər dolaşıq idi ki, açmaq mümkün deyildi. Qadın danışdıqca, hiss edirdim ki, o qədər stres keçirib ki, psixoloji durumu pozulub. Son sözü bu oldu: ya o məni öldürəcək,ya da mən onu! Gördüm bacarmıram, intihar edəcəm. Mən belə yaşaya bimirəm!
Eşitdiyim bu hadisədən o dərəcədə sarsılmışdım ki, nə edəcəyimi bilmirdim.Qadınla ayrıldıqdan sonra bir müddət onunla telefon əlaqəsi saxladım. Arada görüşdük də. Hər dəfə ona ürək-dirək verməyə çalışırdım. Yadıma düşmüşkən, onu qeyd edim ki, bur dəfə bildirmişdi: onlar məni ruhi xəstəxanaya salmaq istəyirlər. Mənə dəli deyirlər. Mənmsə o murdara qarşı göstərdiyim çabalar ancaq özümü müdafiə etmək üçündür.
Təəssülənirəm ki, xeyli müddətdir həmin xanımla əlaqəm kəsilib. Onun taleyindən xəbərsizəm. Hətta bu hadisədən o qədər təsirlənmlşəm ki, “Həyat hekayəsi”adlı bir şeir də yazmışam.
Yazdıqca düşünürəm:görən o, indi haradadır?
Yazdıqca düşünürəm: görən indi o haradadır? Bəlkə onu ruhi xəstəxanaya aparıblar? Bəlkə, özünə qəsd edib? Bəlkə, özünü müdafiə üçün əlindən bir xəta çıxıb, zavallını atıblar həbsxanaya? Bütün bu suallar qarşısında inanın aciz qalmışam.
Gəlin, düşünək: biz hansı cəmiyyətdə yaşayırıq? Bu sualın cavabı, bəlkə də, adi görünə bilər: insanın”müstəqil”,”azad” olduğu “demokratik”bir cəmiyyətdə! Görən bu “müstəqillik”,”azadlıq” insanların həyatına nə dərəcə də sirayət edir! Xüsusilə qız və qadınların həyatına! Təsəvvür edə bilmirəm ki, müstəqil ölkədə yaşayasan, halalca hüqunu müdafiə etmək üçün hüquq-müdafiə orqanlarının qapısını döyə bilməyəsən! Bizim haqsızlıqlara məruz qalan bu cür qız və qadınlarımız çoxdur. Bu zərif məxluq düşdüyü bataqlıqdan xilas olmaq üçün hüququnu necə müdafiə etsin axı!
Bizlər hər gün mətbuatdan, televiziyadan qətillərlə, intiharlarla bağlı tükürpədici xəbərləri alırıq. Eşidirik ki, hansısa qadın öz ərini öldürüb, yaxud hansısa bir kişi öz qadınını baltalayıb.
Belə deyin var:mərdi qova-qova namərd edirlər. Bu halları yaradan biz özümüzük. Təcridxanalardan yolunuz düşsə, görərik ki, əlini qana batırmış neçə- neçə qadınlarımız cəzaçəkmə məntəqələrinin “sakinləridir”! Niyə? Həqiqətənmi ana-bacılarımız, gəlin-qızlarımız buna layiqdir? Əgər bu cinayətlərə sürükləyən səbəblər yerində aradan qaldırılsa, çox guman ki, bu cinayət hadisələri də baş verməz.
Valideynlər öz övladlarını vaxtsız –yaşı düşdü-düşmədi, sevdi-sevmədi, ailə qurmağa təhrik edirlər. Birdən arada söz gəzər ki, “filankəsin qızı evdə qalıb”! Belə qara fikirlərə bölgələrdə daha şox rast gəlinir. Qənaətə gəlmək olar ki, bizim qız və qadınlarımız hər dövürdə zorakılığa məruz qalıblar: istər valideyləri, istərsə dəərləri tərəfindən. İstər orta əsrlərdə , istər 21-ci əsrdə yaşasınlar. Bu problem bütün dövürlərdə aktualdır, nədənsə!
Təranə Şəms