Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ramiz Həsənovun ikili standartı

 

Bu təzadı, ikili yanaşmanı doğuran səbəb nədir?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən günəbaxan tumları ilə bağlı müraciətə anlaşılmaz yanaşma

Oxucularımıza da məlumdur ki, biz son vaxtlar günəbaxan tumlarl ilə bağlı silsilə yazılar hazırlayırıq. Şübhəsiz ki, bunun əsaslı səbəbləri də var. Bu səbələr haqqında ötən yazılarımızda geniş bəhs etmişik. İnsan sağlamlığı, xüsusi ilə də azyaşlılarda həm də digər zərərli vərdişlərin formalaşmasına təhlükə mənbəyi kimi günəbaxan tumlarına diqqət çəkməyə çalışmışıq. Bu real bir problemdir və biz də bu problemin üzərinə getməyi özümüzə borc bilirik.

Bir qrup ölkə vətəndaşının müxtəlif dövlət instansiyalarına ünvanladığı müraciətin surəti redaksiyamıza da daxil olub. Sonradan bu müraciətlərlə biz də maraqlanmalı olduq. Müxtəlif dövlət təşkilatlarına rəsmi sorğu da ünvanladıq. Bu istiqamətdə mövqeyi xüsusi ilə maraq doğuran dövlət instansiyası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi oldu. Artıq 3 aydır ki, bu komitənin sədri cənab Ramiz Həsənova ünvanlanan müraciətdən demək olar ki, əsər-əlamət yoxdur. “Demək olar ki,” ona görə deyirik ki, bu günə qədər komitə 2 günəbaxan tumları-“Patron” və “Bizim ailə”-ilə bağlı qaneedici olmasa da belə cavab verib. Qalan 10-a yaxın günəbaxan tumlarından isə hələ də xəbər yoxdur. Maraqlıdır, nə üçün? Nədən hörmətli Ramiz Həsənovun rəhbərlik etdiyi komitə digər firmaları “unudur”? Bunun başqa adı ikili standart deyilmi? Və s.

                             

                                          Bu da qanun...

 

Əldə etdiyimiz məlumatlara görə məlum müraciətlə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri bütün günəbaxan tumunun istehsalı ilə məşğul olan firmalarda araşdırma aparıblar. Biz müxtəlif yollarla bunu müəyyənləşdirmişdirə bilmişik. Hətta, adının çəkilməsini uyğun bilmədiyimiz komitə rəsmisi də bunu etiraf etdi.

Amma, vətəndaşların müraciətinə cavab verilmir... Olsun, biz həm “xeberinfo.com” olaraq, həm də “Yeni xəbər” qəzetinin səhifəsində mövzunu davam etdirəcəyik. Hələlik isə, cənab Həsənovun rəhbərlik etdiyi komitənin məsul şəxslərinin diqqətinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respubikası Qaunundan 2 maddəni çatdırıram.

1) Maddə 5. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin vəzifələri

Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr Azərbaycan Respublikası Konstitusiyası və qanunları iləəyyən edilən və təminat verilən qaydada Azərbaycan Respublikası vətəndaşlarının yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin etməlidirlər.
Dövl
ət hakimiyyəti orqanları, idarələr, təşkilatlar müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməyə və özlərinin səlahiyyətinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa, lazımi tədbirlər görməyə və onlara cavab verməyə borcludurlar.
Dövl
ət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən:
onların mahiyy
ətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər;
t
əkliflərin, ərizə və şikayətlərin baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı şəkildə məlumat verməli, onlar təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;
t
əklif, ərizə və şikayətlər barəsindəəsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər.
Dövl
ət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr vətəndaşların müraciətlərinə baxılması vəziyyətini müntəzəm olaraq yoxlamalı və qanunla mühafizə olunan mənafelərinin pozulması iləəlaqədar təkrar ərizə və şikayətlərin verilməsi ilə nəticələnən sənədlərin aradan qaldırılması üçün tədbirlər görməlidir.

2) Maddə 10. Müraciətə baxılma müddəti

Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətəən geci 15 gün ərzində baxılmalıdır.
Müraci
ətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər. Bu barədə müraciət edən vətəndaşa, müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə saxlandıqda isə dövlət hakimiyyəti orqanına məlumat verilməlidir.
H
ərbi qulluqçuların və onların ailə üzvlərinin müraciəti daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində baxılır.
(Çıxarılıb)
Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda isə, 24 saatdan gec olmayaraq baxılmalıdır.

                                        ***

Bu da qanun. Mən heç də elə düşünmürəm ki, cənab Həsənovun kadrları bunları bilməmiş olsun. Əsla, necə lazımdır bilirlər. Hə, necə əməl etmək lazımdır, onu da bilməmiş deyillər. Bizim isə bilmədiyimiz bir nəsnə var: bu təzadı, ikili yanaşmanı doğuran səbəb nədir? Bunu bilmək həm də bizim haqqımızdır. Yazılmış və yazılmamış qanunların verdiyi haqq.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam