Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Müqavilədən Hansı Dövlət Birinci Çıxacaq? -ŞƏRH

Çin və ABŞ arasında ticarət dövriyyəsi kəskin artıb | marja.az

Yenixeber.org: “The New York Times” qəzetində yayımlanan məqalədə, ABŞ kəşfiyyatının Çinin şimalındakı səhralıqda böyük şaxtalar inşa edildiyi yazılıb. Vaşinqton bu qənaətə gəlib ki, Pekin həmin bölgədə nüvə sınağı keçirməyə hazırlaşır. Çünki, Çin 1964-cü ildə məhz həmin bölgədə ilk nüvə bombasını sınaqdan keçirmişdi.

Vaşinqton Çinin nüvə gücünü artırmasından narahatdır. Halbuki, bir qisim ekspertin fikrincə, Çin ilk olaraq Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilədən çıxmayacaq. Çünki nüvə sınağının keçirilməsi həmin dövlətin müqavilənin şərtini pozması demək olacaq.

Buna baxmayaraq, Çin nüvə silahlarının istehsalında ABŞ-dan geri qalmaq istəmir. Digər tərəfdən Çin nüvə istehsalını artırmaqla yanaşı onların gücünü yoxlamaq barədə də düşünə bilər. Vaşinqton yeni şaxtaların tikintisini məhz bununla əlaqələndirib. Şaxtalarda həyata keçirilən nüvə sınağı zərərli maddələrin ətrafa yayılmasının qarşısını alır.

Bu arada, Rusiya və ABŞ-da öz ərazilərində nüvə poliqonları inşa edirlər. Çin bu çalışmalarını daha da genişləndirib. Əslində Pekin keçmiş illərdə dünyada nüvə silahlarının azaldılmasının tərəfdarı idi. Ancaq ABŞ Çinin bu istəyini qəbul etmədikdən sonra Pekin nüvə silahlarının artırılması siyasətinə üstünlük verib. Pekində hesab edirlər ki, yaxın illərdə Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqaviləsindən çıxmaq istəyən dövlətlər ola bilər. ABŞ sonuncu nüvə sınağını 1992-ci ildə, Rusiya 1991-ci ildə, Çin isə müqaviləyə qoşulduğu 1996-cı ildə keçirib. ABŞ müqavilənin ratifikasiyasını uzatdığına görə Çin də müqaviləni ratifikasiya etməyə tələsmədi.

Beynəlxalq aləmdə baş verən gərginliklər, o cümlədən Rusiya-ABŞ və Çin-ABŞ münasibətlərinin gərginliyi fonunda Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilə ətrafında polemikalar artıb. Hər hansı dövlət nüvə sınağı keçirərsə, bu müqavilənin məhvinə gətirib çıxaracaq. Çünki bundaan sonra digər dövlətlər də nüvə sınaqlarına başlayacaqlar.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam