Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Separatizmin külləri üzərində - 100 il sonraya baxış

Azərbaycan bayrağı altında düşüncələr: biz seçilmişlərik!

Yenixeber.org: Dağın ətəyində oturaraq dağın gücünü və əzəmətini düzgün qiymətləndirmək mümkün deyil. Bunu etmək üçün ondan uzaqlaşmalı və bəzən çox əhəmiyyətli bir məsafədə olmalısınız.

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın Dövlət Bayrağını Xankəndidə qaldırdığı hadisələrə bu gün əsl tarixi qiymət vermək mümkün deyil. Bu, yəqin ki, onilliklər çəkəcək və bizim gələcək nəsillərimiz bu missiyanı yerinə yetirməli olacaq.

Bu günləri yaşayan azərbaycanlılar ilk növbədə onlara belə bir fürsət verdiyi üçün Rəbbinə şükür etməlidirlər. Ən azı 200 il əvvələ nəzər salsaq, etiraf etməliyik ki, bu torpaqlar heç vaxt belə möhtəşəm qələbə, möhtəşəm uğur görməmişdi. Bəli, döyüşlər olub, vətən uğrunda canından keçən qəhrəmanlar olub. Ancaq belə bir miqyasda, bu qədər əhəmiyyətli bir hadisə olmamışdı.

Beləliklə, belə xoşbəxtlik məhz bizim payımıza düşdü. Biz göylərdən seçilmişlərik! İlk baxışdan necə davrana bilərik: sevinməli, bütün problemləri bir müddət də olsa unutmalı, fəxr etməliyik. Amma…

          Gülümsəyin, cənablar, gülümsəyin!

Vallah, daim sızıldanan, daim narazı qalan bəzi soydaşlarımızı anlamaq çox çətindir. Onların ailələrinə, qohumlarına, yaxın ətraflarına ürəkdən yazığım gəlir. Uzun illər müxtəlif yerlərdə erməni tərəfi ilə danışıqlar gedəndə bu danışıqlardan narazı qalırdılar və dərhal hərbi əməliyyatlara başlamağa, düşmənlə divar kimi üz-üzə durmağa çağırırdılar. 44 günlük müharibədə ya Azərbaycan Silahlı Qüvvələrinin taktikasından, ya da qoşunlarımızın kifayət qədər canfəşanlıqla irəliləməməsindən narazı idilər.

2020-ci il noyabrın 10-da üçtərəfli sazişin imzalanmasından sonra narazılığın motivi dəyişdi: “Xankəndini almalıydıq!”.

Və Ali Baş Komandan hər şeyin yaxşı olacağına eyham vursa da, nə edəcəyini, nə vaxt ediləcəyini hamıdan yaxşı bildiyini bəyan etsə də, onların əhval-ruhiyyəsində heç bir müsbət dəyişiklik olmadı.

Nəhayət, 15 oktyabr gəldi. İndi Azərbaycan torpağında bir dənə də olsun separatçı qalmayıb. Yaxşı, heç olmasa indi şənlik ab-havasında papağınızı havaya atıb, yanağınızdan bir sevinc göz yaşını gizlicə silə bilərsiniz. Amma yox! Yenə də narazılıq üçün səbəblər var. Ya rus sülhməramlıları onların sevincinə mane olur, ya da erməni separatçılarının yenidən Qarabağa qayıtması üçün hansısa fərziyyələr irəli sürülür...

Doğrudan da, bunu etmək olmaz! Bu gün biz qalibik! Biz! Biz hamımız birlikdə ölkəmiz, dövlətimiz, xalqımız! Biz bunu etdik! Və bu gün bu uzun onilliklər ərzində verdiyimiz bütün qurbanları xatırlayaraq, qələbəni qeyd etmək bizim haqqımızdır. Üstəlik, 30 ildən artıqdır ki, bu günü gözləyirik.

Cəmiyyətimizdəki belə pessimistlərə, tutqun xarakterlərə nə deməliyik? Möhtəşəm Oleq Yankovskinin ifa etdiyi məşhur filmdə Baron Münhauzenin müdrik sözlərini təkrarlamaq yəqin ki, asandır: “Ağıllı sima hələ ağıl əlaməti deyil, cənablar. Yer üzündəki bütün axmaq şeylər bu üz ifadə ilə edilir. Gülümsəyin, cənablar, gülümsəyin!”.

Tarixi öyrənmək, yadda saxlamaq və nəticə çıxarmaq lazımdır

İndi isə sabahımız barədə. Bəli, bu barədə də düşünmək lazımdır, heç kim ehtiyatsızlığı təşviq etmir və alqışlamır. Fikirlər isə rəngarəngdir...

Mütəxəssislər deyirlər ki, tarix spiral şəklində inkişaf edir. Və onu öyrənməklə siz müəyyən dərəcədə gələcək hadisələri proqnozlaşdıra və bu və ya digər hərəkəti qlobal miqyasda tənzimləyə bilərsiniz. Beləliklə, biz bu gün tarixi ədalətə nail olmuşuq. Biz Qarabağ üzərində suverenliyimizi bərpa etmişik. Ordumuz daha güclüdür, əsgərlərimiz daha hazırlıqlıdır, rəhbərliyimiz ermənidən qat-qat müdrikdir.

Bəs, ermənilər reallıqla barışıblarmı, başa düşüblərmi ki, Qarabağ Azərbaycandır? Onlar sülh içində yaşamaq istəyirlər? Qətiyyən! Əksər hallarda ermənilər bəzi böyük səltənətlər haqqında növbəti dəfə cəfəngiyyatlar uydurur, özlərinin böyüklüyü haqqında nağıllar danışır və qisas alacaqlarına söz verirlər.

Tarixi xatırlayaq. Birinci Dünya müharibəsi zamanı Almaniya məğlub oldu. Deyirdilər ki, artıq oradan heç bir təhlükə gözləmək olmaz. Ancaq 20 ildən az vaxt keçdi və Almaniyada elə bir nasizm və revanşizm yarandı ki, onun dəyirman daşlarında on milyonlarla insan can verdi.

Belə halda nə etmək istərdiniz? Axı Ermənistan bizim qonşumuzdur, bundan qaçmaq olmaz. Axı biz bütün erməniləri yer üzündən silə bilmərik. Və ehtiyac da yoxdur! Sadəcə onların yaxınlıqda olduğunu həmişə yadda saxlamalısınız. Axı insanlar gürzə və çaqqallarla dolu cəngəlliyin yanında yaşayırlar. Həmişə hazır, həmişə silahla.

Odur ki, gələcək nəsillər bunu yadda saxlamalıdır. Biz imkan verə bilmərik ki, zərrə qədər siyasətdən xəbəri olmayan adamlar - Ərdəbili İrandan, Dərbəndi Rusiyadan almağı planlaşdıran romantiklər 50-100 ildən sonra ölkə rəhbərliyinə gəlsin. Axı, etiraf etməliyik ki, biz bu nəticəyə daha çox Azərbaycan rəhbərliyinin israrlı və müdrik siyasəti sayəsində nail olduq.

Bir sözlə, biz çox istərdik ki, Azərbaycanımız bir daha ötən əsrin 90-cı illərinin əvvəlləri kimi günləri yaşamasın. Qoy tarixin spiralındakı bütün sonrakı təsadüflər 2023-cü ilin oktyabrı ilə eyni olsun.

           Adekvat ermənilər üçün ritorik suallar

Və sonda. Uzunmüddətli münaqişədə yekun nöqtəyə gəlindikdə, nəhayət ədalət zəfər çaldıqda, yəqin ki, Qarabağı tərk etmiş ermənilərin yaşlı nəslinin nümayəndələrinə bir neçə sual verməyə dəyər. Məsələn:

1. Əgər 1988-ci ilin fevralına qayıtmaq imkanınız olsaydı, hansı seçimi edərdiniz: meydana separatçı şüarlarla gedərdiniz, yoxsa evdə qalmağa üstünlük verərdiniz?

2. Bütün bunlar on minlərlə erməni və azərbaycanlının həyatına dəyərdimi?

Adekvat ermənilər (ümid edirik ki, belələri var) başa düşəcəklər ki, bunlar ritorik suallardır. Qeyri-adekvat olanlardan isə biz bir az yuxarıda danışdıq.

P.S. Fürsətdən istifadə edərək, ədalətin bərqərar olmasının tərəfdarı olan bütün həmvətənlərimi və planetin bütün sakinlərini bu gözəl happy end münasibətilə təbrik etmək istəyirəm!(AYNA)

 Vüsal Əliyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam