Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Paşinyan Bişkekə niyə getmədi:İrəvanda Putinin həbsinə hazırlıq başlayıb

Ermənistan Rusiyanın maraq dairəsində olan MDB-ni faktiki olaraq, artıq tərk etmiş kimi görünür... Hər halda, Paşinyan hakimiyyətinin MDB sammitlərini sabotaj etmək cəhdləri inkaredilməz reallıqdır...

Yenixeber.org: Rusiya Cənubi Qafqazda qəliz situasiya ilə üzləşməyə başladığını artıq edir. Kremlin ənənəvi özünə əmin mövqeyi və davranışları hazırda elə də qabarıq müşahidə olunmur. Əksinə, indi Rusiya siyasi dairələri çaşqınlıq keçirdiklərini gizlətməkdə çətinlik çəkirlər. Hətta "nə baş verir" sualına normal və ya inandırıcı cavabın tapılması belə, Kreml üçün olduqca ağır problemə çevrilib.

Əlbəttə ki, Rusiyanın əsas probleminin birmənalı şəkildə Ermənistanla bağlı olduğu açıq-aşkar ortadadır. Rusiya siyasi dairələrində mövcud çaşqınlığın əsas səbəbi də məhz bu reallıqdan qaynaqlanır. Çünki Kremldə hələ də Ermənistanın və erməni siyasi elitasının Rusiyadan üz çevirdiyinə, daha dəqiq ifadə olunsa, xəyanət etdiyinə inanmaq istəmirlər. Yəni, nəzəri baxımdan, istisna etmədikləri bu reallığın praktiki cəhətdən icrasını qeyri-mümkün hesab edirdilər.

Halbuki, hazırda Rusiya siyasi dairələri real erməni xəyanəti ilə yaxından tanış olmaq məcburiyyətində qalıblar. Bütün tarix boyu Rusiyadan asılı olan, Kremlin sayəsində mövcudluğunu qoruyan Ermənistan indi bu nəhəng ölkənin prezidenti Vladimir Putini həbs etmək öhdəliyinə malikdir. Və bu, Rusiyanın üzləşdiyi erməni xəyanətinin rəsmən təsdiqidir.

regnum_picture_16178344211779667_normal.png (1.24 MB)

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti prezident Vladimir Putinə qarşı həbs qərarı vermiş Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı Roma statutunu Ermənistan parlamentində ratifikasiya etdirmişdi. Ermənistan prezidenti Vaaqn Xaçatryanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu təsdiqləməsindən sonra isə həmin sənəd hüquqi qüvvəyə minmiş oldu. Roma statunun tələbinə görə, Rusiya prezidenti Vladimir Putin bundan sonra Ermənistana səfər edəcəyi təqdirdə, dərhal həbs olunmalıdır.

Təbii ki, Ermənistanın prezident Vladimir Putini həbs etməyə cəsarəti çatmaz. Prezident Vladimir Putin istədiyi vaxt rəsmi İrəvana xəbər belə, etmədən Ermənistana gələ bilər. Sonra da Ermənistanın siyasi elitası ilə sağollaşmadan geri qayıdar. Və Ermənistanın nəinki Kreml sahibini həbs etməyə gücü yetməz, hətta ondan niyə gəldiyini soruşmağa belə, cəsarəti çatmaz.

Ancaq fakt, faktlığında qalır. Rus imperiyası tərəfindən süni şəkildə yaradılmış, Rusiyanın hərbi müttəfiqi olan Ermənistan indi prezident Vladimir Putini həbs etməklə bağlı beynəlxalq hüquqi öhdəliyə malikdir. Rəsmi İrəvanın bu öhdəliyi Ermənistanın son illərdə Rusiyaya qarşı ardıcıl xəyanətlərinin rəsmən elan edilməsi anlamı daşıyır. Yəni, Kremlə erməni xəyanətini sübuta yetirmək üçün hansısa başqa fakt və ya arqument lazım deyil. Halbuki, Rusiya siyasi dairələri Ermənistanın Roma statutuna rəsmən qoşulmasını hələ də qeyri-dost addım olaraq, dəyərləndirir.

ff46f85a6f7716afea452049b8c6e007a.jpeg (81 KB)

Əslində isə Kreml rəsmi İrəvanın bu davranışını birmənalı şəkildə Rusiyaya qarşı düşmənçilik kimi qəbul etməliydi. Hər halda, bir ölkə, özünün hərbi müttəfiqi olan dövlətin prezidentini, onun qatı düşmənlərinin verdiyi qərara qatılaraq, həbs etmək öhdəliyi götürürsə, bunun başqa izahı yoxdur. Bu baxımdan, indi Kremlin dostluq və düşmənçilik kriteriyaları arasındakı kəskin ziddiyyətlər Rusiyanın maraqlarını təhdid edən əsas faktora çevrilə bilər.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan Rusiyaya xəyanət etdiyini, Kremlin maraqlarına qarşı çıxdığını son dövrlərdə atdığı digər addımlarla da açıq şəkildə biruzə verib. Ermənistan Rusiyanın patronajlığı altında olan KTMT-nı sabotaj edib, bu hərbi-siyasi alyansın fəaliyyətində iştirakdan kobud manevrlərlə yayınıb. Rəsmi İrəvan Kremlin Cənubi Qafqazdakı sülh prosesinə orbitrlik etmək planlarına sarsıdıcı zərbələr vurub, danışıqlar masasının Qərb platformalarına daşınmasına münbit şərait yaradıb. Ermənistan ərazisində Rusiyanın beynəlxalq rəqiblərinin - ABŞ, Avropa Birliyi və Fransanın regional maraqları yerləşdirilməsini təmin edib.

Təbii ki, bütün bunlar son vaxtlar Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin ciddi şəkildə zəifləməsinə səbəb olub. Hər halda, indi ABŞ və Qərbin regional maraqları Rusiyanın mənafeləri ilə paralellik təşkil etməyə başlayıb. Yəni, rəsmi İrəvan ABŞ və Qərbi Cənubi Qafqazda Rusiyanın mövqelərinə şərik etməyə nail olub. Bu, Rusiyanın nə vaxtsa, Cənubi Qafqazdan çıxarılması ilə bağlı prosesin əsas preventiv hazırlığı da hesab oluna bilər.

3d107a676f63b4b95b2c610cfc9a996f.jpg (196 KB)

Böyük ehtimalla rəsmi İrəvan Rusiyaya qarşı xəyanət planlarını məhdudlaşdırmaq niyyətində deyil. Müşahidələr göstərir ki, Paşinyan hakimiyyəti hazırda Ermənistanın KTMT-dan və Avrasiya İqtisadi İttifaqından çıxmasına yönəlik cəhdləri davam etdirir. Yəqin ki, rəsmi İrəvan bu istiqamətdə də kəskin addımlar atmağa hazırdır. Sadəcə, belə addımların atılması üçün Qərbdən təhlükəsizlik təminatı verilməsini gözləyir. Əgər, Paşinyan hakimiyyəti belə təminat alarsa, bunu həm də hərəkətə keçmək sifarişi kimi qəbul edəcək.

Maraqlıdır ki, Ermənistan faktiki olaraq, Rusiyanın maraq dairəsində olan MDB-ni artıq tərk etmiş kimi görünür. Belarus prezidenti Aleksandr Lukaşenkonun MDB-nin parçalanmaq üzrə olduğuna eyham vurması, Ermənistanın son vaxtlar özünü çox pis apardığını vurğulanması da belə düşünməyə əsas verir. Hər halda, Paşinyan hakimiyyətinin MDB sammitlərini sabotaj etmək cəhdləri də inkaredilməz reallıqdır.

Məsələ ondadır ki, Ermənistan baş naziri Nikol Paşinyan MDB sammitinə qatılmağa vaxt tapmayıb. Yəqin ki, erməni baş nazir Roma statutunun hüquqi qüvvəsini təmin etməyə əlavə vaxt sərf etməli olub. Hər halda, məhz MDB sammitinin sona çatmasından cəmisi bir gün sonra Roma statutunun hüquqi qüvvəyə minməsi Kremlə ciddi ciddi mesajdır. Belə anlaşılır ki, MDB sammiti davam edən müddətdə rəsmi İrəvan məhz Rusiya prezidenti Vladimir Putinin həbsinə aid məsələlər ilə məşğul olub. Bundan sonrasını isə məhz Kremldəkilər düşünsə, daha yaxşı olar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam