Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Koreya Yarımadası Həyəcan Içindədədir -ANALİZ

Cənubi Koreya Şimalın nüvə sınağına döyüş raketləri sınağı ilə cavab verib  - BBC News Azərbaycanca

 Şimali Koreyanın nüvə proqramı və davamlı raket sınaqları qonşusu Cənubi Koreyanı ciddi narahat edir.

Yenixeber.org: Seul Şimali Koreyanın digər iki nüvə dövləti Rusiya və Çinlə artan əlaqələrindən də narahatdır. Şimali Koreya diktatorunun bir müddət əvvəl Rusiyaya səfəri və president Vladimir Putinlə müzakirələri Seulda diqqətlə izlənilirdi. Bundan sonra Çindən böyük heyət Şimali Koreyaya səfər etdi.

Aydındır ki, Moskva və Pekin Şimali Koreyanın Qərblə qarşıdurmasını dəstəkləyirlər. Moskva və Pekinin Şimali Koreyanın nüvə proqramına və raket sınaqlarına iradları yoxdur. Bu vəziyyət Cənubi Koreya üçün ciddi təhdid yaradır.

“Financial Times” qəzetində yayımlanan məqalədə, Seulun Pekinə çağırış etdiyi bildirilib. Seul Pekinə çağırış edib ki, Şimali Koreyaya nüvə silahından imtinaya məcbur etsin. Cənubi Koreyanın rəsmisi Kim Yon Xo bildirib ki, Şimali Koreyaya qarşı Qərb sanksiyaları effektli deyil, çünki Pekin və Moskva Şimali Koreyanın nüvə proqramını dəstəkləyirlər. Bu Şimali Koreyaya imkan verir ki, nüvə proqramını və raket sınaqlarını davam etdirsin.

Pekinin Şimali Koreyanı nüvə silahından imtinaya məcbur etmək istəyi yoxdur. Əksinə, Şimali Koreyanın Qərblə gərgin münasibətləri Pekinin maraqlarına cavab verir. Çünki Qərbin və Cənubi Koreyanın Şimali Koreyanı yola gətirmək üçün hər zaman Pekinin vasitəçiliyinə ehtiyacı olacaq. Digər tərəfdən nüvə proqramını genişləndirmək siyasəti Şimali Koreyanın Konstitusiyasında yeni bəndlə vurğulanıb.

Bu vəziyyətdə Cənubi Koreya ABŞ və Yaponiya ilə birgə üçlü ittifaq formalaşdırıblar. 3 ölkənin lideri bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarında birgə görüş və müzakirələr keçiriblər. Seulun başqa alternativ qalmayıb. Halbuki, bəzən Seulla Tokio arasında tarixi məsələlərə görə fikir ayrılıqları var. Ancaq Şimali Koreyanın təhlükəli nüvə proqramı tarixi unutmağı və Seulla Tokio arasında ittifaqı gücləndirməyi diqtə edir.

Bu arada, Avstraliyanın Siyasi Araşdırma Mərkəzinin hesabatına görə, Çin sensor texnologiyalarında ABŞ-ın üstələyib. Pekin inertial naviqasiya sistemləri, maqnit sahəsi sensorları, multispektral və hiperspektral sensorlar, fotonik sensorlar, radar, peyk yerləşdirmə və naviqasiya, sonar və akustik sensorlar sahəsində Vaşinqtonu, ABŞ isə kvant sensorları, atom saatları üzrə tədqiqatlarda Çini qabaqlayır. Bu Qərb ölkələri üçün həyəcan siqnalı ola bilər. Çünki Çin ABŞ üstələdəyi texnologiyalarla Qərblə mübarizə aparan ölkələrlə bölüşə bilər.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam