Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Yeraltı Zənginliklər Uğrunda Mübarizə Şiddətlənib -ANALİZ

Yeraltı zənginliklər uğrunda mübarizə şiddətlənibYenixeber.org: Böyük ölkələr enerji, su və yeraltı qaynaqlar uğrunda mübarizəni gücləndiriblər. ABŞ, Çin, Fransa, Almaniya və Yaponiya kimi ölkələr artan istehsal qarşlığında dünyanın müxtəlif qitələrində və ölkələrində qaynaqlara çıxış imkanı əldə etməlidirlər. Bu baxımdan Afrika ölkələrindəki son çevrilişlər və qiyamlar böyük dövlətləri qorxudub. Çünki qara qitədə hələ çox istifadə edilməyən və ya az istifadə edilən resurslar mövcuddur.

Ən çox qaynağa ehtiyacı olan ölkələrin başında Çin gəlir. Çin öz istehsalını artırmaq üçün yeraltı sərvətlərə çıxış imkanı əldə etməlidir. Çinin bu ilin birinci yarısında xarici ölkələrdə mədənçıxarma və metal istehsalına 10 milyard dollardan çox yatırım qoyduğu açıqlanıb. Bu rəqəm 2022-ci ilin tamamındakı rəqəmdən çoxdur. Çin rekorda göstəriciyə 2018-ci ildə nail olub. Çin həmin il xarici ölkələrdə mədənçıxarma və metal istehsalına 17 milyard dollar yatırım qoyub. Mütəxəssislərin fikrincə, builki rəqəm 17 milyard dolları keçəcək.

“Financial Times” dərgisində yayımlanan məqalədə Çinin xarici ölkələrdə nikel, litium, mis, uran və dəmir filizi yataqlarına maraq göstərdiyi bildirilib. Çin məhz bunlar vasitəsilə maşınqayırma sənayesini və elektromobillər üçün batareya istehsalını artıra bilər. Çinin yealtı zənginliklərə tələbatı son illərdə iki dəfə artıb. Yeraltı zənginliklərdən əldə edilənlər Çinə yüksək texnologiyaların inkişafında və “təmiz enerji” sahəsində də istifadə üçün lazımdır.

Çin yealtı zənginliklərə əsasən Afrika, Asiya və Cənubi Amerika qitələrində əldə etməyə çalışır. Çin üçün “bir kəmər, bir yol” layihəsi məhz bu məqsədlə lazımdır ki, xarici ölkələri mövcud layihəyə cəlb etməklə həmin dövlətlərin resurslarına çıxış imkanı əldə edə bilsin. Ancaq Pekinin yeni layihəsi bəzi ölkələrdə fikir ixtilafına səbəb olub.

Çinə asan deyil, digər böyük dövlətlər də eyni resurslara ehtiyac duyurlar. Rəqabət artıb. Misal üçün dünyada nikelə olan tələbat 40 faiz artıb. ABŞ-ın “Goldman Sachs” investisiya bankının son hesabatına görə böyük ölkələrin Çindən geri qalmaması üçün Qərb ölkələti yearltı zənginliklərin istehsalına hər il ən azı 25 milyard dollar yatırım qoymalıdırlar.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam