Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Zirzəmisinə metro xətti çəkilən “Brejnevin binası” –Yuri Qaqarin həmin binadakı mənzildən imtina edib  

Moskvanın tam mərkəzində, Kutuzov prospekti 26-da yerləşən yaşayış binasını Moskva sakinləri bu gün də “Brejnevin binası” adlandırırlar. Bir neçə korpusdan və 23 girişdən ibarət olan binanın mərtəbələri 7-12 arasında dəyişir.

Yenixeber.org: Binanın inşası hələ sovet-alman müharibəsindən əvvəl planlaşdırılıb. Müharibənin başlanması ilə tikinti işləri yarımçıq qalıb, nəhayət, 1947-ci ildə tikinti işləri  yekunlaşıb.  

“Kutuzov 26”-nın inşasına başlananda bina partiya elitası üçün nəzərdə tutulub. Mənzillərin bölgüsü isə Mərkəzi Komitənin İşlər İdarəsi tərəfindən aparılıb. Bina “Brejenvin binası” kimi məşhurlaşsa da, “Kutuzov 26”-da daha iki baş katib, Yuri Andropov və Konstantin Çernenko da mənzil sahibi olublar. Birincilərlə yanaşı bir sıra yüksək ranqlı dövlət məmurları da məşhur binanın sakinləri olublar. SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtseva, Mərkəzi Komitənin katibi Mixail Suslov, SSRİ daxili işlər naziri Nikolay Şelokov, Siyasi Büronun ona yaxın üzvləri uzun illər bu binada yaşayıblar. Bəzən “Kutuzov 26”-nı zaraftayana Siyasi Büronun filialı da adlandırıblar.

Mövcud dövr üçün bina təhlükəsizlik baxımından ən yüksək standartlara cavab verib. Həmçinin xüsusi mühafizə dəstəsi tərəfindən mühafizə olunub.

Binanın həyətində göz oxşayan yaşıllıq salınıb, istirahət məkanı yaradılıb. O cümlədən həyətdə uşaq bağçası da fəaliyyət göstərib ki, həmin bağçaya yalnız “Kutuzov 26”-da qeydiyyatda olan birincilərin uşaqları və nəvələri qəbul edilib.

Binanın təxminən iki-üç mərtəbə dərinliyində olan zirzəmisinə “Metro 2” adı ilə metro xətti çəkilib. Fövqəladə vəziyyətlərdə binadan çıxmamaqla sakinlərin təxliyəsi mümkün olub. 1980-ci illərin sonlarında bu xətlər ləğv edilib.

Leonid Brejnevə “Kutuzov 26”-da Mərkəzi Komitənin katibi seçiləndə mənzil verilib. 1964-cü ildə Brejnev baş katib seçiləndə qonşu mənzil də onun evinə qatılıb. 1977-ci ildə isə Brejnev baş katibliyi ilə yanaşı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə sahib olanda isə daha bir mənzilin də divarları götürülərək  onun mənzili genişləndirilib. Baş katibin 4-cü mərtəbədəki mənzilinin ümumi sahəsi 300 kvadratmetr olub. Binadan əlavə qonşuluqdakı ikiotaqlı, 60 kvadratmetrlik mənzil Brejnevin tibbi personalı üçün ayrılıb ki, həkimlər gecə-gündüz bu mənzildə növbə çəkiblər.

Mixail Suslov Brejnevdən bir mərtəbə yuxarıda, 5-ci mərtəbədə yaşayıb. Həmkarlarından fərqli olaraq onun mənzili nisbətən kiçik, 90 kvadraemetr olub.

Yuri Andropov isə “Kutuzov 26”-da altıncı mərtəbədə məskunlaşıb. Onun 155 kvadratmetrlik mənzili 4 otaqdan, iki yataq otağından, bir iş kabinetindən və geniş qonaq otağından ibarət olub.

SSRİ daxili işlər naziri, Yuri Andropovla düşmənçilik mövqeyində olan Nikolay Şelokov altıncı mərtəbədə Andropovla divar qonşusu olub.

Brejnevdən başqa digər yüksəkçinlilər evdən işə, işdən evə qayıdanda Kutuzov prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılmayıb. Yalnız Brejnev gedib gələrkən prospektə hərəkət dövlət yol müfəttişləri tərəfindən dayandırılıb.

Yuri Qaqarin kosmosu fəth etdikdən sonra Nikita Xruşşov kosmonavta “Kutuzov 26”-da mənzil ayrılması ilə bağlı göstəriş verib. Qaqarin bu təklifdən imtina edərək özünə məşhur “Sahildəki ev”dən mənzil istəyib. Yəqin ki, kosmonavt siyasi elitanın arasında daima nəzarətdə olacağından çəkinərək birincilərlə qonşu olmaq istəməyib.

Brejnevin hakimiyyəti illərində “Kutuzov 26”-da mənzil verilən şıxslər əvvəlcədən onunla razılaşdırılıb. Baş katibin razılığı olmadan onun qonşuluğuna köçmək mümkün olmayıb.

Brejnev 1964-cü ildə baş katib seçildikdən sonra şəhər mənzilində az yaşayıb. O, Moskva ətrafında “Zareçye 6”-dakı bağ evində yaşamağa daha çox üstünlük verib. Ora köçməzdən əvvəl iqamətgahda əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bağ evi geniş qonaq otağından, iş kabinetindən, kitabxanadan və əlavə altı otaqdan ibarət olub. Bağ evində daimi olaraq baş katibə iyirmidən artıq xidməti personal qulluq edib.

1978-ci ildə Şusev küçəsində partiya elitası üçün yeni, daha müasir yaşayış binası tikiləndə Brejnev üçün ayrıca bir mərtəbə nəzərdə tutulub. “Gözütox” baş katib həmin mənzildən imtina edib, “Kutuzov 26”-nı daha üstün sayıb.

“Brejnevin binası” təkcə elit sakinləri ilə deyil, həm də faciəli hadisələrlə yadda qalıb. SSRİ-nin iki daxili işlər naziri, Nikolay Şelokov və Boris Puqo məhz bu binadakı mənzillərində intihar ediblər.

1990-cı illərdən sonra “Kutuzov 26”-nın sakinləri tam yenilənib. Brejnevin birləşdirlimiş mənzilləri yenidən ayrılaraq ayrı-ayrı şəxslərə satılıb. Andropovun, Çernenkonun, Suslovun, Siyasi Büronun digər üzvlərinin həyat yoldaşları və övladları mənzillər özəlləşdirildikdn sonra satıb köçüblər.

“Kutuzov 26” şəhərin mərkəzində yerləşsə də yaşayış binası kimi əvvəlki prestijini saxlaya bilməyib. Müasir tikililərdəki komfort “Brejnevin binası”nı qat-qat üstələdiyindən indi “Kutuzov 26”-dan daha çox ofislər kimi istifadə olunur.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam