Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SSRİ-ni idarə və puç edən qonşular –Nəhəng dövlətin rəhbərləri Kutuzov-26-da yerləşən binada yaşayıblar

 


 Hazırda hansısa bir ölkədə dövlətin birinci şəxslərinin şəhərin mərkəzində eyni binada yaşamasına rast gəlmək olmaz. Amma SSRİ dövründə Kremlin yüksəkçinli məmurları eyni binada, bəziləri hətta eyni blokda yaşayıblar.

Yenixeber.org: Siyasi Büro üzvlərinin, Mərkəzi Komitə katiblərinin və şöbə müdirlərinin, nazirlərin və komitə sədrlərinin, marşal və generalların əksəriyyəti Moskvanın məşhur prospektlərindən birində, Yeni Arbat küçəsindən Majay şossesinə qədər 9 kilometr uzanan Kutuzov prospektinin şəhərin mərkəzinə ən yaxın olan hissəsindəki 26 nömrəli binada mənzilə sahib olublar.

Kutuzov 26-da yerləşən binanın istismara verilməsi 1941-ci ildə nəzərdə tutulsa da, müharibənin başlanması ilə tikinti yarımçıq qalıb. Bina yalnız 1947-ci ildə sakinlərin ixtiyarına verilib. Fərqli və zövqlü memarlıq üslubu ilə inşa edilən binanın memarı iki dəfə Stalin mükafatı laureatı, əməkdar inşaatçı, dövrün ən tanınmış memarı sayılan Zinovi Rozenfeld olub.
Yaşayış binasının əvvəlcə bir korpusdan ibarət olması planlaşdırılıb, amma sonradan layihə dəyişdirilərək 3 korpusdan, 12, 9 və 7 mərtəbəli binalardan ibarət olub.

No description available.

Bina Mərkəzi Komitənin işçiləri üçün nəzərdə tutulub. Bununla əlaqədar İosif Stalin Mərkəzi Komitə əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb.

Həmin ərəfədə ölkənin birinci şəxsləri Kreml ərazisindəki yaşayış binasında yaşadıqlarından yüksək ranqlı vəzifəlilərdən heç kim Kutuzov 26-da tikilən binadan mənzil almayıb. İosif Stalin, Anastas Mikoyan, Kliment Voroşilov, Vyaçeslav Molotov və digər məmurlar məhz Kremldəki yaşayış binasında yaşayıblar. Dövlət məmurlarının digər qismi isə 1931-ci ildə Moskvanın mərkəzində, Mərkəzi Komitə işçiləri üçün inşa edilən, Serofimoviç 2 ünvanda yerləşən binada mənzil alıblar. Bu baxımdan Kutuzov 26-da yerləşən bina istismara veriləndə binanın ilk sakinləri orta ranqlı vəzifəlilər olub.

1960-cı illərdən başlayaraq Kutuzovdakı binaya tanınmış siyasilərin axını başlayıb.

Leonid İliç Brejnev SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçiləndə həmin binaya köçüb. Baş katib seçildikdən sonra qonşu mənzil də onun mənzilinə qatılıb. Brejnev sahib olduğu iki mənzili arakəsməni götürməklə birləşdirib və bir giriş qapısından istifadə edib. Bunun səbəbi isə övladlarının nə vaxt evə gəlməsinə nəzarət etmək olub.

DTK sədri Yuri Andropova 1960-cı illərin sonlarında Kutuzov 26-dan mənzil verilib.

Konstantin Çernenkonun binaya köçməsinin səbəbkarı və təşəbbüskarı Brejnev olub.

Brejnev, Andropov və Çernenkonun mənzilləri eyni blokda yerləşib.

No description available.

Mixail Suslov Xruşov hakimiyyəti illərindən binada mənzilə sahib olub. 1968-ci ildə isə Brejnevin göstərişi ilə onun mənzili həmin binada daha böyük mənzillə dəyişdirilib.

SSRİ daxili işlər naziri Nikolay Şelokov da Siyasi Büro üzvləri ilə qonşu olmağa üstünlük verərək Kutuzov 26-da ən böyük mənzillərdən birində yaşayıb.

Andrey Qreçko 1967-ci ildə SSRİ müdafiə naziri təyin olunduqdan sonra birincilərin binasına köçüb.

Marşal Georgi Jukovun da bu binada mənzili olub. Amma o, heç vaxt həmin mənzildə yaşamayıb.

Daha bir daxili işlər naziri Boris Puqo da Kutuzov 26-nın sakini olub.

No description available.

Mərkəzi Komitənin altı şöbə və 9 sektor müdiri də Kutuzov 26-da məskunlaşıblar. Həmçinin Brejnevin iki köməkçisi və tərcüməçisi də binadan mənzil ala biliblər.

Bir sözlə, istənilən vaxt binadan çıxmamaq şərti ilə Siyasi Büronun iclasını Kutuzov 26-da keçirmək mümkün olub.
Binada təxminən 10-dan artıq mənzil boş saxlanılıb. Bütün avadanlıqlarla təchiz olunan həmin mənzillər xarici ölkələrdən SSRİ-yə uzun müddətlik ezamiyyətə gələnlər üçün nəzərdə tutulub.

Binanın təhlükəsizlik və mühafizə məsələsi çox da nəzərəçarpacaq dərəcədə olmayıb. Yalnız Brejnev baş katib seçildikdən sonra binanın qarşısındakı avtobus dayanacağının yeri dəyişdirilib. Binanın qarşısında gediş-gəliş, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayıb.

Kutuzov 26 həm də bir çox hadisələrlə yadda qalıb.

10 sentyabr 1982-ci ildə daxili işlər naziri Nikolay Şelokov Brejnevlə dörd saatlıq söhbətdən sonra Andropovun partiyaya qarşı çıxması ilə bağlı həbsinin “xeyir-dua”sını alıb. Məhz həmin gün Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Kutuzov 26-nı mühasirəyə alıblar və “Milis qiyamı” adı ilə tarixə düşən bu hadisə zamanı binanın daxilində və ətrafında 11 nəfər yaralanıb, 1 nəfər ölüb. Şelokovun qonşusu Andropovu həbs etmək cəhdi baş tutmayıb.

No description available.

1984-cü il dekabrın 13-də Nikolay Şelokov məhz Kutuzov 26-dakı mənzilində intihar edib.

Kutuzov 26 daha bir intihar hadisəsinə şahidlik edib. 22 avqust 1991-ci ildə SSRİ-nin 9-cu daxili işlər naziri Boris Puqo Kutuzov 26-dakı mənzilində tabel silahı ilə özünü güllələyib.

Kutuzov 26-nın ən səsli-küylü sakini isə Qalina Brejneva sayılıb. Onun gecə əyləncələri Siyasi Büronun “qoca”larının rahatlığını əməlli-başlı pozub.

No description available.

Hazırda Kutuzov 26-da bir çox tanınmış mədəniyyət və incəsənət xadimlərinin, iş adamlarının mənzilləri var. Bu binadan mənzil sahibi olanların çoxu isə mənzillərini xarici şirkətlərə icarəyə verib.

Sakinləri dəyişsə də, çoxları Kutuzov 26-nın qarşısından keçəndə istər-istəməz Siyasi Büronun üzvlərini, SSRİ-ni uçuruma aparan Kreml məmurlarını xatırlayırlar.(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam