Redaktor seçimi
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Günün xəbəri

KREMLİN “QAN ÇANAĞI” KİMİN BAŞINDA SINACAQ? –Trampı nüvə eskalasiyasına çəkməyin arxasında nə durur?

 Kremlin Ukraynada axıtdığı qanlar, öldürdüyü, didərgin saldığı milyonlarla günahsız insan, dağıtdığı, viran qoyduğu şəhərlər, yaratdığı ekoloji fəlakətlər, bir sözlə, törətdiyi qırğınlar və cinayətlər deyəsən, azlıq təşkil edir, üstəlik, bir də dünyanı nüvə fəlakətilə üzbəüz qoymaq niyyətindədirlər.

Yenixeber.org: Hər halda, Trampın dili ilə desək, “uğursuz prezident” Dmitri Medvedevin durmadan küçə dili ilə istifadə etdiyi məsuliyyətsiz, qudurmuş və sərsəm nüvə ritorikası onu deməyə əsas verir ki, Kreml Qərbi, əslində isə bütün dünyanı, bəşəriyyəti nüvə təhdidi ilə küncə sıxışdırıb, onun Ukraynadakı işğalını tanımağa, buna qədər və bundan sonrakı hərbi cinayətlərinə göz yummağa və bütünlükdə onun vəhşi, qəddar, barbar, işğalçı siyasətilə hesablaşmağa vadar etmək istəyir. Və kimsə deyirsə ki, Medvedev Putinin yox, özünün sözünü deyir, deməli, ya onu dinləyənləri, ya da özünü ələ salır. Bunu deyən isə var. Bu, Putinin sözçüsü Dmitri Peskovdur…

Peskov ötən gün deyib ki, Rusiya hökumətinin nümayəndələri arasında guya hər kəsin öz mövqeyi var. Lakin ölkənin xarici siyasətini yalnız Vladimir Putin müəyyən edir. Yəni, guya ki, Medvedev və digərləri nəyisə söyləyəndə öz müstəqil fikrini deyir, lakin xarici siyasət tək Putinin qərarlarından asılıdır. Təbii ki, Rusiya rəhbərliyində heç kimin öz müstəqil mövqeyi və sözü ola bilməz – nə xarici, nə də daxili siyasətdə. Bu baxımdan Peskovun arqumenti saxta və gülməlidir. Ancaq söhbətin bütün dünyanın başı üstünü alan nüvə təhdidindən getdiyini nəzərə alsaq, yaranmış mənzərə heç də gülməli deyil. Çünki hər iki tərəfdə çox aşağı “probalı”, populist, tutduqları vəzifələrin çəkisini anlamayan və ümumiyyətlə, bu vəzifələrə layiq olmayan, keyfiyyətsiz və məsuliyyətsiz hakimiyyətlər var. Belələrindən isə sadə dildə desək, hər cür axmaqlığı gözləmək olar… 

Peskovun dediklərinə rəğmən, Medvedevin Putinin dili ilə danışdığı birmənalıdır. O isə az qala Ukraynaya qarşı işalçılıq müharibəsi başlayan gündən və Rusiyanın “dünyanın ikinci ordusu”nun döyüş meydanında qalib gələ bilməyəcəyini anlamasından sonra durmadan əvvəlcə Ukraynanı, sonra ona dəstək verən ölkələri, daha sonra isə bütün bəşəriyyəti nüvə apokalipsisi ilə təhdid etdiyini görürük. Co Bayden administrasiyası bu təhdidləri ən azından ictimaiyyət qarşısında qulaqardına vurub, görməzlikdən gəlirdi və ümumiyyətlə, Medvedevin “gic-gic” paylaşımlarına əhəmiyyət vermədiyini göstərirdi. Lakin Tramp və onun administrasiyası bu baxımdan Baydendən fərqli olduğunu nümayiş etdirir. Tramp özünün barəsində yaratdığı çılğın və (guya) qətiyyətli siyasətçi, əslində isə şoumen imicini təkrarlayaraq, Medvedevin təhdidlərinə kəskin reaksiya verməkdədir.

Xatırladaq ki, iyulun 28-də Medvedev yazıb ki, “Tramp Rusiya ilə ultimatum oyunu oynayır” və “hər yeni ultimatum təhlükə və müharibəyə doğru addımdır”. Tramp buna cavab olaraq Medvedevə “sözlərinə diqqət etməyi” tövsiyə edərək, onun “çox təhlükəli əraziyə girdiyini” qeyd edib. Daha sonra isə ABŞ-nin iki nüvə sualtı qayığının Rusiyaya yaxın “müvafiq yerlərdə” yerləşdirilməsinə əmr verdiyini söyləyib.

Təbii ki, Tramp da Medvedevin Putinin sözünü dediyini gözəl bilir və onun Medvedevə cavabı da əslində, Putinə verilən cavabdır. Bu baxımdan Trampla Putin arasındakı bu “evcik-evcik oyunu” kənardan çox miskin görünsə də, faktiki olaraq, bütün bəşəriyyəti nüvə gərginliyi və təhdidi altına soxur. Artıq nüvə eskalasiyasının növbəti addımı olaraq, Rusiya orta və qısa mənzilli raketlərin (INF) yerləşdirilməsi ilə bağlı moratoriumdan imtina etdiyini bəyan edib. Rusiya Xarici İşlər Nazirliyi bu qərarın ABŞ və onun müttəfiqlərinin hərəkətləri ilə əlaqəli olduğunu qeyd edib. Lakin Kreml bununla da məhdudlaşmaq istəmir. Medvedev artıq “yeni addımlar”ın anonsunu verir. O, son olaraq deyib ki, Rusiya Xarici İşlər Nazirliyinin dünən elan etdiyi orta və daha qısa mənzilli raketlərin yerləşdirilməsinə qoyulmuş moratoriumun ləğvi qərarı “NATO ölkələrinin anti-Rusiya siyasətinin nəticəsidir”: "Bu, bütün rəqiblərimizin hesablaşmalı olacağı yeni reallıqdır. Gələcək addımları gözləyin".

İndi görək, qarşı tərəf nə ilə cavab verəcək? Trampın ziddiyyətli və çığırğan üslubunu nəzərə alsaq, onun Medvedevin növbəti nüvə təhdidini cavabsız qoyacağı az inandırıcı görünür. Bəs belə olan halda, ABŞ-nin nüvə eskalasiyası istiqamətində atacağı növbəti addım nə olacaq? Bunu yaxın günlərdə görə bilərik.

Ümumiyyətlə, sanki Kreml müharibə başlayandan bəri ABŞ administrasiyasını nüvə eskalasiyası oyununa çəkməyə çalışıb və indi baş verənlər göstərir ki, bu istəyinə nail olmaq üzrədir. Belə təəssürat yaranır ki, tərəflər bilərəkdən ikibaşlı oyun oynayaraq, bütün dünyanı nüvə gərginliyi altında saxılamaqla hansısa növbəti çirkin maraqlarını təmin etməyə, öz hegemonluqlarının verdiyi imkanlardan bəhrələnməyə çalışırlar…

Ancaq tarix təkrarlanmaq kimi bir xüsusiyyətə malikdir. Bu baxımdan SSRİ-nin taleyinin tez-tez xatırladılması təsadüfi deyil. Doğrudur, SSRİ-nin başında duranlar indiki Rusiya rəhbərliyi ilə müqayisədə, xüsusilə də nüvə məsələsində daha məsuliyyətli, təmkinli və əlbəttə ki, Medvedev və Putin kimilərilə müqayisə edilməyəcək dərəcədə qat-qat daha mədəni idilər. Buna baxmayaraq, onların ABŞ ilə nüvə silahlanması da daxil olmaqla, silahlanma yarışına girməsi, nüvə eskalasiyasını artırması, Qərblə dünyanın müxtəlif nöqtələrində hərbi-siyasi qarşıdurmaya getməsi SSRİ-nin dağılması ilə bitdi. İndi də eyni ssenarinin təkrarlanmayacağına kimsə təminat verə bilməz və “qan çanağı”nın Rusiyanın, onun başında duran medvedevlərin, putinlərin, patruşevlərin başında sınması bəşəriyyət üçün daha optimal nəticə olardı…(Azpolitika)

Cəlal Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam