Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Türkiyə-Suriya qaz kəmərinin açılış mərasimi keçirilir - Azərbaycan qazının Suriyaya ixracına başlanılır

Türkiyə-Suriya qaz kəmərinin açılış mərasimi keçirilir - Azərbaycan qazının Suriyaya ixracına başlanılır
Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilir

Yenixeber.org: Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilir.

Türkyəyə ezam olunmuş müxbirimiz xəbər verir ki, qeyd olunan borunun istifadəyə verilməsi ilə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılacaq.


Rəsmi şəxslər mərasimdə iştirak edir

Məlumata görə, boru xəttinin açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti, Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak edirlər.


       Simvolik açılış və çıxışlar planlaşdırılır

Qeyd edək ki, açılış mərasimində nazirlərin çıxışı nəzərdə tutulur. Çıxışlardan sonra mərasimdə iştirak edən rəsmi şəxslər səhnəyə dəvət ediləcəklər. Daha sonra səhnədə yerləşən vana (klapan) simvolik olaraq çevriləcək və bununla da Azərbaycan qazının Suriyaya tədarükünə start veriləcək.


      Azərbaycan qazı Suriya elektrik stansiyalarında istifadə olunacaq

Xatırladaq ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 mlrd. kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.


                SOCAR ilə Suriya arasında Anlaşma Memorandumu imzalanıb

Eyni zamanda, iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam