Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Binəqədi rayonunda qanunsuz yaşayış binası inşa edilir? -VİDEOFAKT

bitmap-img6

İcazə sənədinin olmamasına baxmayaraq apartman sürətlə tikilir və aidiyyatı qurumlar susur
Yenixeber.org: Binəqədi rayon Binəqədi qəsəbəsi Gülüstan küçəsində icazə sənədi olmadan yaşayış binası (apartman) inşa edilir.
Bu barədə videogörüntülər yayımlanıb. 
Bildirilir ki, Binəqədi qəsəbəsi Gülüstan küçəsində inşa edilən yaşayış binasının tikintisi üçün dövlətin rəsmi qurumlarının icazəsi yoxdur. Ancaq Gülüstan küçəsində inşa edilən yaşayış binasının tikintisinə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən "icazə" verildiyi bildirilir.
İddialara görə icazə biraşa Binəqədi rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev tərəfindən verilib.
Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir. Məcəlləyə görə löhvədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları, müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır.
Ancaq Binəqədi qəsəbəsi Gülüstan küçəsində inşa edilən yaşayış binasının (apartman) məlumatlandırma löhvəsi yoxdur. 
Apardığımız araşdırmada Binəqədi qəsəbəsi Gülüstan küçəsində inşa edilən yaşayış binası ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında hər hansı bir məlumata rast gəlmədik.  
Bu isə o deməkdir ki, inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmayıb.
Məsələ ilə bağlı yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.
(azfakt.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam