Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Beyin muzeyinin əsas sirri –Lenin beyni arvadının beynindən 330 qram yüngül imiş

773x435_224892.jpg (90 KB)

Moskvanın mərkəzində, Obuxa döngəsi 5 ünvanında yerləşən qədim dördmərtəbəli bina digər köhnə tikililər kimi öz görünüşü ilə diqqəti o qədər də cəlb etməyib. Bu binanı digərlərindən fərqləndirən yalnız onun xüsusi mühafizəsi olub. Uzun illər DTK tərəfindən mühafizə olunan binaya məhdud sayda insanlar buraxılıb. Hətta bu binanın təyinatı da ciddi şəkildə məxfi saxlanılıb. Ətrafdakı yaşayış binalarının sakinləri də qonşu binanın hansı səbəbdən belə qorunmasından məlumatsız olublar.

Yenixeber.org: Maraqlıdır, böyük Moskvanın çox da böyük olmayan bu köhnə tikilisinə DTK-nın ciddi nəzarəti hansı zərurətdən doğub?

Əvvəlcə qeyd edək ki, sözügedən bina 1903-cü ildə inşa edilib. 1914-cü ilə qədər tikintiyə əlavələr olunub. Bina hazır olduğu gündən xəstəxana kimi fəaliyyət göstərib. Oktyabr inqilabından sonra da o, öz təyinatını dəyişməyib.

PveZSakBVBGQ_CTkRz85e7PtggicoVT4hDZAYAN43OU.jpg (89 KB)

1924-cü ildə Lenin vəfat edəndə partiya liderləri onun nəşinin balzamlaşdırılması haqqında qərar verəndə, həm də proletarların rəhbərinin beyninin çıxarılıb saxlanılmasını haqqında da düşünüblər. Mütəxəssilərlə məsləhətləşmələrdən sonra bu işin mümkünlüyü aydın olanda Leninin beyni çıxarılıb və ilk vaxtlarda xüsusi laboratoriya şəraitində saxlanılıb. Bu kiçik laboratoriya əvvəlcə qeyri-rəsmi Beyin İnstitutu adlandırılıb, həmçinin onu Lenin İnstitutu da adlandırıblar.

1927-ci ildə tanınmış psixiatr və fizioloq Vladimir Bexteryov sovet rəhbərliyi qarşısında Beyin Muzeyinin yaradılması ilə bağlı təkliflə çıxış edib. Təklifdə nəhəng siyasətçilərin beyinlərinin çıxarılıb saxlanılması və öyrənilməsi irəli sürülüb. İosif Stalin akademikin təklifini razılıqla qarşılayıb. Beləliklə, 1928-ci ildə Moskvada rəsmi olaraq Beyin Muzeyi yaradılıb. Obuxa döngəsi 5 ünvanında yerləşən xəstəxananın binası muzeyə verilib.

Отдел_исследований_мозга (1).jpg (314 KB)

Qurumun muzey adı ilə fəaliyyəti rəmzi məna daşıyıb. Əslində bu muzey elmi tədqiqat institutu kimi fəaliyyət göstərib.

Beyinlər üzərində, xüsusilə də Leninin beynində elmi tədqiqatlar aparmaq alman həkimi Oskar Foqta həvalə edilib. Adətən həkimlərə qarşı soyuq münasibət göstərən Stalinin almaniyalı nevroloqa xüsusi simpatiyası olub, sovet lideri onun müvafiq sahədəki elmi uğurlarına əminliyini bildirib. Bu işdə Stalinin ən böyük marağı isə Leninin beynini öyrənmək olub.

Yarandığı gündən muzeyə xüsusi mühafizə dəstəsi ayrılıb və onlar rəsmi ştata götürülüb. Sonralar isə muzeyin mühafizəsi DTK əməkdaşları tərəfindən həyata keçirilib.

FT8WwhWJ738Rxg8oFSu3JYQQRzTzTqKb4P15cjjnbvw.jpg (113 KB)

Muzeyin ilk eksponatı Leninin beyni olub. Daha sonra eksponatların sayı hər il artıb. Siyasi liderlərlə yanaşı digər tanınmışların beyinləri də muzeyə “hədiyyə” edilib.

Andrey Jdanov, Mixail Kalinin, Sergey Kirov, Valerian Kuybışev, Maksim Qorki, Nadejda Krupskaya, Klara Setkin, Vladimir Mayakovski, Konstantin Siolkovski, Lev Landau kimi məşhurların da beyinləri muzeyin “qiymətli” eksponatlarına çevrilib.

Vəfatından sonra əvvəlcə nəşi balzamlaşdırılaraq mavzoleydə Leninin yanında saxlanılan, daha sonra isə Kreml divarları qarşısında basdırılan Stalinin beyni də muzeyə təhvil verilib.

17196838_aRfiF3yLJ9AYgOdEi000KuChQz_--WXoeWvHu2KIapc.jpg (145 KB)

Muzey araşdırmalarının ən maraqlı nəticələri tanınmışların beyinlərinin çəkisi olub. Leninin beyninin çəkisi normal beyin çəkisindən aşağı, 1340 qram olub. Mövcud dövrdə alimlər bu faktı açıqlamağa cürət etməyiblər. Belə ki, nəhəng Leninin beyninin kiçik olması faktının onun imicinə zərər yetirmək kimi qiymətləndiriləciyindən çəkiniblər. Amma müzakirələrdən sonra bu faktı belə əsaslandırıblar ki, beyin orqanizmin çəkdiyi əziyyətlərdən, sürgündən, ağır həyat tərzindən, gərgin fəaliyyətdən və sonda isə ağır xəstəliklərdən kiçilib. Mayakovskinin beyni Lenindən fərqli olaraq daha ağır gəlib – 1800 qram. Hətta Krupskayanın beyni də həyat yoldaşından daha çəkili, 1670 qram olub.

1930-cu ildə muzeyin əsas aparıcı mütəxəssisi olan Oskar Foqt Almaniyaya qayıdıb. Onun geri qayıdışından sonra muzeydə ciddi təftiş aparılıb. Məlum olub ki, almaniyalı nevroloq Leninin beyninin bir hissəni özü ilə aparıb. SSRİ-nin xüsusi xidmət orqanlarının əmkdaşları altı ay davam edən əməliyyat nəticəsində beyin parçasını muzeyə qaytarmağa nail olublar.

411px-Studio_portrait_of_Oskar_Vogt_Wellcome_L0039201.jpg (95 KB)

1989-cu ildən muzey ictimaiyyət üçün qapılarını qismən açıb. DTK-nın mühafizəsi muzeydən götürülüb. Əvvəlcədən razılaşdırmaqla muzeyi ziyarət etmək mümkün olub. Amma ziyarətçilərə Lenin və Stalinin beyin eksponatları nümayişinin qadağası bu gün də davm etməkdədir.

Bütövlükdə muzeydə 300-ə yaxın eksopanat saxlanılıb. Hazırda muzey Rusiya Tibb Elmlər Akademiyasının elmi tədqiqat institutu kimi fəaliyyət göstərir. Kommunistlərin beyinləri də öz yerində qalıb.

Göründüyü kimi, tanınmış kommunistlər o dünyaya beyinsiz köçüblər. Bəlkə də onlar öz beyinlərini bu dünyada qoymaqla kommunizm ideyalarının gerçəkləşəcəyinə ümid ediblər...

Ancaq Rusiyada belə bir inam da var ki, bütün dövrlərin ən böyük imperiyası olan SSRİ məhz rəhbərlərinin beyinsizliyi üzündən dağılıb.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam