Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Putin atəşkəs şərtini açıqladı:Ukraynanın şərqini istəyir

         Putin Şərqi Ukrayna müqabilində atəşkəslə razılaşa bilər. 

Yenixeber.org: “The Wall Street Journal”  Avropa və Ukrayna rəsmilərinə istinadən  Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın şərqini təslim etmək müqabilində atəşkəslə razılaşa biləcəyini yazıb.

Nəşr iddia edir ki, Putin bu təklifi Ukraynada münaqişəyə son qoymaq üçün danışıqlar aparan ABŞ Prezidenti Donald Trampın administrasiyasına təqdim edib.

Qeyd olunur ki, Putin atəşkəs üçün şərt kimi Ukraynadan Rusiyanın tələblərini tanımasını və əhəmiyyətli ərazi güzəştləri etməyi tələb edib.

İddialara görə, Putin Ukraynanın şərq hissəsinin təhvil verilməsini nəzərdə tutan təklifi çərşənbə günü, avqustun 6-da Moskvaya səfər edən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffa çatdırıb.

Məlumata görə, Putin Ukraynanın Donetsk bölgəsindən qoşunlarını çıxaracağı təqdirdə tam atəşkəsə razılaşacağına söz verib.

Tramp administrasiyası isə öz növbəsində Avropa və Ukrayna rəsmilərini bu təkliflə bağlı məlumatlandırıb. 

Çərşənbə günü səhər saatlarında Ağ Ev rəhbəri Putinin təklifinin gələn həftə sammit görüşünə hazırlıqlara başlamaq üçün kifayət qədər cəlbedici göründüyünü söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam