Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hitleri hiddətləndirən atlet –Ruzvelt Ağ Evin qapılarını qara çempionun üzünə qapayıb

Yenixeber.org: 1936-cı ildə Almaniyada keçirilən XI Yay Olimpiya Oyunları təkcə idman tarixində deyil, siyasi müstəvidə də maraqlı hadisələrlə yadda qalıb. Olimpiya oyunlarının Almaniyada keçirilməsi haqqında qərar 1931-ci ildə, Adolf Hitler hakimiyyətə gəlməzdən qabaq verilib. Olimpiya oyunlarını “yəhudilərin məzhəkə festivalı” adlandıran fürer əvvəlcə bu mötəbər idman tədbirinin Almaniyada keçirilməsindən imtina etmək istəyib. Amma sonra olimpiya oyunlarının Almaniyaya şöhrət gətirəcəyini, ölkəni tanıtdıracağını ona başa salanda Hitler fikrindən daşınıb və oyunların keçirilməsi, yeni idman obyektlərinin inşası üçün dövlət büdcəsindən 25 milyon marka ayırıb. Vəsaitin əsas hissəsi Berlində inşa edilən olimpiya kompleksinə sərf edilib.

Oyunlardan öncə fürerin göstərişi ilə Almaniyada yaşayan yəhudələrə münasibət kifayət qədər mülayimləşib. Hitler müvəqqəti olsa da bu münasibəti dəyişməklə xarici ölkələrin Almaniyada keçirilən olimpiya oyunlarını boykot etməkdən sığortalayıb.

392976_900.jpg (126 KB)

Həmin ərəfədə İspaniyadakı vətəndaş müharibəsinə görə SSRİ ilə Almaniya arasında yaranan gərginlik səbəbindən rəsmi Moskva oyunlarda iştirakdan imtina edib. ABŞ da son günlərə qədər öz idmançılarını Almaniyaya göndərmək fikrində olmayıb. Amma sonda amerikalı atletlər oyunlara qatılıblar.
Almaniyada keçirilən XI Yay Olimpiya Oyunlarında ən maraqlı hadisələrdən biri də yüngül atletika üzrə amerikalı idmançı Ceyms Ouneslə bağlı olub.

Qaradərili Ounesin olimpiya oyunlarında 4 qızıl medal qazanması (100 və 200 metr qaçış, yerindən uzunluğa tullanma və 400 metr estafet) Hitlerin qəzəbinə səbəb olub. Fürer öz hərəkəti ilə bunu açıq şəkildə biruzə verib. Belə ki, olimpiya oyunları başlanmazdan əvvə Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələri Hitlerlə görüşdə bildiriblər ki, o, ya fəxri yerlər tutmuş idmançıların hamısına medalları özü təqdim etməlidir, ya da ümumiyyətlə təltif mərasimində iştirak etməməlidir. Yəni ayrı-seçkiliyə yol verilməməlidir. Ounes birinci qızıl medalını qazananda fürer təltifetmə mərasimində iştirakdan imtina edib.

dzhessi-ouens-sprint-i-pryzhki-v-dlinu-680x425.jpg (181 KB)

Sözsüz ki, ölkənin birinci şəxsinin qalibə bu cür münasibəti Ounesə heç də xoş təsir bağışlamayıb. Növbəti qızıl medalları qazananda isə o, Hitlerin necə hiddətləndiyini daha aydın hiss edib. Amma Ounes fürerin bu münasibətinə heç bir mənfi reaksiya verməyib. Əksinə, hələ bir az da ona haqq qazandırıb:

“Adolf Hitler vaxt adamı, böyük vəzifə sahibi idi. O, müəyyən saatlarda oyunları seyr edirdi, istədiyi vaxt stadiondan gedirdi. Mən qızıl medalı mənə təqdim etmək üçün ölkənin birinci şəxsinin qarşısına tələb qoya bilməzdim. Onu da qeyd edim ki, fəxri kürsüyə qalxanda Hitler mənə əl elədi, bunun qarşılığında mən də əlimi yellədim. Belə düşünürdüm ki, başqa bir ölkədə dövlətin başçısını tənqid etmək yersiz bir iş olardı...”

image-5360-1590350823-620x436.jpg (356 KB)

Ounesə Hitlerin münasibətindən daha çox ABŞ prezidenti Franklin Ruzveltin münasibəti pis təsir edib. Adətən, digər ölkələrdə olduğu kimi, Amerikada da beynəlxalq idman turnilərində birincilik qazanan idmançılar Ağ Evə dəvət edilib. Prezident onlarla görüşüb, təbriklərini çatdırıb. Ounesi isə Ruzvelt nəinki qəbul edib, heç dördqat olimpiya çempionuna təbrik teleqramı da ünvanlamayıb. Sözsüz ki, bu da səbəbsiz olmayıb. Ounes 1936-cı ildə keçirilən prezident seçkilərində Ruzveltin rəqibi olan Alf Landonnun seçki kampaniyasında böyük fəallıq göstərib. Bundan əlavə, o, uzun illər Amerika kommunistlərlə gizli əlaqədə olmaqda ittiham edilib.

Qeyd edək ki, 1913-cü ildə Alabamada anadan olan Ounes hələ Almaniyada keçirilən olimpiya oyunlarından əvvəl, 25 may1935-ci ildə Miçiqan ştatında keçirilən turnirdə 45 dəqiqə ərzində yüngül atletika üzrə 6 dünya rekorduna imza atıb. Buna baxmayaraq ABŞ-ın idman şöhrətini ucaldan Ounesə Amerikada layiq olduğu şərait yaradılmayıb. Hətta elə vaxtlar olub ki, paytaxt Vaşinqtonda ona ağdərililərin mehmanxanasında yer də verməyiblər.

jesse-owens-biography-7.jpg (82 KB)

ABŞ Atletika Federasiyasının rəhbərləri də Ounesi çempion kimi qəbul etməyiblər, qaradərili idmançının uğurlarını həzm etmək istəməyiblər.

Yalnız 1950-ci illərdən sonra Ounesin idman nailiyyətləri qiymtləndirilməyə başlanıb. O, bir çox xeyriyyə fondlarının, sülhməramlı missiyaların işlərinə cəlb edilib.

1972-cü ildə vaxtilə təhsil aldığı Ohayo ştatının dövlət universiteti onu fəxri doktor elan edib. 1976-cı ildə ABŞ prezidenti Cerald Ford Ounesi “Azadlıq” medalı ilə təltif edib, onu Amerika atletikasının canlı əfsanəsi adlandırıb.

4443.JPG (72 KB)

 İdman karyerasını başa vurduqdan sonra Ounesdə çox kəskin tütün aludəçiliyi yaranıb. Gün ərzində bir-iki qutu siqaret çəkmək onun səhhətində ciddi problemlər yaradıb və bu, son nəticədə onda xərçəng xəstəliyinə səbəb olub. 1980-ci ilin mart ayında XX əsrin ən tanınmış idmançılarından biri sayılan, Hitleri hiddətləndirməyi ilə tarixə düşən Ounes 66 yaşında xərçəng xəstəliyindən vəfat edib. O, Çikaqoda, Okvuds qəbirstanlığında dəfn edilib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam