Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Hitlerin rəqqasə olmaq istəyən katibəsi –O, füreri “mehriban insan” kimi təqdim edir

 

Yenixeber.org: Müharibə onun həyatını tamam başqa bir səmtə yönləndib. Bəlkə də o, dövrünün ən tanınmış rəqqasələrindən biri olacaqdı, məhşurlaşacaqdı. Amma II dünya müharibəsi Traudl Yunqeni fərqli bir sahədə məşhurlaşdırıb. Adolf Hitlerin şəxsi katibəsi kimi, fürerin son anına qədər onun yanında olan bir şəxs kimi...

Traudl Yunqe 1920-ci ildə Münhendə anadan olub. Uşaqlıq illərindən atası ailəsini ataraq Türkiyəyə işləməyə gedib və bir daha Almaniyaya qayıtmayıb. Yunqe bacısı ilə birgə ana babasının himayəsində böyüyüb. O, uşaqlıqdan rəqqasə olmaq arzusuyla yaşayıb. Bir müddət rəqs dərnəklərinə gedib. Amma ailənin maddi problemləri hər şeyi yarımçıq qoyub. Hətta o, tam orta təhsil də ala bilməyib.

Pul qazanmaq, tələbatlarını ödəmək üçün Traudl kiçik müəssisələrdə əvvəlcə xidmətçi, daha sonra katibə işləməyə başlayıb. 1937-ci ildə o, “Rundschau-Verlag” qəzetinin şef redaktorunun katibəsi vəzifəsinə düzəlib. Bir müddət redaksiyada işlədikdən sonra T.Yunqe rəqs məktəbində keçirilən müsabiqədə iştirak edib və uğur qazanaraq həmin məktəbdə təhsil almaq hüququ qazanıb.

77-12.jpg (83 KB)

Traudl rəqs məktəbinə qəbul olunduqdan sonra redaksiya rəhbərliyinə işdən azad olunmağı ilə bağlı müraciət edəndə, onu işdən azad etməyiblər. Belə ki, artıq müharibənin ikinci ilində, 1941-ci ildə mövcud qanunvericiliyə görə müharibə şəraiti nəzərə alanıraq işdən azad olunmaq məsələsi işəgötürənin səlahiyyəti daxilində olub. Redaksiya rəhbərliyi bu səlahiyyətdən istifadə edərək Traudl Yunqeni işdən azad etməyib.

Belə mübahisəli vəziyyətdən sonra Traudl Yunqe Münhendən köcməyə qərar verib. Bu işdə ona Berlində yaşayan bacısı İnqa kömək edib. İnqanın Hitlerin adyutantı Albert Bormanla (Martin Bormanın qardaşı) dostluq əlaqələri olub. Borman bir neçə gün ərzində Traudl Yunqenin Münhendən Berlinə köçməsini təmin edib.

Albert Borman Yunqenin iş məsələsinə də köməklik göstərib, Yunqe Reyxstaqın kargüzarlığında işə düzəlib. O, Reyxstaqa daxil olan məktubları qeydiyyata salıb və müvafiq ünvanlara yönləndirib.

Траудль_Юнге.jpg (45 KB)

T.Yunqe bu vəzifədə uzun müddət işləməyi planlaşdırmayıb. O, uşaqlıq arzularını həyata keçirmək üçün rəqs məktəbinə getməyə, bu sahədə iş tapmağa çalışıb. Amma bir il ötməmiş Yunqenin planları yenə də dəyişib. A.Borman T.Yunqeyə Hitlerin katibəsi vəzifəsi üçün aparılan müsabiqədə iştirak etməyi təklif edib. Yunqe könülsüz olsa da bu musabiqəyə qoşulub. Yüzdən artıq namizədin içərisindən seçilən dörd nəfərdən biri də T.Yunqe olub. Beləliklə, o, 1942-ci ildə digər üç nəfərlə birgə fürerin şəxsi katibəsi vəzifəsinə təyinat alıb.

Sonralar Traudl Yunqe fürerin şəxsi katibəsi işlədiyi ilk günləri belə xatırlayıb:
“Mənim cəmi 22 yaşım var idi. İşimi mükəmməl bacarırdım. Üzərimə düşən tapşırıqları vaxtında və yüksək səviyyədə yerinə yetirirdim. Bu cür işləməyim fürerin çox xoşuna gəlirdi. Hətta o, tez-tez məni tərifləyirdi. Hitler çox gözəl insan idi, o, bizimlə ölkənin birinci şəxsi kimi deyil, dost kimi rəftar edirdi. Mənim siyasətdən heç bir anlayışım yox idi, buna görə də müharibədə nələrin baş verdiyini, kimin haqlı, kimin haqsız olduğunu anlamırdım...”

85.jpg (170 KB)

Traudl Yunqenin söylədiyi kimi, Hitler şəxsi katibələrinə dostluq münasibəti bəsləyib. Elə 1943-cü ildə Yunqenin ailə həyatı qurması da fürerin təşəbbüsü ilə baş tutub. Yunqe SS zabiti Hans Hermanla ailə həyatı qurub. Nikahdan bir il sonra Hans Herman Fransada döyüşlər zamanı həlak olub. Bu xəbəri də Traudl Yunqeyə ilk çatdıran məhz Hitler olub. Bu hadisədən sonra Traudl Yunqe işdən çıxmaq, ümumiyyətlə, fürerin mühitindən uzaqlaşmaq istəyib. Hitler ona dəstək verəcəyini, lazımi şərait yaradacağını vəd etdikdən sonra Yunqe fikrindən daşınıb.

Traudl Yunqe fürerin son gününə, intihar dəqiqələrinə qədər onun yanında olub. Almaniyanın məğlubiyyətindən sonra o da Hitlerin ətrafında olan digərləri kimi Almaniyadan qaçmaq istəyib. Amma bu cəhdi baş tutmayıb, iyunun 9-da sovet xüsusi xidmət orqanları əməkdaşları tərəfindən həbs olunub .
Yunqe altı ay Berlində həbsxanada saxlanılıb. Çoxsaylı sorğu-suallarda ondan əsasən Hitlerin son günləri, hansı şəraitdə intihar etməsini soruşublar. Nəhayət, 1945-ci ildə Yunqe azadlığa buraxılıb. Onun nasist partiyasının üzvü olmaması işini xeyli yüngülləşdirib.

LuKK3ZcxReHTM (3).jpeg (69 KB)

Müharibədən sonrakı illərdə də Traudl Yunqe ayrı-ayrı müəssisələrdə katibə vəzifəsində işləyib. 1947-ci ildə o, üzərində bir il işlədiyi “Son saata qədər” kitabını sona çatdırıb və nəşriyyata təqdim edib. Nəşriyyat kitabın az maraq doğuracağını bildirərək onu çap etməyib.

23 ildən sonra, 1970-ci ildə Traudl Yunqe “Son saata qədər” kitabını öz vəsaiti hesabına çap etdirib. Nə vaxtsa “az maraq doğuracaq” bəhanəsi ilə çap olunmayan kitab böyük populyarlıq qazanıb, 6 dilə tərcümə olunub. Bu kitabın əsasında “Müharibədə sülh” filmi çəkilib.

Yunqe öz kitabında Hitler haqqında maraqlı açıqlamalar verib. O, qeyd edib ki, fürer heç vaxt ona hərbi sənədləri makinada çap etməyi etibar etməyib. Müəllif fürerin son dərəcə mehriban və qayğıkeş bir insan olduğunu da vurğulayıb:

960x960.jpg (60 KB)

“Fürer heç vaxt hündürdən danışmazdı, qışqırmazdı. O, şəxsi katibələri ilə olduqca mehriban davranırdı. Stalinqrad məğlubiyyətindən sonra Hitler zabitlərlə nahar etməyə son qoymuşdu. Günortalar o, adətən bizimlə nahar edirdi. Əlbəttə, bəlkə də onun təkcə bizə qarşı münasibəti belə idi. Çünki biz fürerin zabitlərlə gürüşünə buraxılmırdıq, onlarla necə davrandığını bilmirdik...”

Rəqqasə olmaq arzusunu həyata keçirə bilməyən Yunqe 1970-ci illərdən sonra daha çox məşhurlaşıb. Füreri sonuncu dəfə görən bir şəxs kimi Yunqe jurnalistlərin diqqət mərkəzində olub və onun böyük həvəslə verdiyi müsahibələr ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Traudl Yunqe 2002-ci ildə, 81 yaşında Münhendə vəfat edib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam