Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

47 illik prezident dostundan dönən nazir –Curov öz curu Jivkovu istefaya vadar edib

O, siyasi baxışlarına görə bir neçə dəfə həbs edilib. 1942-ci ildə isə həbsxanadan qaçanda Bolqarıstan məhkəməsi Dobri Curov haqqında qiyabi ölüm hökmü çıxarıb. Amma onu ələ keçirmək, güllələmək Bolqarıstandakı mövcud faşist diktaturasına nəsib olmayıb. Əksinə, Curov bu diktaturanın devrilməsində əsas simalardan biri olub...

Yenixeber.org: Dobri Curov 1916-cı ildə Bolqarıstanın Loveçsk vilayətində, Vrabevo kəndində anadan olub. Sofiyada ruhani seminariyasında təhsil alıb. Ancaq inqilabi fəaliyyətinə görə onu bir ildən sonra bu seminariyadan xaric ediblər. Curov 1932-ci ildə Bolqarıstanın kommunist gənclər ittifaqına üzv olub və ittifaqın ən fəal gənclərindən birinə çevrilib.

Curov siyasi fəaliyyətinə görə ilk dəfə 1937-ci ildə həbs edilib. Bir il cəza çəkdikdən sonra o, tikiş fabrikində işə düzəlib. 1938-ci ildə Kommunist Partiyasına qəbul edilən Curov 1939-cu ildə Bolqarıstan ordusuna hərbi xidmətə çağrılıb. 25-ci piyada alayında xidmət edən fəal kommunist hərbi hissədə gizli təşkilat yaradıb və kommunist təbliğatı ilə məşğul olub.

Dobri_Dzhurov.jpg (39 KB)

Ordudan tərxis olunduqdan sonra Curov Sofiyada yaşayıb. 1941-ci ildə Almaniya SSRİ-yə hücum edəndə Bolqarıstan Kommunist Partiyası Hitlerin əlaltısına çevrilən Bolqarıstan çarı III Borisin yaratdığı faşist rejiminə qarşı silahlı mübarizəyə hazırlaşıblar. Bu hazırlıq işlərində Curov öz fəallığı ilə fərqlənib.
Curov mövcud faşist-diktarura rejiminin diqqətindən yayınmayıb. Nəhayət, III Borisin hakimiyyətinin hədəfinə düşən Curov 1942-ci ildə ələ keçib. O, “Kresto pole” düşərgəsində saxlanılıb.

Curovun düşərgə cəzası uzun çəkməyib. Elə həmin ilin sentyabr ayında o, düşərgədən qaçmağa nail olub. Məhz bu qaçışdan sonra o, qiyabi ölüm hökmünə məhkum edilib.

Həbsxanadan qaçdıqdan sonra Curov partizan dəstəsinə qoşulub. 1942-ci ilin sonunda o, “Çavdar” partizan dəstəsinin siyasi komissarı, daha sonra isə komandiri olub. Komandir olduqdan sonra siyasi komissar vəzifəsi Todor Jivkova (sonralar Bolqarıstana 35 il rəhbərlik edən şəxs) həvalə edilib. Həmin illərdən Curovla Jivkovun arasında sıx dostluq münasibətləri yaranıb.

загружено.jpg (83 KB)

III Boris hakimiyyətinə qarşı aparılan mübarizə nəticəsiz qalmayıb. 9 sentyabr 1944-cü ildə Bolqarıstanda kütləvi silahlı qiyam nəticəsində faşist diktaturası devrilib və hakimiyyət Kommunist Partiyasının nəzarəti altına keçib.

Bu hadisədən sonra həm Curovun, həm də Jivkovun karyerasında növbəti mərhələ başlayıb. Curov Sofiya vilayət milis idarəsinin rəisi vəzifəsinə təyinat alıb, Jivkov isə Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin büro üzvü, Sofiya şəhər partiya komitəsinin birinci katibi seçilib.

1945-ci ildən Curov xidmətini milli orduda davam etdirib, elə həmin il də Moskvaya təhsil almağa gedib. O, əvvəlcə Frunze adına Hərbi Akademiyada, sonra isə Baş Qəraragah yanında Hərbi Akademiyada təhsil alıb.

1465984_original.jpg (156 KB)

1954-cü ildə Jivkov Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilib. Curov isə müdafiə nazirinin müavini vəzifəsinə təyinat alıb.

Curovun hərbi karyerasında onun keçmiş xidmətləri ilə yanaşı, Jivkovla dostluq münasibətləri də mühüm rol oynayıb. Bolqarıstan lideri 1962-ci ildə ona ordu generalı rütbəsi verərək Bolqarıstanın müdafiə naziri vəzifəsinə təyin edib.

Curov eyni zamanda ölkənin siyasi elitasında da nüfuz və söz sahiblərindən biri sayılıb. O, Mərkəzi Komitənin və Siyasi Büronun üzvü olub.

1421146130.jpg (95 KB)

Kremldə də Curova qarşı yüksək münasibət göstərilib. O, SSRİ-də qəhrəman adı və iki dəfə “Lenin” ordeni ilə təltif edilib.

Curov peşəkar hərbçi olsa da, siyasi məsələlərdə də peşəkar gedişlər etməyi bacarıb. Məhz 10 noyabr 1989-cu ildə Bolqarıstan Kommunist Partiyasının plenumunda Curov Siyasi Büronun üzvü, sonralar baş nazir olan Andrey Lukanov və uzun illər xarici işlər naziri vəzifəsini tutan, sonralar Bolqarıstan KP MK-nın baş katibi seçilən Pyotr Mladenovla Todor Jivkovun istefasına nail olub. Sonralar Curov bildirib ki, bu istefa heç də Kremlin tələbi ilə edilməyib.

tato_djurov.jpg (68 KB)

Jivkovun birinci kürsüdən azad olunmasından, kommunist rejiminin süquta doğru sürətlə irəliləməsindən sonra Bolqarıstanda da Kommunist Partiyasının fəaliyyətində ciddi böhran yaranıb və hakimiyyəti əldə saxlamaq mümkün olmayıb. Bu böhranın dalğasında Curov nazir vəzifəsindən azad edilib.

Yeni hakimiyyət Curovla bağlı heç bir araşdırma aprmayıb, onun haqqında heç bir ittiham irəli sürməyib. Sabiq nazir ömrünün sonuna qədər Sofiyada yaşayıb.

1409_080116.jpg (98 KB)

Curov heç vaxt jurnalistlərə müsahibə verməyib, kütləvi tədbirlərdə iştirak etməkdən bir çox hallarda imtina edib.

Ordu generalı Dobri Curov 2002-ci ildə, 86 yaşında vəfat edib. O, hərbi şərəflə dəfn olinub. Dəfn mərasimində minlərlə insan iştirak edib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam