Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

“RUSİYANI MOSKVAYA ÇEVİRMƏK İSTƏYİRSİNİZ?” – Putinlə tanınmış rejissor arasında sərt dialoq/VİDEO

Rusiya Prezidenti Vladimir Putinin canlı efirdə tanınmış rejissor Aleksandr Sokurovla dialoqu mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Yenixeber.org: Rejissorun səsləndirdiyi bəzi tənqidi fikirlər Rusiya Prezidenti tərəfindən açıq hiddətlə qarşılanıb.

Sokurov dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının siyasiləşdirilməsinə, hakim partiyanın hegemonluğuna, insan haqlarının və konstitusiyanın pozulmasına etiraz edib.

Qafqaz respublikaları barədə də danışan rejissor Moskvanın bu bölgə ilə bağlı siyasətini tənqid edib. Xüsusilə də Sokurovun Rusiyanın tərkibindəki milli respublikalara müstəqillik verilməsi təklifi Putini özündən çıxarıb. Rejissor deyib ki, bir çox respublikalar Rusiyanın tərkibində yaşamaq istəmirlər və belələrini “buraxmaq” lazımdır: “Gəlin, bizimlə eyni dövlətdə yaşamaq istəməyənləri buraxaq. Onlara uğurlar arzu edək...” Cavabında Putin rejissoru belə həssas məsələlərə səthi yanaşmaqda və söylədiklərini düşünmədən dilə gətirməkdə günahlandırıb.

Prezident deyib ki, SSRİ dövründə konstitusiyaya görə milli respublikaların vahid dövlətdən ayrılmaq hüququ vardı. Rusiya konstitusiyasında isə bu, nəzərdə tutulmayıb: “Sonda dediniz ki, gəlin bizimlə yaşamaq istəməyənlərin hamısını buraxaq. Hardan bilirsiniz ki, kim bizimlə yaşamaq istəyir, kim yox... Siz Dağıstanı misal gətirdiniz. Dağıstan çoxmillətli respublikadır. Nə təklif edirsiniz – Dağıstanı parçalamağı? Yaxud, Qaraçay-Çərkəz. Qaraçay-Çərkəzi bölməyi təklif edirsiniz? Orada xeyli məsələlər var. Bizdə ölkə üzrə iki min ərazi iddiası var. Siz bizim ərazimizdə Yuqoslaviyanın təkrarlanmasını istəyirsiniz?... Bəzi şeyləri söyləməzdən əvvəl araşdırmaq və düşünmək lazımdır. Yenə deyirəm, iki min ərazi iddiası var. Bizdə deyildiyi kimi, ”yatmışı oyatma”. Buna çox ciddi yanaşmaq lazımdır. Və səthi şəkildə bütün ölkəyə bu barədə danışmaq heç sizin üçün də icazəli deyil. Sizi inandırıram, bunlar təhlükəli “oyuncaqlar”dır. Biz bundan keçmişik...”

 

 

Rejissorun orduyla bağlı tənqidlərinə də cavab verən Putin deyib ki, 1 milyonluq şəxsi heyətə malik qurumda problemlərin olması təbiidir. Lakin 1990-cı illərin ortalarındakı orduyla indikini müqayisə etdikdə nə qədər böyük fərqin mövcud olduğu üzə çıxar. Yenidən Qafqaz mövzusuna qayıdan Rusiya Prezidenti deyib: “Qafqaz Rusiyanın tərkib hissəsidir. Təəssüf ki, başqa mövqe də var – gəlin hər şeyi buraxaq, istədiyimiz kimi yaşayaq. Təkrar edirəm: Niyə düşünürsünüz ki, o respublikalarda yaşayanların əksəriyyəti bizimlə yaşamaq istəmir? Yəqin ki, orada elələri var. Lakin 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində baş verən hadisələr bunun nəylə nəticələnə biləcəyini bizə göstərdi. Siz bunumu istəyirsiniz? Biz bunu istəmirik. Odur ki, bu cür baxışlara malik olan insanları “buraxmaq” çox təhlükəli şeydir. Bu, çox pis nəticələnə bilər. Və biz, bu təhlükəli xətdən uzaqlaşmaq üçün çox şeylər etmişik. Bizi geri itələmək lazım deyil... Məgər Rusiya xalqı Rusiya Federasiyasının dağılmasında və parçalanmasında maraqlıdır? Məgər bu, çoxmillətli və çoxkonfessiyalı ölkə kimi yaranan Rusiya olacaqmı? Siz bizi Moskvaya çevirmək istəyirsiniz? NATO da bunu etmək istəyirdi...”

Xatırladaq ki, Putin hər zaman Qafqaz mövzusuna həssas yanaşıb. Əslində, onun hakimiyyətə gəlməsində və Kremldə möhkəmlənməsində də məhz Qafqazda, xüsusilə Çeçenistanda baş verən məlum hadisələrin və həmin vaxt Putinin ortaya qoyduğu sərt mövqeyin əhəmiyyətli rolu olub. Elə Azərbaycanla Ermənistan arasında baş verən 44 günlük müharibənin sonunda Rusiyanın prosesə müdaxiləsi və Qarabağa hərbi qüvvələrini yerləşdirməsi də bir daha Putin üçün Qafqazın nə qədər əhəmiyyətli olduğunu və ümumilikdə Rusiyanın bu regionla bağlı əsrlər boyu davam edən siyasətinin dəyişmədiyini göstərdi.(azpolitika)

C.Məmmədov


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam