Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Nikol, sən bizi rüsvay etdin!” -Erməni rejissor

“Nikol, sən bizi rüsvay etdin!” -   Erməni rejissor
Ermənistanın tanınmış rejissoru Ruben Mxitaryan ölkənin baş naziri Nikol Paşinyanı sərt tənqid edib.
Yenixeber.org: Erməni rejissor bu barədə videomüraciətində deyib.

Mxitaryan bildirib ki, Paşinyan hakimiyyətə gəlməzdən əvvəl Qarabağ məsələsi də daxil olmaqla, həlledici qərarlar qəbul edilərkən, məsələni təqdim etmək üçün meydanda insanları toplayacağını vəd etmişdi. Lakin bunu etmədi.

Onun sözlərinə görə, Nikol gecə gizli qərar verdi, Ermənistan üçün "fəlakətli", biabırçı sənədi imzaladı və indi də hamını aldatmağa davam edir.

Bundan əlavə, Mxitaran söyləyib ki, 25 il ərzində bütün sənədlərdə 7 rayonla əlaqəli məqamlar var idi. O, Şuşanın itirilməsindən sonra Qarabağın kiçik bir hissəsində qalacaqları və Naxçıvana gedən yolun Ermənistan ərazisindən keçəcəyindən də narahatdır.

Ruben Mxitaryanın fikrincə, separatçıların rəhbəri olmuş Arayik Harutyunyanın videomesajından aydın olur ki, yalnız müharibə bitəndən sonra gerçəklik təqdim olunub, cəmiyyətdə saxta reallıq yaradılıb: “Sən bizi rüsvay etdin, min hissəyə böldün. Bu müharibə zamanı minlərlə erməninin qanı töküldü. Nikol Paşinyan, müharibəni Ermənistan küçələrinə daşıma, ermənini erməniyə qarşı qoyma, içinizdə bir az ermənilik qalıbsa sakitcə gedin…”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam