Ərdoğan yeni uğurlar üçün Afrikaya yollanır-Türklər "Qara qitədə" arzuolunan qonaqdır...
![](https://i.virtualaz.org/381948_res_01.jpeg)
Afrikaya ilk səfərini 2004-cü ildə baş nazir olarkən Misirə etmiş Ərdoğan Qara qitəyə dördgünlüuk turnesinə başlayıb. O, səfər çərçivəsində Anqola, Nigeriya və Toqoya yollanır. Beləliklə, Ərdoğanın Türkiyənin baş naziri və prezidenti qismində baş çəkdiyi Afrika ölkələrinin sayı 30-a çatmış olur.
Yenixeber.org: Afrikada avropalılara get-gedə az rast gəlinir, ancaq türkləri Qara qitənin ən gözlənilməz yerlərində görmək olar. İş adamı, mühəndis, tibb işçisi və ya hərbiçi - Türkiyə vətəndaşı hər yerdədir. Və hər yerdə də arzuolunan qonaqdır, ona şaddırlar, ondan möcüzə olmasa da dəqiqliklə söyləmək olar ki, öz vəziyyətlərinin yaxşılaşmasını gözləyirlər.
Afrikada Ərdoğan öz yolu ilə gedir...
Sülh və sabitlik şəraitində qitənin iqtisadi və sosial inkişafına dəstək, habelə bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı fayda əsasında ikitərəfli münasibətlərin inkişafı - Ədoğan Türkiyə üçün Afrika bazarlarını bu iki açar vasitəsilə açır. Son 20 ildə Ankaranın Afrika ilə ticarət həcmi 3 milyard dollardan 26 milyard dollara yüksəlib, ticarət dövriyyəsini 50 milyard dollara çatdırmaqla bağlı planlar var və bu, Türkiyənin Qara qitədə iştirakını beynəlxalq münasibətlərin yeni reallığına çevirir.
İnfrastruktur layihələrin reallaşdırılması, yerli əhali üçün Diyanet və Emre Yunus Enstitü kimi mədəni-dini təşkilatların vasitəsilə humanitar layihələr, yeni açılan Maarif liseylərində təhsil proqramları (buranı bitirənlər sonra Türkiyə ali məktəblərinə qəbul olunur) - bütün bunlar Afrikanı Ankaraya müstəmləkəçiliyin istənilən zəncirindən daha möhkəm bağlayır.
Üstəlik, Türkiyənin daha bir eksklüziv məhsulu var - təhlükəsizliyi yaymaq. Türklər Liviya və Somali əsgərlərinə hərbi təlimlər keçir, bu yaxınlarda isə Nigeriya ilə sıx hərbi əməkdaşlıqla bağlı saziş imzalanıb. Bu saziş çərçivəsində Türkiyə əsgərləri yerli qüvvələrə "Boko Haram" terror təşkilatına qarşı mübarizədə, həmçinin ölkənin Mali və Burkina-Faso ilə sərhədlərinin təhlükəsizliyinin təmin olunmasında dəstək verəcək və onlara hərbi təlimlər keçəcək.
Türkləri "Qara qitə"nin ən ağlasığmaz yerlərində görmək olar...
Ərdoğan Anqola prezidenti ilə iyunda Ankarada görüşüb. Həmin vaxt hava nəqliyyatı, qarşılıqlı investisiyaların genişləndirilməsi, karbohidratların və faydalı qazıntıların hasilatı, ölkələr arasında vizasız rejim kimi sahələrdə sazişlər imzalanıb. Və indi Türkiyə prezidenti əldə olunmuş müqavilələrin necə reallaşdığını və yeni sazişlərin mümkünlüyünü müşahidə etmək üçün Anqolaya uçur. Üstəlik, o, hər iki ölkənin iş adamlarının qatıldığı biznes forumundan iştirak edəcək.
Nigeriyada karbohidratlar, dağ-mədən sənayesi və energetika sahəsində 3 müqavilələrin imzalanması gözlənilir. Habelə Nigeriyanın müxtəlif ştatlarında fəaliyyətini davam etdirən FETÖ liseylərinin Türkiyənin Maarif fonduna verilməsi ilə bağlı mövzu müzakirə olunacaq.
Ərdoğan Anqolada. Türkiyə lideri yeni uğurlarla gəlib
Ərdoğanın Afrrika səfərində sonuncu dayanacaq Toqodur. Toqo Türkiyəyə hərbi texnika sifariş etməyi planlaşdırır. Həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Ankaranın bu dövlətlə ticarət dövriyyəsi 2020-ci ildə 150 milyon dollar olub və Toqo bu rəqəmi minimum 3 dəfə artırmaq niyyətindədir.
Ərdoğan Afrika səfərindən qayıdandan dərhal sonra, 21-22 oktyabrda Ankarada III Türkiyə-Afrika İqtisadi və işgüzar forumu keçiriləcək. İlin sonunda, 17-18 dekabrda isə Türkiyə-Afrika əməkdaşlığının Üçüncü sammiti baş tutacaq.
Və əminlik var ki, bu tədbirlərdə Ankaranın Afrika ilə hərbi əməkdaşlığına dair, o cümlədən Türkiyə hərbi-sənaye kompleksi üçün yeni sifarişlərlə bağlı yeni müqavilələr imzalanacaq.
Afrika Türkiyəni strateji partnyor kimi qəbul edir. Ərdoğan Qara qitəni Ankara ilə Afrika dövlətləri arasında ortaq cəhətlərin Avropa, Rusiya və hətta Çin ilə müqayisədə daha çox olduğuna inandıra bilib, ona görə də burada Türkiyənin uğurları başqalarından daha çoxdur. Rəqiblərin, o cümlədən fransızların paxıllığına rəğmən. Parisin “Afrika əzabları” isə Ərdoğanı qətiyyən narahat etmir və o, Qara qitəyə öz yolu ilə gedir.
İkram Nur: (haqqin.az saytının yazarı)