Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Serbiya çətin vəziyyətə düşüb:Rusiyanı, yoxsa Qərbi seçəcək?

Bu yaxınlarda Serbiya ilə tanınmayan Kosovo arasında növbəti təhlükəsizlik böhranı yaşanıb. Kosovo hökuməti, Serbiya nömrə nişanlı sürücülərin Kosovoya girərkən müvəqqəti nömrələrə keçməsini tələb etmək üçün xüsusi təyinatlı polis bölmələrini sərhəd keçidlərinə göndərib. Kosovanın şimalında yaşayan serblər buna etiraz edib və yolu bağlamağa çalışdılar. Serbiya sərhədə yaxın zirehli maşınlar və qırıcılar yerləşdirib. Bir neçə gündən sonra Avropa İttifaqı bu mübahisəni həll edib. Hər iki tərəf Aİ-nin vasitəçiliyi ilə texniki danışıqlara qoşulub.

Yenixeber.org: Ancaq, ABŞ-ın "The National Interest" jurnalı yazır ki, Rusiya bu hadisədə Serbiyaya "qayıtmaq" üçün bir fürsət görüb, və bu fürsətdən istifadə etməyə çalışır. Rusiyanın Belqraddakı səfiri Aleksandr Botan-Xarçenko Serbiyanın müdafiə naziri Neboyşa Stefanoviç və Serbiya Ordusunun Birləşmiş Qərargah rəisi Milan Moisiloviçin müşayiəti ilə Kosovo yaxınlığında yerləşən və yüksək hazırlıq vəziyyətinə gətirilmiş Serbiya ordu qarnizonunu ziyarət edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova vəziyyətlə bağlı "Rusiyanın narahatlığını" ifadə edib. Serbiya prezidenti Aleksandr Vuçiç isə "Kosovo məsələsi ilə bağlı məsləhətləşmək" üçün səfir Botan-Xarçenkonu qəbul edib. Qeyd olunur ki, bu hadisələr, münasibətlərin bir müddət ərzində geriləməsindən sonra, Rusiyaya Serbiyaya "qayıtmaq" imkanı verib. Bu, onu göstərir ki, Moskvanın ölkədə nüfuzu azalsa da, tamamilə yox olmayıb.

2020-ci ildə Serbiya-Rusiya münasibətləri çətin bir dövr yaşayıb və Rusiya ölkədə bir neçə uğursuzluqla üzləşıb. Xüsusilə, Rusiya Vuçiçin Donald Tramp administrasiyasının köməyi ilə Kosovo mübahisəsini həll etmək cəhdlərindən narazı idi. Üstəlik, Moskva üçün bu qərar Belqradın ümumiyyətlə Vaşinqtona üz tutmaq istədiyinə işarə olub. Bu dövrdə, həmçinin, məlum olub ki, Serbiya Qərbdən kənar əsas tərəfdaşı statusunda artıq Rusiyanı yox, Çini görür.

Ancaq şərtlər yenə Rusiyanın xeyrinə dəyişib. Trampın yenidən seçilməsini gözləyən Vuçiç, indi Baydenin administrasiyasından Kosovo münaqişəsi ilə bağlı daha sərt mövqesindən narahatdır. Bu fonda Belqrad Rusiya ilə münasibətlərin möhkəmlənməsi istiqamətində bir sıra addımlar atıb. Məsələn, 2020 -ci ilin dekabrında BMT Baş Assambleyasında Serbiya Krım məsələsində Rusiyanı dəstəkləyib. Eyni ayda Belqradı Rusiyanın xarici işlər naziri Sergey Lavrov ziyarət edib.

"The National Interest"-in məqaləsində qeyd olunur ki, Vuçiç baş verənlərin fonunda çətin vəziyyətə düşüb. Qərbə həddindən artıq yaxınlaşsa, rusiyapərəst seçicilərin arasında dəstəyi azalacaq, Rusiyaya isə üz tutsa, Qərbin dəstəyini itirəcək, və iqtidarda qalması sual altına düşəcək.

Vurğulanır ki, Rusiya ənənəvi təsir məxanizmlərlə yanaşı, Serbiyada "Sputnik V strateqiyasını" reallaşdırır. Rusiya ilə razılaşma əsasında Serbiya bu peyvəndi artıq istehsal etməyə başlayıb. Bu Belqrada öz "peyvənd diplomatiyası"nı aparmaqa imkan verir.

Jurnal yazır ki, Serbiya-Rusiya əlaqələri bir qədər geriləsə də, tamamilə yox olmaqdan çox uzaqdır. Yaxın gələcəkdə Serbiya-Rusiya tərəfdaşlığı çərçivəsində çox geniş miqyaslı tədbirlərin baş verəcəyi ehtimalı azdır. Lakin yuxarıda sadalanan amillər Rusiyanın Serbiyada əhəmiyyətli oyunçu olaraq qalmasını təmin edir. Kosovo böhranı göstərir ki, Rusiya bölgədə mövqələrini saxlamaq üçün bütün imkanlardan istifadə edəcək.

İ. Şəfiyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam