Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Serbiya Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina etdi –Kosovaya görə

1031472023

Serbiyanın prezidenti Aleksandr Vuçiç Rusiyanın tərkibinə daxil edilmiş Krımı tam müstiəqilliyə can atan Kosova ilə müqayisə edib.

Yenixeber.org: Onun sözlərinə görə, hələlik Serbiya Krımı Rusiya ərazisi kimi tanıya bilməz. Çünki bu, Qərb ölkələri tərəfindən Kosova məsələsində neqativ baxımdan istifadə oluna bilər.
«Biz bu gün bunu etsəydik, qarşımıza bunun Kosova ilə bağlı analogiyasını qoyardılar. Deyərdilər – elə həmin prinsipə əsasən, Kosova da müstəqildir və bununla mübarizədə daha bizim hüququmuz olmazdı» - deyə, Vuçiç «Rossiya-24» telekanalına bəyan edib.

Bu zaman Vuçiç qeyd edib ki, Rusiyanın Serbiyadan böyük dostu yoxdur və iki ölkənin yaxınlığı sual altiına alınmaz.
«Bu, siyasi strategiya və taktika məsələsidir. Özümüzün həyati əhəmiyyətli dövlət və milli maraqlarımızı təhlükə altına atmaq hüququmuzun olmadığını nəzərdə tutur» – Vuçiç əlavə edib.
O, iyun ayında Fransanın «Le Monde» nəşrinə verdiyi müsahibəsini belə şərh edib. Həmin müsahibədə Serbiya prezidenti Kırımın statusu məsələsinə də toxunmuşdu.

Qeyd edək ki, Kosva Şərqi Avropada müstəqilliyi mübahisə doğuran ölkədir. Ərazidəki alban çoxluğu Kosovo Respublikası adlı dövlətin müstəqilliyinin bütün dünya tərəfindən diplomatik tanınmasına cəhd edir. Serbiya bölgənin Serbiyanın daxilində olanKosovo və Metoxiya muxtar vilayəti kimi tanıyır. Hazırda Kosovonun müstəqilliyini 111 ölkə tanıyıb. Azərbaycan Respublikası Kosovanın müstəqilliyini tanımamışdır.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam