Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Serbiya prezidenti: "Kosovo probleminin həlli ABŞ-ın iştirakı olmadan mümkün deyil"

“Kosovo probleminin həlli ABŞ, Rusiya və digər beynəlxalq güclərin iştirakı olmadan mümkün deyil”.

Yenixeber.org: Bunu Serbiya prezidenti Aleksandr Vuçiç RTS telekanalının canlı efirində bildirib.

“Albanlarla uzun müddətli sülhə nail olmaq məni sevindirərdi, çünki bu, Serbiyanın gələcəyi və bizim vətəndaşlarımız üçün çox vacibdir. Amerikalılarsız, ruslarsız və başqa beynəlxalq qüvvələrsiz Kosovo probleminin həllinə nail olmaq çox çətin olacaq”, – deyə A.Vuçiç qeyd edib.

O vurğulayıb ki, dialoq tərəflərindən birinin mövcud olan sərhədlərdə qeyd-şərtsiz öz müstəqilliyini tələb etməsi təqdirində, danışıqlar səmərəli ola bilməz: “Kosovo bizim insanlarımızın yaşadığı ərazidir, biz onların təhlükəsizliyinin, gələcəyinin qayğısına qalmalıyıq”.

Qeyd edək ki, 2008-ci ilin fevralında Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam