Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Batka”nın Putinə verdiyi “məxfi çanta”nın sirri: Ukrayna hərbi təhlükəni dəf etməyə hazırlaşır

Rusiya və Belarusun vahid dövlətdə birləşdirilməsi istiqamətində həlledici qərarlar verilməyə başlayıb; Kremlin Rusiya sərhədlərini genişləndirmək niyyətini istisna etməyən rəsmi Kiyev növbəti mərhələdə Ukraynaya qarşı hərbi müdaxilə oluna biləcəyindən ehtiyatlanır…

Yenixeber.org: Rusiya MDB məkanında fəallaşmağa başlayıb. Kreml bu məkanda Rusiyanın zəifləmiş mövqelərini yenidən bərpa etmək niyyətinə düşüb. Və bəzi Rusiya siyasətçilərinin açıqlamalarında da bu istiqamətdə ciddi iddialar səsləndirilir.

Məsələn, Rusiyanın ən qalmaqallı siyasətçisi sayılan Vladimir Jrinovski bir neçə ay əvvəl dilə gətirdiyi iddianı yenidən təkrarlayıb. O, bütün MDB məkanının, hətta Şərqi Avropa regionunun Rusiyaya aid ərazilər olduğunu iddia edib. Və Kremli həmin əraziləri yenidən Rusiyanın təsir dairəsinə qaytarılmasına çağırıb.

Onu da qeyd edək ki, Rusiyanın siyasi dairələrində analoji əhval-ruhiyyə güclənməkdə davam edir. Rusiyanın V.Jrinovski kimi populist siyasətçiləri ölkənin ərazilərinin keçmiş SSRİ-nin sərhədləri ilə eyniləşdirilməsinin vacibliyini vurğulayırlar. Onların fikrincə, Ukraynaya, eləcə də Cənubi Qafqaz, Orta Asiya, Baltikyanı regionlara nəzarət etmək Rusiyanın tarixi hüququdur. Və bu hüququ mütləq reallaşdırmaq lazımdır.

gruziya_16.jpg (86 KB)

Bəzi Rusiya siyasətçilər, o cümlədən, V.Jrinovski Kremlə “problemin həlli” variantını da təklif edirlər. Onların fikrincə, postsovet respublikalarının müqavimət göstərəcəkləri təqdirdə, Rusiya həmin dövlətlərin ərazilərinə qoşun yeritməlidir. Və Qərb siyasi dairələrinin buna etiraz etməsinə məhəl qoymağa da ehtiyac yoxdur.

Təbii ki, Kremlə yaxın siyasətçilərin keçmiş SSRİ-ni bərpa etmək əhval-ruhiyyəsi postsovet məkanında ciddi narahatlıq doğurmaqdadır. Baltikyanı ölkələr artıq bu təhlükənin qarşısının alınması istiqamətində müəyyən hazırlığa da başlayıblar. Halbuki, Baltikyanı region hazırda bütövlükdə NATO-nun “təhlükəsizlik çətiri” altındadır. Və bu regiona hərbi müdaxilə məhz NATO ilə silahlı münaqişəyə başlamaq anlamı daşıyır.

Ancaq buna baxmayaraq, Litva, Latviya və Estoniyanın hərbi-siyasi rəhbərlikləri NATO-dan bölgədə hərbi bazalarını artırmağı tələb edirlər. Eyni zamanda, Baltikyanı ölkələr hərbi xərclərini artırmaqla yanaşı, Rusiyanın silahlı müdaxiləsindən qorunmaq üçün şəhərdaxili hərbi təlimlərə da önəm verirlər.

Maraqlıdır ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyaya son səfəri keçmiş SSRİ-nin bərpa təhlükəsi ilə bağlı narahatlıqları daha da artırıb. Belə ki, “Batka”nın Rusiya prezidenti Vladimir Putinlə görüşə içərisində məxfi sənədlərin olduğu çanta ilə getdiyi bildirilir. Kremlə yaxın mənbələrin verdiyi məlumata görə, “Batka” prezident V.Putinə Rusiya və Belarusun vahid dövlətdə birləşdirilməsini təklif edib. Belarus prezidentinin çantasında da vahid dövlətin formalaşdırılmasına dair ikitərəfli məxfi sənədlərin olduğu iddia olunur.

TASS_37225496.jpg (239 KB)

Əlbəttə ki, Kremlədə bu məlumatların təsdiq və ya təkzib olunmasına o qədər də tələsmirlər. Ancaq buna baxmayaraq, Belarus müxalifəti artıq “Batka”nı sərt şəkildə tənqid etməyə başlayıblar. Belarus prezidenti A.Lukaşenko ölkənin müstəqilliyini öz şəxsi siyasi maraqlarına qurban vermək niyyətində siçlanır. Və yəqin ki, bu ittihamlarda nə qədər həqiqət payının olduğu yaxın vaxtlarda aydınlaşmağa başlayacaq.

Onu da qeyd edək ki, “Bakta”nın Rusiya səfərindən sonra Ukraynada ciddi narahatlıq hökm sürür. Ukrayna siyasi dairələrində Belarus və Rusiyanın vahid dövlətdə birləşmə niyyətləri keçmiş SSRİ-nin bərpa prosesinə start verilməsi kimi dəyərləndirilir. Hesab olunur ki, bu, baş tutacağı təqdirdə, Rusiya öz sərhədlərini genişləndirmək istiqamətində növbəti mərhələ addımlarına da başlaya bilər.

Maraqlıdır ki, rəsmi Kiyev Belarusdan sonra əsas hədəfin yenidən Ukrayna olacağından narahatdır. Əsas qənaətlər ondan ibarətdir ki, Rusiya öz məqsədinə çatmaq üçün Ukraynanı işğal etmək niyyətinə düşə bilər. Və arqument kimi isə Kremlə yaxın siyasi dairələrin Ukraynaya qoşun yeridilməsi ilə bağlı çağırışları ön plana çıxarılır.

Hətta prezident Vladimir Zelenski Ukrayna ordusunun gücləndirilməsi istiqamətində təxirəsalınmaz addımların atılması qərarına gəlib. Hazırda rəsmi Kiyev bir tərəfdən, Ukrayna ordusu üçün müasir silahların alınmasına xüsusi önəm verir. Bu istiqamətdə Türkiyənin hərbi sənayesi ilə imzalanan müqavilələrin icrasını sürətləndirilməsinə cəhd göstərilir.

zelenskiy_21_04.jpg (80 KB)

Digər tərəfdən isə, prezident V.Zelenski ABŞ və NATO-nu Ukraynanın Rusiya təhdidlərindən qorunmasına daha ciddi yanaşmağa çağırıb. Onun fikrincə, bu istiqamətdə atıla biləcək ən təsirli addım ABŞ və Qərbin Ukrayna ordusunu modernləşdirməsi və müasir hərbi texnika növləri ilə silahlandırnası ola bilər. Ukrayna prezidenti hesab edir ki, bu addımların gec atılmasından isə ən çox ziyan ABŞ və NATO-nun strateji maraqlarına dəyəcək.

Ancaq rəsmi Kiyevin ABŞ və NATO-ya tam güvənmədiyi də diqqətdən yayınmır. Çünki bir neçə ay əvvəl Rusiya ilə sonuncu hərbi-siyasi qarşıdurmada ABŞ və NATO geri çəkilən tərəf durumuna düşmüş oldu. Bu isə siyasi-psixoloji üstünlüyün hazırda Rusiyanın tərəfində olduğu şübhə doğurmur.

Təbii ki, bu baxımdan, Rusiyanın Ukraynaya qoşun yeridə biləcəyi indi əvvəlki dövrlərlə müqayisədə daha inandırıcı ehtimallar sırasında yer almaqdadır. Hətta belə bir addımın atılacağı təqdirdə, Ukraynanın Rusiya qarşısında təkbaşına buraxıla biləcəyi də qətiyyən istisna edilmir. Və bu səbəbdən də, Kreml rəsmiləri Rusiyanın Ukraynanı işğal etmək kimi bir niyyətinin olmadığını bəyan etsələr də, rəsmi Kiyev buna qətiyyən əmin deyil.

178266_1.jpg (90 KB)

Bütün bunları nəzərə aldıqda, Ukrayna prezidenti V.Zelenskinin Kreml sahibi V.Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu davamlı şəkildə təkrarlaması qətiyyən təəccüb doğurmur. Belə anlaşılır ki, rəsmi Kiyev Kremllə olan problemləri ikitərəfli təmaslarla həll etməyin daha effektiv ola biləcəyinə inanmağ başlayıb. Və bu məsələdə Kremlin verəcəyi qərarı gözlədiyini də gizlətmir.

Əslində, Kremldə də iki qonşu ölkənin dövlət başçıları arasında görüşün keçirilməsinə qarşı çıxmırlar. Ancaq Rusiya tərəfi belə bir görüş üçün özünün şərtlərini irəli sürməyi də qətiyyən unutmur. Kreml Krım yarımadası ilə bağlı vəziyyətin prezidentlərin görüşündə müzakirə mövzusu olmayacağını vurğulayır. Rəsmi Kiyev isə hesab edir ki, iki qonşu ölkə arasında münasibətlərin normallaşdırılması üçün Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini tərk etməsi əsas faktor rolunu oynayır. Və əgər, bu məsələlər gündəmə gətirilməzsə, görüşdə müzakirə ediləcək hər hansı mövzu qaimamış olur.

Göründüyü kimi, Ukrayna Rusiya ilə ikitərəfli təmaslara cəhd göstərir. Kreml isə bu cəhdin boşa çıxmasına səbəb ola biləcək şərtlər irəli sürür. Nəticədə rəsmi Kiyev “Batka”nın Kreml sahibinə təqdim etdiyi çantadakı məxfi sənədlərin Ukrayna üçün təhlükə mənbəyinə çevrilə biləcəyindən ehtiyatlanır. Və belə vəziyyət istər-istəməz Ukrayna-Belarus münasibətlərində də ciddi problemlərə yol açmaqdadır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam