Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistan "tələ"yə düşüb: Rəsmi Bakının əlində elə bir "silah" var ki...

Ermənistanın düşdüyü "böhran torbası"nın ağzındakı ip də indi məhz Azərbaycanın əlinə keçib; Rəsmi Bakı Görus-Gafan yolunu bağlayıb, "böhran torbası"nın ağzını qapadarsa, Ermənistanın sosial problemlər içərisində "boğulması" qaçılmaz ola bilər...

Yenixeber.org: Ermənistan maliyyə-iqtisadi böhranın nəticələri ilə üzləşməyə başlayıb. Bu düşmən ölkədə vəziyyət zaman keçdikcə, daha da ağırlaşır. Və bu, rəsmi İrəvanın hərbi-siyasi qərarlarına ciddi şəkildə təsir göstərə biləcək qədər önəmli faktordur.

Məsələ ondadır ki, son vaxtlar Ermənistanda sosial-iqtisadi problemlər daha ön plana keçməyə başlayıb. Halbuki, savaşda biabirçı məğlubiyyət və revanşist əhval-ruhiyyə bir müddət öncəyə qədər sosial böhranın mövcud təsirlərini hər halda, nisbətən bloklaya bilirdi. Və bu, Paşinyan hakimiyyətinə zaman qazandırdı.

Təbii ki, rəsmi İrəvan savaşdan sonra siyasi-ideoloji propoqanda sayəsində qazandığı zamandan əvvəl-axır ön plana keçəcəyi şübhə doğurmayan sosiol-iqtusadi böhranın təsirlərindən yayınmaq üçün də istifadə edə bilərdi. Bunun üçün populist siyasi kursdan, hərbi-siyasi avantüralardan imtina etmək lazım gələcəkdi. Yəni, əsas hədəf olaraq, daxili auditoriyaya hesablanmış revanşist təbliğatdan uzaqlaşıb, siyasi iradə tələb edən addımların atılması vacib idi.

Hər halda, Paşinyan hakimiyyəti tam dəqiqliyi ilə bilirdi ki, revanşist əhval-ruhiyyə Ermənistana yaxşı heç nə vəd etmir. Ermənistanın Azərbaycana qarşı növbəti müharibəyə başlamaq üçün heç bir sahə üzrə resursları yoxdur. Növbəti savaşın başlaması Azərbaycan ordusunun hər hansı ciddi hərbi maneə ilə üzləşmədən Ermənistan paytaxtı İrəvana doğru irəliləməsi ilə nəticələnə bilər.

455bec4ba276060c6cc9bfc1714af834.jpg (90 KB)

Əslində, Ermənistan Müdafiə Nazirliyinin reallaşdırdığı hərbi təlimlərin nəticələri də bunu açıq-aşkar sübut edir. Çünki normal hərbi təlimlər fəaliyyətdə olan ordunun hərbi hissələrinin iştirakı ilə aparıldıqda effektiv olur. Ordunun mövcud döyüş hazırlığı müəyyən edilir. Eyni zamanda, döyüş qabiliyyəti daha da yüksəldilir.

Ermənistanda isə bu qətiyyən müşahidə edilmir. Çünki, vaxtilə hərbi xidmətdə olmuş 40-45 yaşlı erməniləri bir neçə aylıq toplayıb, onlara yenidən sürünməyi, səngərə girib-çıxmağı "öyrənmək" zaman itkisindən başqa bir şey deyil. Bu, ən yaxşı halda, rəsmi İrəvana Ermənistan ordusunun reallıqda mövcud olmadığına növbəti dəfə əmin olmağa kömək edə bilər.

Halbuki Ermənistan siyasi dairələri mövcud vəziyyətlə barışıb, qonşu ölkələrlə, xüsusilə də, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına üstünlük versəydi, indi situasiya daha fərqli də ola bilərdi. Hər halda, Ermənistan maliyyə-iqtisadi böhranın təsirlərini mümkün qədər zəiflətmək istiqamətində "regional nəfəslik" qazanmış olardı. Və bu, rəsmi İrəvana geopolitik manevrlər etmək, Rusiyanın hegemonluğuna qarşı alternativ mövcudluq variantı barədə düşünmək şansı da verərdi.

Ancaq Paşinyan hakimiyyəti savaşdan sonra qazandığı müvəqqəti zamanı doğru dəyərləndirə bilmədi. Həmin zamanı daha çox ölkədaxili populizmə və hərbi-siyasi avantüralara sərf etdi. Nəticədə sosial böhranın amansız şərtləri ilə üzləşmək məcburiyyətində qaldı.

Ona görə də, bundan sonra Paşinyan hakimiyyətinin bütün hərbi-siyasi qərarlarında mütləq sosial-iqtisadi faktorların birbaşa təsiri müşahidə olunacaq. Rəsmi İrəvanın bu faktorun təsirindən yayınmaq şansı artıq demək olar, yoxdur. Və Paşinyan hakimiyyətinin tədricən maliyyə-iqtisadi qaynaqlar qazana biləcəyi qonşu ölkələrdən asılı vəziyyətə düşəcəyi qətiyyən şübhə doğurmur.

e9324f3300922e0e03391e181b014f50_10957_87.jpg (338 KB)

Məsələ ondadır ki, artıq bunun ilkin əlamətləri müşahidə edilməyə başlayıb. Xüsusilə də, Ermənistana aid son "nəfəslik" Azərbaycanın nəzarəti altına düşüb. Azərbaycan Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsini hər an qapada bilər. Rəsmi İrəvan nə qədər hay-küy salsa da, bu, mənasızdır. Çünki, Ermənistanın Azərbaycan ərazilərindən öz maraqları çərçivəsində istifadə etmək hüququ yoxdur. Və Azərbaycan hərbçilərinin nəzarətində olan bu yolun hələlik açıq saxlanması sadəcə, rəsmi Bakının humanizm prinsiplərinə bağlıdır.

Ancaq humanizmin də bir çərçivəsi mövcuddur. Ermənistan bu yoldan istədiyi kimi istifadə edə bilməz. Bu yol ilə Azərbaycana məxsus Xankəndi və ətraf bölgəyə hərbi yüklərin daşınması yolverilməzdir. Bu səbəbdən də, Azərbaycan tərəfi Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində ciddi yoxlamalara başlayıb. Xankəndi və ətraf bölgəyə hərbi xarakterli yüklər daşınması ilə bağlı faktlar olduğundan İrandan gələn ağırtonnajlı maşınlar yoxlanılır. Və artıq İrandan həm Ermənistana, həm də Azərbaycanın rus sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu əraziyə hərbi yüklərin daşınmasının qarşısı alınıb.

Təbii ki, Azərbaycan bu magistralda nəzarət-buraxılış sistemini daha da gücləndirmək hüququna sahibdir. Artıq bu istiqamətdə növbəti addımların atılmasına da başlanılıb. Hər halda, Ermənistan tərəfindən verilən açıqlamaların məzmunu belə düşünməyə tamamilə əsas verir.

Gorus merinin müavini Karo Koçaryan iddia edir ki, Azərbaycan polisləri Gorus-Qafan yolunda İran yük maşınları ilə yanaşı, artıq avtobusları da yoxlamağa başlayıb. Halbuki, həmin avtobuslarla Xankəndiyə erməni terrorçu-diversantların daşınması barədə faktlar olduğundan rəsmi Bakının bu qərarı da tamamilə doğru addımdır.

Ancaq Karo Koçaryan Azərbaycanın yola belə ciddi nəzarət etməsinin Ermənistana müəyyən problemlər vəd etdiyini vurğulayıb. Onun sözlərinə görə, iranlı sürücülər tezliklə yükdaşımalarından imtina edə bilərlər: "İran sürücüləri artıq bəyan edirlər ki, əgər azərbaycanlılar pul tələb etməyi davam etsələr, yük daşımalarından imtina edəcəklər. Onlar deyirlər ki, bu qədər vaxt itirməkdən və əsəbləri korlamaqdansa, ən yaxşısı ümumiyyətlə gəlməkdədir".

irandan-gorus-qafan-yolunun-baglanmasina-reaksiya-0-1630069933.jpg (71 KB)

Maraqlıdır ki, Gorus merinin müavini rəsmi Bakının nəzarəti daha da sərtləşdirə biləcəyini də qətiyyən istisna etmir: "Gələcəkdə daha da pis olacaq. Hələ ki, azərbaycanlılar bizim nömrə ilə olan maşınları yoxlamırlar, ancaq dayanmağa da icazə vermirlər. Hesab edirəm ki, gələcəkdə onlar Ermənistan nömrəsi ilə olan maşınları da yoxlamağa başlayacaqlar".

Əslində, burada elə bir təəccüb edəcək məqam yoxdur. Çünki bütün normal dövlətlər öz sərhədlərinə ciddi nəzarət edirlər. Azərbaycan da öz sərhədlərini qoruyur. Və rəsmi Bakı Azərbaycan ərazisindən keçən yoldan Ermənistanın istədiyi kimi istifadə etməsinə imkan vermək niyyətində deyil.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan mənasız hay-küy salmaq əvəzinə Azərbaycan ilə münasibətlərini normallaşdırmaq çalışsa, Ermənistan üçün daha yaxşı olardı. Çünki rəsmi Bakının həmin yolu uzun müddət açıq saxlayacağı qətiyyən inandırıcı deyil. Çünki, rəsmi Bakı Azərbaycana düşmən olan Ermənistanın bu yoldan istifadə etməsinə imkan verməz. Yəni, bu Görus-Gafan yolu əvvəl-axır həmişəlik bağlanacaq.

Bu yolun bağlanması isə Ermənistan üçün əsl fəlakətə çevrilə bilər. Çünki, bu halda, Ermənistanın cənubu ilə şimalı arasında nəqliyyat-kommunikasiya əlaqəsi kəsilmiş olacaq. Eyni zamanda, Ermənistan həm də xarici ölkəyə çıxış imkanı verən yeganə marşrutdan da məhrum qalacaq. Və bu, Ermənistanda həm maliyyə-iqtisadi, həm də sosial-siyasi böhranı daha da idarəolunmaz vəziyyətə sala bilər.

Halbuki, hazırda rəsmi İrəvan ölkədaxili böhran faktorlarına nəzarət etməkdə onsuz da çətinlik çəkir. Ermənistan vətəndaşları ölkənin perspektivlərinə artıq ciddi şəkildə şübhə edirlər. Kütləvi şəkildə Ermənistanı tərk etməyə başlayıblar.

2021-09-13-10-23-04b3r87HZ6njn98qjG4uHK_file.jpg (90 KB)

Ermənistanın İctimai Miqrasiya Şurasının verdiyi məlumata görə,  son 30 ildə Ermənistanı 1,7 milyon nəfər tərk edib. Bu ilin sona qədər ölkəni tərk edənlərin sayında böyük artım gözlənilir. Belə ki, iyul ayının sonuna olan məlumata görə, Ermənistan bu il 70 min vətəndaş itirib. Və ilin sona qədər Ermənistanı tərk edənlərin sayının 150 min nəfərə çatacağı proqnozlaşdırılır.

Maraqlıdır ki, erməni ekspertlər bu vəziyyətdən hər hansı ciddi çıxış yolu göstərməkdə çətinlik çəkirlər. Onların fikrincə, Ermənistan vətəndaşları çadırlarda və sosial ehtiyac içərisində yaşamaq perspektivinə qətiyyən hazır deyillər. Və bu reallıq Ermənistanın sürətlə boşalmasına səbəb ola bilər.

Təbii ki, nəinki savaş, hətta normal mövcudluq resursları belə, olmayan məğlub Ermənistanın revanşist ritorikanın girovuna çevrilməsi məntiqi nəticəni də yaxınlaşdırır. Azərbaycan və Türkiyə ilə düşmənçiliyi davam etdirməsi Ermənistanı bütün sərfəli regional layihələrdən kənarda qoyub, hətta dünyadan belə, qoparıb. Xarici investisiyalar üçün cəlbedici olmayan Ermənistan öz iqtisadiyyatını inkişaf etdirmək şansından da məhrum qalıb. Və belə bir dövlətin əhalisi isə ölkəni tərk edib, həyat resurslarını kənarda axtarmağa məhkumdur.

İndi Ermənistanın düşdüyü "böhran torbası"nın ağzındakı ip də məhz Azərbaycanın əlinə keçib. Rəsmi Bakı həmin ipi çəkib - Görus-Gafan yolunu bağlayıb, "böhran torbası"nın ağzını qapadarsa, Ermənistanın sosial problemlər içərisində "boğulması" qaçılmaz ola bilər. Bu, rəsmi Bakının əlində Ermənistana qarşı olduqca güclü, qarşısıalınmaz silaha çevrilməyə başlayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam