Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Baydenin hakimiyyəti dönəmində Vaşinqton Türkiyəni öz müttəfiqi kimi qəbul edə bilər-ŞƏRH

 

Rusiya və Ermənistanda ümid edirlər ki, Co Baydenin hakimiyyəti dövründə Vaşinqton Türkiyəni öz düşməni kimi qəbul edəcək.

Yenixeber.org: Bu iddianı Rusiya Milli Tədqiqat Universitetinin Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini, Xarici və Müdafiə Siyasəti Şurasının Tədqiqat Proqramları üzrə direktor müavini Dmitri Suslo irəli sürüb. Onun rəyi Marqarita Simonyanın rəhbərlik etdiyi "Sputnik"də baş yazı olaraq dərc edilib.

 Hərgah, dövlətlərin siyasi maraqlarının təhlili onu göstərir ki, Bayden dönəmində  ABS-ın Türkiyəni öz müttəfiqi kimi qəbul etməsi üçün daha çox əsas var.

Sirr deyil ki, ABS-ın yeni prezidentinin hədəfləri sırasında Putin rejiminə və Rusiyanın bölgədə dominantlığına son qoyulması əsas yerlərdən birini tutur.

Həmin məqsədə çatmaq üçün Vaşinqton Rusiyanın  ilk növbədə Suriya, Qafqaz və Ukraynadan çıxarılmasını təmin etməlidir. Bu məsələlərin hər hər birində  Türkiyə ilə ABŞ-ın maraqları üst-üstə düşür. 

Moskva ilə Ankara arasında münasibətlər nə qədər sıcaq görünsə də,  Rusiya Türkiyənin istər Suriyada, istərsə də Qafqaza yerini dar edir. Suriyada terrorçu YPG/PYD qruplaşmalarını açıq himayə edən Rusiya, Azərbaycanda sülhməramlı adı altında separatçı rejimi müdafiə edir və hər vəchlə   Türkiyə sülhməramlılarının bilavasitə Dağlıq Qarabağa daxil olmasına imkan vermir.

Artıq amerikalı ekspert Pol Qobl proqnoz verib ki, o, Rusiyanın Qarabağa yeritdiyi hərbi  kontingentin burada 5 il qala bilməyəcəyinə, ABŞ-ın təklif etdiyi kimi, Azərbaycanla Ermənistan arasında Skandinaviya dövlətlərindən olan neytral sülhməramlı qüvvələrin yerləşdiriləcəyinə inanır.

Bu təşəbbus indiki durumda Azərbaycan ücün daha məqbuldur. Çünki Azərbaycanı iki dəfə ışğal etmiş, 20 Yanvar qırğınını törətmiş və Qarabağ müharibəsində bəzən açıq, bəzən gizli Ermənistanı müdafiə etmiş Rusiyadan fərqli olaraq, Skandinaviya dövlətlərindən olan sülhməramlıların Azərbaycana gəlişı ölkəmizin suverenliyinə təhlükə yaratmır.

 

Co Bayden dünya siyasətində yeni sima deyil və onun Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla şəxsi münasibətlərinin illərlə davam edən tarixçəsi var. Bu münasibətlər hamar olmayıb, lakin onların arasında olan ziddiyyətlər Baydenin vitse-prezidənt olaraq iki dəfə Türkiyəyə səfər etməsinə və "ABŞ ilə Türkiyənin müttəfiqliyi sarsılmazdır" deməsinə mane olmayıb. Bu ziddiyyətlər ABŞ-da prezident seçkilərinin  rəsmi nəticələri elan olunmadan Ərdoğanın Baydeni seçkidə qələbə qazanması münasibətilə təbrik etməsinə də mane olmayıb.

Üstəlik, Türkiyənin NATO üzvü olduğunu da nəzərə alsaq, qarşıdakı illərdə Ankara ilə Vaşinqton arasında münasibətlərin  Rusiya və Ermənistanın arzuladığı kimi yox, Türkiyənin və ABS-ın dövlət maraqlarının diqtə etdiyimi kimi isti olacağı daha inandırıcıdır.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam