Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Türkiyə-Rusiya münasibətləri müttəfiqlik deyil... -müvəqqəti əməkdaşlıqdır”

 

“İlkin dəyərləndirmə odur ki, Rusiya Cənubi Qafqaz regioununda üstünlüyü ələ alıb. Təbii ki, burada Türkiyəni də yaddan çıxarmaq olmaz, çünki Türkiyə də bölgədə varlığını göstərməyə başlayıb. Bu səbəbdən də, ilk baxışdan Rusiyanın regionda Amerika və Fransanı kənarda qoyaraq məsələni öz lehinə həll edə bilməsi ilə bağlı söylənən fikirlər doğrudur”.

Yenixeber.org: Bunu AYNA-ya açıqlamasında, Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib. Bildirib ki, Fransanın regionda bir o qədər də güclü olmaması, ABŞ-da isə prezident seçkilərinə baş qarışması və Co Baydenin hələlik hakimiyyəti tam olaraq ələ almaması məsələni sual altında qoyur: “Amerikanın bu günə qədər regionda yaşadığı problem ciddi siyasət həyata keçirməməsi idi. Daha dəqiq desək, ABŞ-ın əsas maraq nöqtəsi Gürcüstan idi, Ermənistanda ən böyük səfirliyə sahib olsalar da, Azərbaycanla münasibətləri birmənalı deyildi. Yəni, çox ziddiyyətli tərəfləri var idi. Amma dediyim kimi, Baydenin Prezident seçilməsi və faktiki olaraq fəaliyyətə başlamasından sonra Amerikanın Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliklər olacağını söyləyə bilərik. Yəni, daha aktiv bir siyasət həyata keçirəcəyini deyə bilərik. Səbəbi də budur ki, Baydenin səsləndirdiyi fikirlər bölgədə, ümumiyyətlə Rusiyanın güclənməsinin qarşısını almağa yönəlib”.

Analitikin sözlərinə görə, faktiki olaraq regionda Türkiyə ilə Rusiya arasında müəyyən məsələlərdə razılaşma və əməkdaşlıq olsa da, bəzi məsələlərdə mövqelər tamamilə zidd və qarşı-qarşıyadır: “Bu səbəbdən də indiki vəziyyətdə, xüsusilə də Cənubi Qafqaz məsələsində Türkiyə ilə Rusiyaya qarşı Amerikanın təzyiq göstərməsi, bu ölkələri bir araya gətirə və daha da yaxınlaşdıra bilər. Amma bu, o demək deyil ki, Türkiyə ilə Rusiya bütün məsələlərdə birlikdə hərəkət edəcək və strateji müttəfiq olacaq. Mənə görə, bununla bağlı səslənən fikirlər və iddialar həm doğru deyil, həm də tez və yerində olmayan iddialardır”.

“Xüsusən də bu gün dövlətlərarası münasibətlərdə (Suriya problemi bunun ən klassik nümunəsidir) hər bir dövlətin fikirlərinin üst-üstə düşən qruplar formasında deyil, müəyyən strateji razılaşamlar çərçivəsində bir araya gəldiklərini görürük. Ona görə də bu, ənənəvi ittifaqlar formasından daha çox dövlətlərin öz maraqları çərçivəsində “günlük və ya müddətli əməkdaşlıq” forması ilə nəticələnir. Bu da o deməkdir ki, bir çox məsələlərin həlli hələlik tezdir və bu cür problemlərin tam həllinin əldə edilməsi çətin məsələdir. Yəni, bir məsələnin həlli üçün ən azı iki tərəf lazımdır ki, bu tərəflər bir araya gələrək ortaq qərar versinlər və aradakı problemi ortadan qaldırsınlar. Amma bu gün biz çoxtərəfli diplomatoya görürük, tərəflərin hər birinin öz marağı və öz mənfəətinin olduğunu görürük. Təbii ki, onların da hamısını bir araya gətirmək olduqca çətin məsələdir”, - deyə İsmayıl vurğulayıb.

Ekspert ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etmək qərarına da münasibət bildirib: “Sanksiya qərarının Türkiyənin Rusiya ilə münasibətlərinə yenidən baxması üçün mesaj xarakteri daşıması ilə bağlı səslənən fikirlər real deyil. Düşünürəm ki, bu mesaj Türkiyə-Rusiya münasibətlərinə ünvanlanan ismarıcdan daha çox, Amerikanın tələblərini həyata keçirmək istəməsi ilə bağlıdır. Amma bu məsələdə ona da diqqət etməliyik ki, Amerikadakı bəzi qüvvələr Türkiyəyə qarşı nə qədər sanksiyalar qəbul etsələr də, Türkiyənin regionda önəmli dövlət olması reallığını dəyişdirmir və Amerika Türkiyəni bu və ya digər məsələlərdə qəbul etmək məcburiyyətindədir”.

“Buna görə də Türkiyə-Amerika münasibətlərinin tamamilə sona çatacağını, yaxud sanksiyaların Türkiyə ilə Rusiya arasında əməkdaşlığı artıracağını demək doğru deyil. Çünki Türkiyə ilə Rusiya arasında əməkdaşlığın tamamən inkişaf etməsi həm Rusiyanın, həm də Türkiyənin siyasi yanaşması ilə bağlıdır. Amma göründüyü kimi, hər iki dövlət bəzi məsələlərdə dil tapsa da, əsas ana xətlərdə fikriləri üst-üstə düşmür. Xüsusən, biz bu ziddiyyətləri Suriya, Liviya, Qarabağ və digər məsələlərdə görürük. Sadəcə olaraq, tərəflər iqtisadi əməkdaşlıq çərçivəsinə görə, münasibətləri ciddi şəkildə pozacaq müstəviyə keçmir və daha çox birbaşa olmayan qarşıdurma ilə üz-üzə gəlirlər. Yəni, bu qarşıdurmanın açıq toqquşmaya çevrilməsində maraqlı deyillər. Çünki hər iki dövlətin bir-birinə çox ciddi iqtisadi ehtiyacları var”, - deyə politoloq əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam