Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Jukovun Xruşovu qəzəbləndirən təklifi: Mikoyanın Qələbə Marşalı ilə bağlı “vicdan” borcu

 

 

20-ci əsrin görkəmli hərbi xadimlərindən biri sayılan marşal Georgi Jukov talantlı və bacarıqlı sərkərdə olmaqla yanaşı, həm də siyasi mübarizələrdə qətiyyətli bir şəxs kimi tanınıb. Kreml daxilindəki çəkişmələr, intriqalar, məmurlar arasındakı konfliktlər Jukovdan da yan keçməyib.

Yenixeber.org: Əvvəlki yazılarımızda Jukovla Stalinin münasibətlərindən bəhs edərək qeyd etmişdik ki, müharibədən sonra Jukovun xalq arasındakı böyük nüfuzu Stalini ciddi narahat edib, hətta Stalin Jukovun hərbi çevriliş etməsini də istisna etməyib və elə buna görə də, o, qələbə marşalını Moskvadan uzaqlaşdırıb, əvvəlcə Odessaya, sonra isə daha uzağa, Ural Hərbi Dairəsinə göndərib.

Stalinin vəfatından sonra da Jukovun Mərkəzi Komitənin rəhbərliyi ilə münasibətləri ziddiyyətlər üzərində köklənib. Düzdür, Nikita Xruşov Jukova daha böyük kürsüdə yer verib, amma bu, heç də Jukova olan ehtiramdan irəli gəlməyib, sadəcə, Xruşşov marşalın bacarığından və nüfuzundan istifadə edib. Belə ki, Xruşşova hakimiyyətdə mövqelərini daha da möhkəmləndirmək üçün Lavrenti Beriyanı aradan götürmək bir nömrəli məsələ sayılıb. O, bu işin icrasını marşal Jukova həvalə edib və istədiyi nəticəni alıb. Sözsüz ki, Xruşşov Jukovun bu xidmətini cavabsız qoymayıb. 1955-ci ildə o, Jukovu SSRİ-nin müdafiə naziri vəzifəsinə təyin edib.

Yenidən Moskvada öz marşal ulduzları ilə gözqamaşdıran Jukov hakimiyyətdə ciddi fiqurlardan birinə çevrilib. Marşal ilk növbədə orduda ciddi kadr islahatları aparıb, yaxından tanıdığı və ona sədaqətli olan hərbçilər yüksək hərbi vəzifələrə təyin edilib.

226774_600.jpg (151 KB)

Marşal Jukovun müdafiə naziri kimi fəaliyyətində Mərkəzi Komitə ilə böyük problem yaradan addımı orduda siyasi rəhbərlərin kütləvi şəkildə ixtisar etməsi olub. Jukov bununla ordu ilə partiya arasında xidməti əlaqələrin kəsilməsinə, ordu üzərindən partiya nəzarətinin götürülməsinə çalışıb.

Ölkənin bütün silahlı qüvvələrini öz əlində cəmləmək istəyən Jukov Daxili İşlər Nazirliyinin tabeliyində olan Daxili Qoşunları və Dövlət Təhlükəsizliyi Komitəsinin tabeliyində olan Sərhəd Qoşunlarını nəzarətdə saxlamaq, özünə tabe etdirmək üçün bütün mümkün variantlara əl atıb. Amma struktur baxımından bu mümkün olmadığından marşal məsələni başqa cür həll etməyi planlaşdırıb.

Jukov Xruşşova DİN və DTK rəhbərlərinin dəyişdirilməsini təklif edib. Marşal öz təklifini belə əsaslandırıb ki, qoşunlara malik olan qurumlara peşəkar hərbçilər rəhbərlik etməlidirlər O, daxili işlər naziri vəzifəsində marşal İvan Konyevi, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində isə ordu generalı Sergey Ştemenkonu görmək istəyib.

pic_9a2f85dd343e3807d8b003972b278248.png (353 KB)

Açıq büruzə verməsə də bu təklif Xruşşovu ciddi narahat edib və onun qəzəbinə səbəb olub. Baş katib belə qənaətə gəlib ki, bütün silahlı qüvvələri nəzarəti altına salmaqla Jukov istənilən vaxt hakimiyyəti devirmək gücünə malik olmaq istəyir.

Digər bir tərəfdən həmin ərəfədə Xruşşova Jukovun fəaliyyəti ilə bağlı başqa bir məlumatı da çatdırıblar. Jukov Mərkəzi Komitə ilə heç bir razılaşma olmadan Tambov şəhərində böyük bazaya malik olan diversantlar məktəbi yaradıb. Bu məktəbə Jukovun hələ müharibə illərindən tanıdığı peşəkar hərbçilər cəlb olunublar.

Qələbə marşalının Kreml üçün təhlükəli bir şəxs olmasını Xruşşova anladanlardan biri da Anastas Mikoyan olub. Mikoyan Xruşşova Jukovun 1957-ci il iyun plenumundakı çıxışını xatırladıb. Hansı ki, həmin plenumda Jukov Xruşşovu müdafiə edib, onu hakimiyyətdən devirmək istəyənlərə sərt cavab verərək bildirib ki, onun göstərişi olmadan bir tank belə bir metr də olsun hərəkət edə bilməz. Mikoyan bu ifadəni xatırlatmaqla Xruşşova çatdırıb ki, Jukov orduya öz şəxsi qüvvələri kimi baxır və ordu yalnız onun əmrlərinə tabe olur, Mərkəzi Komitənin isə ordu üzərində heç bir səlahiyyəti yoxdur.

Xruşşov bütün baş verən hadisələri özlüyündə təhlil edib və belə qənaətə gəlib ki, Jukovu müdafiə naziri vəzifəsində saxlamaq hər an hakimiyyəti itirmək təhlükəsi ilə üzləşmək deməkdir. Xüsusilə, marşal Jukovun daxili işlər naziri və DTK sədri vəzifələrinə təyinatla bağlı verdiyi təkliflər onsuz da çılğın olan Xruşşovu özündən çıxarıb.

1957-ci ilin sentyabr ayında Xruşşov Mərkəzi Komitənin katibi Mixail Suslovu yanına dəvət edib və ona oktyabr plenumunda əsas məruzəçi olacağını söyləyib, plenumda müzakirəyə çıxarılacaq məsələnin isə müdafiə nazirinin fəaliyyəti ilə bağlı olacağını bildirib.

13084127.893276.4243.jpeg (62 KB)

Xruşşov Mikoyana da çıxış həvalə edib. “Hər şeyə yarayan” Mikoyan baş katibin təklifini böyük məmnuniyyətlə qəbul edib və plenumda Jukovun əleyhinə Xruşşovun istədiyindən də artıq tənqid və iradlar bildirib. Plenumun stenoqramında Mikoyanın aşağıdakı fikirləri əks olunub:
“...Mən belə hesab edirəm ki, yoldaş Jukovun nazir vəzifəsindən azad edilməsi və Mərkəzi Komitə üzvlüyündən xaric edilməsi tamamilə ədalətli bir qərardır. Bu qərar hamı tərəfindən və hər birimizin vicdanı ilə qəbul olunur. Biz bu qərarla vicdan borcumuzu yerinə yetirmiş oluruq...”
Beləliklə, Qələbə marşalı Georgi Jukov Mikoyanın “vicdan” borcu sayəsində hərbi və siyasi səhnədən uzaqlaşdırılıb, Kremldə Mikoyan kimi baş katiblər qarşısında baş əyənlərin əməlləri nəticəsində daha bir ədalətsiz qərar qəbul olunub.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam