Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Millətin işğalçı və dağıdıcı mahiyyəti-ARAŞDIRMA


 

Yaxın tariximizdə baş verən faciələr, dəhşətlər yadaşa elə həkk olunub ki, düşündükcə, xatırladıqca, faciəvi hadisələr kino lenti kimi göz önündən keçir.

Yenixeber.org: Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamenti 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdi. Bundan sonra elə həmin gün Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. İki gün sonra azərbaycanlılar və ermənilər arasında qarşıdurma atışmaya çevrildi. Qarşıdurma zamanı iki azərbaycanlı gənc həyatını itirdi. Aradan bir müddət keçdi... 15 noyabr 1988-ci ildə Şuşada ermənilər tərəfindən dövlət qoruğu olan Topxana meşəsində çoxlu sayda ağacların qırılması, meşədə yanğın törədilməsi, nadir ağacların məhv edilməsi baş verdi. Məhz ermənilərin Topxana meşələrini məhv  etmələri və onların bu hərəkətlərinin o zamankı hakimiyyət tərəfindən qarşısının alınmaması Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb oldu. Həmin hadisədən iki gün sonra 17 noyabr 1988-ci ildə Azərbaycanda Meydan hərəkatı başladı. Qarabağda Topxana meşəsinin qırılması o zaman mərkəzi hakimiyytə qarşı anti-sovet mitinqlərinin, aksiyalarının təşkil edilməsinə səbəb oldu.

Qeyd etməliyəm ki, qədim tarixə malik Topxana meşəsində palıd, fıstıq, qarağac kimi nadir və çox qiymətli ağaclar vardı. Topxananın heyvanat aləmi də zəngin idi. Meşədə ayı, canavar, tülkü, dovşan, cüyür, kəklik, turac və sair canlılar məskunlaşmışdı. İşğal zamanı Topxana meşəsi demək olar dağıdılmış, bitki örtüyü, heyvanat aləmi məhv edilmişdir.

1988-ci ildən başlayaraq Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafında 7 inzibati rayon işğal altına düşmüşdür.

1988-1993-cü illərdə ərazisi 4400 kv. km olan Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut rayonları), Laçın rayonu (ərazisi – 1875 kv. km), Kəlbəcər rayonu (ərazisi – 1936 kv. km), Ağdam rayonu (ərazisi – 1154 kv. km), Cəbrayıl rayonu (ərazisi - 1050 kv. km), Füzuli rayonu (ərazisi - 1112 kv. km), Qubadlı rayonu (ərazisi - 826 kv. km), Zəngilan rayonu (ərazisi - 707 kv. km) işğal edilmişdir.

 Beləliklə, Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmişdi. İşğal edilmiş ərazilərdə 2389 sənaye və kənd təsərrüfatı obyektlərinin əksəriyyəti, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır.

İşğal edilənədək DQMV-də 99, Laçın rayonunda 30, Kəlbəcərdə 37, Ağdamda 34, Füzülidə 44, Cəbrayılda 24, Qubadlıda 25, Zəngilanda 18, cəmi 311 böyük kənd təsərrüfatı müəsisələri fəaliyyət göstərmişdir. Həmin təsərrüfatlarda 3425 ədəd kənd təsərrüfatı texnikası mövcud idi.

İşğal edilmiş Dağlıq Qarabağ və ətraf rayönlarda əsasən məşğulluq kənd təsərrüfatı olmuşdur. Həmin rayonlarda yaşayan kəndlilər bitkiçilik məhsullarından taxıl, pambıq, üzüm, kartof və heyvandarlıq məhsullarından ət, süd, yumurta, yun və sair kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmuşlar. 1988-ci ildə Azərbaycan respublikası istehsal etdiyi üzümün 31,5%-i, taxılın 14,3%-i, kartofun 7%-i, südün 17,1%-i, Ətin 14,5%-i, yunun 19,3%-i, baramanın 17 faizi bu rayonlarda istehsal edilmişdir (Cədvəl1).  

Cədvəl 1. Erməni qəsbkarları tərəfindən işğal plunmuş Azərbaycan rayonlarının 1988-ci ildə əldə olunmuş bəzi kənd təsərrüfatı məhsullarının həcmi.

  Taxıl, min ton Üzüm, min ton Ət, min ton Süd, min ton Yun, ton Barama, ton
DQMV 100,0 71,8 10,2 36,5 477 89,0
Laçın 3,0 - 2,0 4,1 198 -
Kəlbəcər 1,0 - 1,0 3,1 86 -
Agdam 30,1 1,2 2,7 12,6 297 379
Füzuli 31,9 100,1 1,5 6,8 128 -
Cəbrayıl 20,1 42,0 1,4 6,6 130 282
Qubadlı 6,7 2,9 0,6 3,3 - 14,4
Zəngilan 4,6 16,3      0,6 2,5 20 82,0
Cəmi 179,4 234,3 20,0 75,5 1360 846,4
Azərbaycan üzrə faizlə 14,3 31,5 14,5 17,1 19,3 17,0

1988-ci ildə ümumi respublika üzrə iribuynuzlu mal-qaranın sayının 15,8%-i, qoyun və keçilərin 19,2%-i, donuzların isə sayının 38,7 faizi İşğal olunmuş rayonların payına düşürdü. 1988-ci ildə həmin rayonların təsərrüfatlarında 313 min 129 baş iribuynuzlu mal-qara, o cümlədən 111 min 244 baş inək və camışlar, 1 milyon 098 min 881 baş xırda buynuzlu heyvanlar saxlanılırdı ki, bunlardanda da elə həmin il 20 min ton ət, 75,5 min ton süd, 1360 ton yun istehsal edilmişdir.

 

Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasının hazırladığı hesabatda qeyd edilir ki, 1989-cu ildən başlayaraq Azərbaycan ərazilərinin işğal olunması nəticəsində 311 kənd təsərrüfatı müəssisələri, o cümlədən 145 yeni təşkil olunmuş üzümçülük-şərabçılıq, 1365 avtomobil, 3425 əkin və qoşqu traktoru, 7296 hidroqurğu, 62 su nasosu və suvarma aqreqatları, 1200 km təsərrüfatlararası suvarma kanalları, 645,5 min ha kənd təsərrüfatına yararlı torpaqlar, 185,5 min ha əkin yerləri, 40 min ha bar verən cavan üzüm plantasiyaları sıradan çıxarılmış, 313,1 min başdan çox iri buynuzlu mal-qara, o cümlədən 111, 2 min baş inək və camış, 1 milyon 98 min qoyun və keçi qarət edilmişdir.

1988-94-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunmuşdur.

Apardığımız araşdırmalar göstərdi ki, hələ də DQMV-da buğda istehsalını birinci müharibədən əvvəlki (1988-ci il) səviyyəsinə çatdıra bilməmişlər. İl ərzində taxıl istehsalı 75-80 min ton təşkil edir ki, bu da müharibədən əvvəlki göstərici ilə müqayisədə 25-30 faiz azdır. Erməni məmurları özləri də etiraf edirlər ki, torpaqların yalnız 5 faizinin suvarıldığı şəraitdə taxıl istehsalı davamlı ola bilməz. Çünki dəmyə şəraitində taxıl istehsal daha çox hava şəraitindən asılıdır. Baxmayaraq ki, ermənilərin işğal etdikləri ərazilərdə irili-xırdalı 224 su anbarı var idi. İşğalçı, dağıdıcı xisləti olan millət qurucu ola bilmədiyi üçün ələ keçirdikləri münbit torpaqlardan nəinki istifadə edə bilmədilər, əksinə, həmin torpaqları deqradasiyaya məruz qoydular.

Erməni hərbiçiləri göz görəcək məsafəni daha da genişləndirmək məqsədi ilə 27 il ərzində mütamadi olaraq Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının otlaq ərazilərinə od vurularaq yandırırdılar. Yanğınlar ermənilərin işğal etdikləri on min hektarlarla əraziləri əhatə etməklə yanaşı, eyni zamanda ətraf ərazilərə də yayılaraq ətraf mühitə, canlı təbiətə və həmin kəndlərdə çalışan kəndlilərin, fermerlərin təsərrüfatlarına çox ciddi ziyan vurmuşdur.

 

Azərbaycana məxsus ümumi sututumu 560 mln m³ olan Sərsəng su anbarı da erməni işğalı altındadır. Sərsəng su anbarı respublikanın Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar əkin sahələri suvarma suyundan məhrum edilmişdir. Nəticədə regionun kənd təsərrüfatına əvəz olunmaz ziyan vurulmuşdur.

Ekoloqlar qeyd edir ki, Azərbaycanın erməni işğalı altında olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar işğal olunmuş ərazidə məhv edilərək dünya florasının xəzinəsindən silinmək üzrədir.

Araşdırmalar göstərdi ki, separatçı ermənilərin Azərbaycanın tarixi torpağnda Qarabağ dövləti qurmaq avantürası nəticəsində bugünədək 30 minə yaxın insan həlak olub, 50 mindən çox adam şikəst qalıb. Bu müddət ərzində 1 milyondan çox əhali öz doğma yurdundan, yuvasından, elindən, obasından didərgin düşüb. Ermənilərin məntiqini başa düşmək mümkün deyil. Dənizdən-dənizə Böyük Ermənistan adlı dövlət yaratmaq istəyi ilə yaşayan ermənilər işğal etdikləri 1,7 milyon hektar Azərbaycan torpaqlarında 27 il ərzində cəmi 150 min (ermənilərin özlərinin uydurduqları yalan rəqəmlərə görə) əhalini çörəklə, ərzaqla təmin edəcək təsərrüfat yarada bilməmişlər. Halbuki 1,7 milyon hektar torpaq ərazisi hesabına ən azı 2 milyon əhalinin bütün ərzaq və kənd təsərrüfatı məhsullarına olan təlabatını 100 faiz ödəmək olardı. Əlbəttə problem millətin işğalçı və dağıdıcı mahiyyətindədir. Millət yaradıcı, qurucu olsaydı, Ermənistanın 29,743 km² ərazisi kifayət edər ki, indikindən iki dəfə çox erməni Ermənistanda firəvan yaşasın. Bəlkə, düşünələr...

 

Bu ilin 27 sentyabr tarixində erməni hərbi qüvvələrinin Azərbaycanın sərhəd boyu yaşayış məntəqələrinə və hərbi mövqelərinə qarşı hücumlar təşkil etdikdən sonra Azərbaycan ordusu işğala məruz qalmış torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatlarına başladı. Qısa müddət ərzində Azərbaycan ordusu İşğal altında olan Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarını işğaldan azad edib. Hazırda döyüşlər davam edir. Ümidvaram ki, yaxın müddət ərzində erməni işğalı altında olan digər rayonlar da azad ediləcək. Bir milyondan çox qaçqın dədə-baba torpaqlarına qayıtmalı olacaqlar. Qarabağ torpaqları çox bərəkətlidir. Dağlıq Qarabağ və ətraf rayönlarda kənd təsərrüfatının inkişafı üçün çox böyük potensial var. Regionda bitkiçilik məhsullarından taxıl istehsalını 500 min tona, kartof istehsalını 100 min tona, heyvandarlıq məhsullarından ət istehsalını 150 min tona, süd istehsalını 500 min tona çatdırmaq olar.

Tam əminəm ki, Dədə Qorqudun bu sözlərini zəhmətkeş azərbaycanlılar heç zaman unutmayacaq: “Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib- becərməyəcəksən – qorumağa dəyməz.  

Vahid Məhərrəmov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam