Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistan “nə hərb, nə sülh durumu”na düşüb: Paşinyan hakimiyyəti “hərbi-siyasi labirint”dədir

 


Rəsmi İrəvan müharibəni davam etdirmək üçün vacib olan maliyyə-iqtisadi və hərbi resursları demək olar ki, tamamilə itirmək üzrədir... Ancaq “humanitar atəşkəs” Ermənistana minlərlə erməni əsgərin cəsədinin “idxal”ını və buna paralel olaraq, dərin siyasi böhran vəd edir... Paşinyan hakimiyyəti üçün yeganə sərfəli variant Ermənistanın himayədarlarının hamısı və ya heç olmasa, birisinin önə çıxıb, Azərbaycan ordusuyla vuruşması, 27 sentyabra qədər olan hərbi vəziyyəti yenidən bərpa etməsidir ki, bu da Cənubi Qafqazda mövcud olan indiki geopolitik durumda ümumiyyətlə, ağlasığmaz xəyaldan başqa bir şey deyil...

Yenixeber.org: Cənubi Qafqaz regionunda savaş davam edir. Bu savaş regionun lider dövlətinin – Azərbaycan dövlətinin hərbi-siyasi iradəsini ifadə edir. Və regionda maraqları olan bəzi beynəlxalq güclər bu iradənin qarşısında acız qalıblar.

Məsələ ondadır ki, Azərbaycan ordusu dövlətimizin ərazi bütövlüyünü bərpa etmək üçün həlledici savaşa girib. Azərbaycan əsgəri VƏTƏN bütövləşməyənə qədər silahı əlindən yerə qoymaq barədə qətiyyən düşünmür. Onun indi tək bir hədəfi var: Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri son metrinə qədər azad ediləcək...

120943815_4503709839670666_4530788127229402152_n.jpg (58 KB)

Ancaq bunu istəməyənlər, əngəl törətməyə can atanlar da olmamış deyil. Son 30 il ərzində Azərbaycana necə əngəl olmuşdularsa, yenə də eyni metodlarla buna cəhd edirlər. Və nail olacaqlarını düşünürlər.

Halbuki nəzərə almadıqları bir önəmli məqam bar. Artıq Azərbaycan 30 il əvvəlki yenicə müstəqilliyini elan etmiş zəif dövlət deyil. Azərbaycan ordusu da daha onların düşündüyü kimi pərakəndə özünümüdafiə dəstələri hesabına yenicə yaranmış hərbi qüvvə deyil. Və Azərbaycan əsgəri ötən əsrin 90-cı illərində olduğu kimi, silahsız müasir silahlardan məhrum edilərək, ov tüfənginə möhtac buraxılan hərbi görüntüsündən müqaysəedilməz səviyyədə uzaqdır.

Məsələ ondadır ki, Azərbaycan dövləti arxada qalan 30 il ərzində maliyyə-iqtisadi cəhətdən sürətlə inkişaf edərək, böyük məsafə qət edib. Güclənib, dünyanın ən müasir dövlətləri sırasında öz layiqli yerini artıq alıb.

Azərbaycan dövlətinin bu inkişafı ölkənin müdafiə sisteminə də birbaşa təsir edib. Belə ki, indi Azərbaycan Silahlı Qüvvələri ən müasir silah və hərbi texnika ilə təchiz olunmuş modern ordudur. Müasir silah və hərbi texnikaya sahib olmaqla yanaşı, Azərbaycan ordusu yüksək səviyyədə hərbi təlim keçib, ən modern döyüş taktikasına və strategiyasına yiyələnib.

4d9e611647c20624eff76ff5c05fcda4.jpg (344 KB)

İndi bu ordu Azərbaycanın işğal altındakı ərazilərini şəhərbəşəhər, kəndbəkənd, hətta qarışbaqarış yağı düşməndən azad etməkdədir. Bununla da həm düşməni, həm də onun ənənəvi himayədarlarını çətin vəziyyətə salmaqdadır. Çünki Azərbaycanın ən müasir ordu modeli, Ermənistanın ötən əsrin 50-ci illəri səviyyəsində olan başıpozuq hərbi dəstələrini əzir, döyüş meydanında “kötəkləyir”.

Maraqlıdır ki, Azərbaycana əngəl törətməyə çalışanların ən önəmli çətinliyi həm də tətbiq etdikləri əngəl metodlarının da ciddi şəkildə köhnəlməsi ilə birbaşa bağlıdır. Belə ki, artıq ATƏT-in Minsk Qrupunun həmsədrləri, erməni diasporu, sülh danışıqları və s. bu kimi əngəl mexanizmləri bu dəfə işə yaramır.

Məsələ ondadır ki, dünya artıq ciddi şəkildə dəyişməyə başlayıb. Köhnə metodlar yeri dövrdə keçərli deyil, öz təsirini böyük ölçüdə itirib.

Digər tərəfdən, Cənubi Qafqaz regionunda geopolitik proseslərin inkişaf və istiqamətləndirmə şərtləri də ciddi şəkildə dəyişib. Üstəlik, bu şərtlərin müəyyənləşdirilmə prosesinin ağırlıq mərkəzi də artıq rəsmi Bakının hərbi-siyasi iradəsinin nəzarəti altına keçib. Yəni indi Azərbaycan şərt qəbul edən deyil, özü şərt irəli sürən və onun qəbul edilməsində israrlı ola bilən dövlətdir.

3e592213208e48e825fe04b8aaeca445-(1)_1521119058_1521281363.jpg (338 KB)

Artıq heç kəsdə ciddi şübhə doğurmur ki, Azərbaycan yalnız savaş poliqonunda üstünlüyü, əsas söz sahibi ünvanını ələ keçirtməyib. Rəsmi Bakı həm də Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslərin istiqamətlərini müəyyənləşdirən hərbi-siyasi güc mərkəzinə çevrilib. İndi bu regionda maraqları olanların Azərbaycan dövlətinin hərbi-siyasi iradəsi ilə hesablaşması qaçılmaz xarakter daşıyır.

Onu da qeyd edək ki, bu reallıq Ermənistan üçün olduqca əlverişsiz situasiya yaradıb. Belə ki, rəsmi İrəvan Ermənistanın savaş meydanındakı məğlub durumun bu düşmən ölkəni böyük fəlakətlərə doğru sürüklədiyini anlamamış deyil. Ona görə də, yenə qeyri-konstruktiv, pozuculuq mövqeyini qabartmağa çalışır.

Maraqlıdır ki, hazırda Ermənistana heç bir variant sərf etmir. Savaşın davam etdirilməsinin Ermənistanı kataklizmlərə düçar edəcəyini indi hər kəs başa düşür. Onsuz da dərin maliyyə-iqtisadi böhran yaşayan Ermənistan Azərbaycan ordusunun sarsıdıcı zərbələri nəticəsində daha ağır itkilərlə üzləşib.

Belə ki, kasıb Ermənistanın heç bir ayı bitməmiş bu savaşda itirdiyi hərbi texnikanın ümumi dəyərinin təzminən 2 milyard dollar olduğu bildirilir. Bu rəqəm Ermənistan üçün qaldıra bilməsi çətin olan ağır maliyyə-iqtisadi yükdür.

ermeni-tank.jpg (9 KB)

Çünki itirilmiş hərbi texnikanın yerini dolduqmaq üçün təxminən o qədər para xərcləmək məcburiyyətindədir. Ancaq Ermənistanın bundan sonra hərbi texnikaya 2 milyard dollar xərcləməsi o qədər də real deyil. Bu düşmən ölkənin büdcəsində belə fantastik məbləğlər mövcud deyil.

Buradan belə nəticə çıxır ki, savaşın davam etdirilməsi Ermənistana nəinki sərfəli deyil, üstəlik, “fəlakətlə rəqs etmək” deməkdir. Ona görə də Paşinyan hakimiyyəti gecə-gündüz Ermənistanın ənənəvi himayədarlarına zəng edib, yalvarır. Onlardan atəşkəsə nail olunmasını xahiş edir.

Ancaq son hadisələr göstərir ki, Ermənistan üçün atəşkəsin yaradacağı situasiya, savaşın davam etməsiylə mövcud olan vəziyyətdən elə bir ciddi şəkildə fərqlənmir. Əksinə, atəşkəs Ermənistan üçün savaş vəziyyətindən daha ağır kataklizmlər vəd edir. Ona görə də, Paşinyan hakimiyyəti son 10 gün içərisində anlaşması əldə olunan hər iki “humanitar atəşkəs” rejimini məhz özü pozmaq məcburiyyətində qalıb.

resize.jpg (71 KB)

Səbəblər çox sadədir. “Humanitar atəşkəs”in qüvvədə qalacağı təqdirdə, Paşinyan hakimiyyəti savaş meydanında qalmış minlərlə erməni əsgərin cəsədlərini Ermənistana “idxal” etməli olacaq. Hazırda Ermənistan əhalisini müxtəlif uydurmalarla hələlik aldatmağa nail olan Paşinyan hakimiyyətinin yalanlarının üstü açılacaq. Nəticədə Ermənistanın savaş meydanındakı durumunun nə qədər vahiməli və qorxunc olduğu tam çılpaqlığı ilə ortaya çıxacaq.

Təbii ki, bu, Ermənistanda istənilən halda, ölkədaxili siyasi böhrana yol açacaq. Belə ki, 30 illik lovğalığa əsas yaradan üstün durumun bir anda əzici məğlubiyyətlə əvəzlənməsi Paşinyan hakimiyyətini öz siyasi rəqibləri qarşısında təslimçi vəziyyətinə salacaq.

Buna paralel olaraq, məğlub hökumətdən üz döndərən əhalinin Paşinyan hakimiyyətinin siyasi rəqiblərinin tərəfinə keçməsi Ermənistanı yeni dövlət çevrilişi mərhələsinə keçirəcək. Bura savaş meydanından Ermənistana cəsədləri “idxal” olunacaq minlərlə erməni əsgərin analarının qəzəbini və orduya yeni çağırılan vətəndaşların etirazlarını da əlavə etdikdə, Paşinyan hakimiyyətinin düşə biləcəyi durumu təsəvvür etmək o qədər də çətin deyil.

052700027231.jpg (32 KB)

Bu səbəbdən də Paşinyan hakimiyyəti “humanitar atəşkəs” rejiminə riayət etmir, onu dərhal birtərəfli qaydada pozur. Üstəlik, rəsmi İrəvan Azərbaycan tərəfəfinin erməni əsgərlərinin cəsədlərinin bir hissəsini sərhəd bölgəsində təhvil verməyə hazır olması barədə bəyanatını da eşitməyə həvəs göstərmir. Çünki Azərbaycan tərəfinin xoşməramlı və humanist təklifinin qəbul olunması da Paşinyan hakimiyyəti üçün sarsıdıcı zərbə ola bilər.

Göründüyü kimi, Paşinyan hakimiyyəti olduqca çıxılmaz vəziyyətdədir. Belə ki, maliyyə-iqtisadi və hərbi resursları demək olar, tamamilə tükənmək üzrə olan Ermənistan savaşı davam etdirməyə qadir deyil. Ancaq buna baxmayaraq, savaşın dayandırılması da yuxarıda sadaladığımız səbəblər ucbatından Paşinyan hakimiyyəti üçün “siyasi intihar” xarakteri daşıyır.

Hazırda Paşinyan hakimiyyətini xilas edə biləcək tək bir variant var. Rəsmi İrəvan istəyir ki, Ermənistanın himayədarlarının hamısı və ya heç olmasa, birisi önə çıxıb, Azərbaycan ordusuyla vuruşsun, 27 sentyabra qədər olan hərbi vəziyyəti yenidən bərpa etsin. Bu isə Cənubi Qafqaz regionunda mövcud olan indiki durumda nəinki mümkün deyil, hətta ümumiyyətlə, ağlasığmaz xəyaldan başqa bir şey deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam