Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Azərbaycan -"Boeing 737 MAX-8" təyyarələrin alqısı üzrə sazişə dəyişikliklər edir

 

"Boeing" korporasiyası ilə aparılan danışıqlara əsasən, “Boeing 737 MAX” təyyarələrinin "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) çatdırılması ilə bağlı sazişə dəyişikliklər edilməkdədir.

Yenixeber.org:  Bu barədə AZAL-ın Mətbuat xidmətindən bildirilib.

AZAL qeyd edib ki, təyyarələrin əldə olunmasının ən azı 5 il sonraya (2024-cü ildən başlayaraq) keçirilməsi planlaşdırılır: "Sözügedən tarixədək “Boeing 737 MAX”ın texniki imkanlarının və təhlükəsizlik məsələsinin aydın olacağı tam şəkildə bilinəcək".

Qeyd edək ki, 2017-ci ilin aprelində Azərbaycanın "Silk Way Airlines" şirkəti və "Boeing" korporasiyası 10 ədəd "Boeing 737 MAX-8" təyyarəsinin alqısı üzrə saziş imzalayıb. Sazişin ümumi dəyəri, təxminən, 1 milyard dollara bərabər olub. Təchizat üç il ərzində edilməli idi.

Hələlik isə, AZAL mövcud təyyarə parkından aktiv istifadə edəcək. Şirkət dünyada təyyarəqayırma sahəsində çalışan liderlərin – “Boeing”, “Airbus” və “Embraer” - təyyarələrindən istifadə edir. 

Xatırladaq ki, dünən "Boeing 737 MAX"ın istismarı 2019-cu ilin IV rübündə bərpa olunması ilə bağlı məlumatlar yayılmışdı. 2018-ci ilin oktyabr ayında İndoneziyanın “Lion Air” şirkətinə məxsus “Boeing 737 Max 8” tipli təyyarəsinin Yava dənizi üzərində qəzaya uğraması nəticəsində təyyarədəki 189 nəfərin hamısı həlak olmuşdu. Bu ilin mart ayında həmin model təyyarənin Efiopiya üzərində qəzaya uğraması nəticəsində 57 nəfər dünyasını dəyişib. İstehsalçı tərəfindən hər iki halda MCAS avtomatik idarəetmə sisteminin pozulduğu etiraf edilib. Bundan sonra bir çox hava şirkətləri adıçəkilən model təyyarələrinin istismarını dayandırıblar.

Bir qədər əvvəl “The Wall Street Journal” “Boeing 737 Max” təyyarələrinin sertifikat verilməsində yeni sınaqlar aparıldığı ilə bağlı istismara 2020-ci ilin əvvəlindən tez olmamaq şərtilə qaytarıla biləcəyini bildirmişdi. Həmin təyyarələrin istismardan kənarlaşdırılmasına görə "Boeing”in itkiləri 4,9 milyard dollar dəyərində qiymətləndirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam