Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Türk deputatların Öcalanla görüşündən YENİ DETALLAR

Türk deputatların Öcalanla görüşünün YENİ DETALLARI

Türkiyə parlamentinin Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası üzvlərinin PKK lideri Abdullah Öcalanla görüşü barədə yeni detallar ortaya çıxıb.

Yenixeber.org: Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Hüseyn Yayman, DEM partiyasından Gülistan Kılıç Koçyiğit və MHP-dən Feti Yıldız noyabrın 24-də İmralı Adasına gedərək Öcalanla 2 saat 50 dəqiqəlik görüş keçirib.

Deputatlar görüşə İstanbuldan helikopterlə gedib və söhbət səs yazısı ilə rəsmi şəkildə protokollaşdırılıb. Üzvlər şəxsi qeydlərini də aparıblar.

Məlumata görə, görüş zamanı foto və video çəkiliş aparılmayıb, Öcalanla birlikdə foto çəkdirilməyib. Komissiya üzvləri əvvəlki görüşlərdən fərqli olaraq bu dəfə məclis adından rəsmi protokol tərtib etdikləri üçün təhlükəsizlik orqanlarının nümayəndələri prosesdə iştirak etməyib.

Öcalanın Türkiyə və regionla bağlı daha əvvəl səsləndirdiyi mövqeyi təkrar etdiyi, xüsusilə 27 fevralda PKK-ya etdiyi silahı yerə qoyma çağırışı çərçivəsində fikirlərini yenilədiyi bildirilir. PKK lideri prosesdə MHP sədri Dövlət Bağçalının rolunun önəmli olduğunu vurğulayıb və müxtəlif siyasi liderlərə təşəkkür edib.

Görüşdə əsas müzakirə mövzularından biri də CHP-nin İmralı heyətində iştirak etməməsi olub. Məlumatlara görə, Öcalan bu barədə “Kaş ki, CHP də olsaydı” mesajını verib.

Görüşdə həmçinin Suriya məsələsi də geniş qiymətləndirilib.

Komissiyanın növbəti iclasının 26 noyabrda keçirilməsi gözlənilsə də, TBMM rəhbərliyi toplantı tarixini hələ dəqiqləşdirməyib. Toplantının mətbuata açıq olub-olmayacağı da məlum deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam