Ermənistan Parlamentinin spikeri Alen Simonyan yenə də reallıqdan uzaq, məsuliyyətsiz və həyasız açıqlama ilə çıxış edib.
Yenixeber.org: O, Bakıda saxlanılan, Xocalı soyqırımında, Qarabağda Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətlərdə iştirak etmiş, separatçı rejimin qondarma “nazirləri” və silahlı dəstələrinin üzvləri də daxil olmaqla bütün cinayətkarların guya “geri qayıdacağına əmin olduğunu” bildirib.
"Bizdə 200-ə qədər əsir vardı. Bu günə olan məlumata görə, 23 əsir təsdiqlənib. Mən əminəm ki, əsirlərin sayı bir məqamda sıfıra enəcək. Kim əsir götürülübsə və ya Bakıda həbsxanalarda düşübsə, hamısı geri qayıdacaq. Hakimiyyətimiz indiyə qədər olduğu kimi, bütün istisnasız olaraq hamının geri dönməsi üçün hər şeyi edib və edəcək", - Alen Simonyan sarsaqlayıb.
Simonyanın bu sözləri xam xəyaldan və siyasi isteriyadan başqa bir şey deyil.
Bakıda həbsdə olanlar kimlərdir?
Bunlar Xocalı qətliamında əli olan, 30 il ərzində Azərbaycan torpaqlarında terror, etnik təmizləmə və qanunsuz silahlı fəaliyyətlə məşğul olan, qondarma, məhv edilmiş separatçı rejimin rəhbərləri və onların əlaltılarıdır.
Bu şəxslər Azərbaycan məhkəməsi tərəfindən ittiham olunub və cəzalarını çəkirlər.
Simonyan unudur ki, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak edən hər bir quldur, hər bir silahlı dəstənin üzvü, hər bir separatçı rəhbər Bakıda, DTX-nın kamerasında cavab verir və verəcək.
Bu məsələ artıq siyasi deyil – beynəlxalq hüquqa, insanlığa qarşı cinayətlərin cəzasına bağlı bir prosesdir.
Növbədə kimlər var?
Simonyan və digər erməni siyasətçiləri yaxşı bilməlidir ki, Robert Koçaryan, Serj Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan və digər hərbi cinayətkarlar da öz növbələrini gözləyirlər.
Tarixdə gec-tez ədalətin qapısı döyülür. Azərbaycan xalqına qarşı cinayət törədənlər isə o qapını bir dəfə deyil, çox dəfə döyəcəklər - DTX-nın kamerasının qapısını.
Tezliklə onların hamısı Bakıda istədikləri qədər… çay içə biləcəklər.
Bu, faktın, tarixin və ədalətin hökmüdür.(musavat)









AZ
RU