Netanyahu Hindistana səfərini təxirə saldı -SƏBƏB
İsrail Baş naziri Benyamin Netanyahu paytaxt Dehlidə təhlükəsizlik vəziyyəti ilə əlaqədar dekabr ayına planlaşdırılan Hindistana rəsmi səfərini təxirə salıb.
Yenixeber.org: Bu barədə ANI məlumat yayıb.
İsrail baş nazirinin qərarına noyabrın 10-da Dehlidə baş verən terror aktı səbəb olub.
İsrail və Hindistan Xarici İşlər nazirlikləri Benyamin Netanyahunun səfərinin yeni tarixini razılaşdırır.
Noyabrın 10-da Hindistanın paytaxtında bomba yerləşdirilmiş avtomobil partladılıb. Hadisədə 13 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Hindistan hökuməti avtomobilin partladılmasını terror aktı kimi qiymətləndirib.









AZ
RU
