Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“AES kimi milyardlıq layihə Azərbaycana lazım deyil”

Azərbaycan müstəqillik qazandığı illərdə mərhum prezidentimiz Heydər Əliyev bildirdi ki, biz dinc məqsədli atom siyasəti yeridirik.

 

Yenixeber.org: Rusiyanın “Rosatom” dövlət korporasiyası Azərbaycan prezidenti İlham Əliyevə ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi də daxil olmaqla nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq təklif edib.

Bu barədə “Rosatom”dakı mənbənin açıqlamaları Azərbaycan mediasında da geniş işıqlandırıldı. “Azərbaycanda nüvə sənayesi var, amma atom elektrik stansiyası yoxdur. "Rosatom" təklif verib. Azərbaycan tərəfi düşünür. İki seçim təklif etmişik. Birincisi, dərhal AES inşaatına başlamağı nəzərdə tutur. SSRİ dövründə AES tikintisi üçün ərazi də seçilmişdi, bu səbəbdən həmin ərazidə birbaşa inşaat işlərinə başlanıla bilər" - mənbə deyib.

İkinci variant isə Rusiya ilə Azərbaycan arasında nüvə enerjisi sahəsində əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsini nəzərdə tutur. Mənbənin bildirdiyinə görə, bu variantda AES-in tikintisi 5-6 il sonra başlaya bilər. Mümkün AES layihəsinin maliyyələşdirilməsi məsələsi barədə danışan mənbə qeyd edib ki, Bakının Rusiyadan kredit istəyəcəyini düşünmür. “Azərbaycan tərəfinin layihəni öz maliyyə qaynaqları ilə həyata keçirəcəyini təxmin edirəm”-mənbə deyib.

Bu barədə tirajlanan yazılarda da qeyd olunduğu kimi, Azərbaycanda son illər nüvə enerjisindən dinc məqsədlə istifadə sahəsində müəyyən addımlar atılıb. 2014-cü ildə prezident İlham Əliyev Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyinin tərkibində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC yaradıb. AES tikintisi milyardlarla dollar investisiya tələb edən işdir və sovet dövründə Azərbaycanda bu layihəni həyata keçirmək üçün müəyyən hazırlıqlar görülüb. “Rosatom” İranda Buşəhr AES-in tikintisini həyata keçirib, Türkiyədə isə Akkuyu AES-in tikintisi üçün müqavilə bağlayıb. “Akkuyu” AES-in ilk fazasının 2023-cü ilin yazında istifadə verilməsi nəzərdə tutulur. Rusiya-Türkiyə hökumətlərarası saziş 2010-cu ildə imzalanıb. Layihənin dəyəri 10 milyard dollardır.

Qərbin sanksiyaları ilə üz-üzə qalan Rusiya təbii ki, belə nəhəng layihəni məmnuniyyətlə icra etmək istəyərdi. Bəs, Azərbaycan üçün bu layihənin faydası nə qədərdir? Ölkəmiz belə bahalı layihəyə razılıq verə bilərmi, yaxud anlaşma olsa, qazancı xərcini üstələyəcəkmi?

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son 15 ildə Azərbaycanda enerji istehsalı sahəsində çox böyük addımlar atılıb: “Hökumət bu sahənin inkişafına xüsusi diqqət yetirib. Nəticələr konkret rəqəmlərdə belə ifadə olunur. Əgər 2004-cü ilə qədər ölkəmizdə 3900 meqavat gücündə olan 9 elektrik stansiyası olubsa, 2004-2017-ci illər ərzində yeni və müasir, generasiya gücü 2500 meqavat olan 30 elektrik stansiyası tikilib istifadəyə verilibdir. Bu, Sovetlər dönəmi də daxil olmaqla 2004-cü ilə qədər 84 il ərzində mövcud olmuş elektrik stansiyalarının generasiya gücünün 64 faiz artırılması deməkdir və cari ildə hökumət həmin artımın 74 faizə çatdırılmasını hədəfləyir. Biz indi nəinki ölkəmizin elektrik enerjisinə olan tələbatını tam ödəyirik, hətta bu enerjinin tələbatımızdan artıq ola bilən hissəsini ixrac da edirik”.

F.Yusifovun fikrincə, bu gün özünü enerji ilə təmin edib, onu ixrac edən ölkəmizdə dəyəri illik büdcəmizin dəyərindən də çox ola biləcək atom elektrik stansiyasının tikilməsinə ehtiyac yoxdur:“Əgər belə bir stansiyanın tikilməsini Rusiya tərəf təklif edirsə, burada anlaşılmayan heç nə yoxdur. Rusiyanın "Rosatom" dövlət korporasiyası bu kommersiya layihələrini dünyanın bir çox ölkələrində o cümlədən Belarusda, Finlandiyada, Macarıstanda, Misirdə, İranda, Hindistanda, Çində və başqa ölkələrdə tikib və ya tikməkdə davam edir. Rusiya ilə Türkiyə arasında Mersində ilk AES-in tikilməsi ilə bağlı saziş 2010-cu ildə imzalanıb. Hər enerji blokunun gücü 2100 meqavatt olacaq. Layihə dəyəri 20 milyard dollar olan AES ildə 35 milyard kilovatt/saat elektrik enerjisi istehsal edəcək. Türkiyə ölkənin Sinop bölgəsində də atom elektrik stansiyası tikmək niyyətindədir. Çünki qardaş ölkənin enerjiyə hər il artan tələbatını ödəmək üçün bu yeganə doğru seçimlərdən biridir".

Bəs, Azərbaycan belə bir ekoloji riskli sahəyə razılıq verməlidirmi? AMEA-nın Radiasiya Problemləri İnstitutunun sabiq direktoru, akademik Adil Qəribov moderator.az-a bildirib ki, bunu ekoloji təhlükə adlandırmaq düzgün olmazdı:“Dünyada Atom Elektrik Stansiyası 64 ildir ki, istismar olunur. Bu illər ərzində üç dəfə Atom Stansiyalarında qəza baş verib və qəzaların heç biri nüvə prosesi ilə əlaqəli olmayıb. Hər 3-də idarəetmə sistemində özbaşınalıq və zəlzələ olduğuna görə qəza baş verib. Bunu ekoloji təhlükəli layihə adlandırmaq düzgün olmazdı, çünki istənilən şey ekoloji təhlükəlidir. Allah eləməsin, əgər Mingəçevir Su Elektrik Stansiyası partlayarsa, Azərbaycanın yarısı su altında qalar”.

Bununla belə, ekspert hesab edir ki, “Rosatom”un təklifi Azərbaycan Respublikası tərəfindən analiz olunmalıdır:“Rusiya Azərbaycanın onlarla olan yaxşı münasibətlərindən bəhrələnib və öz niyyətini bildirib ki, biz nüvə sahəsində sizə kömək etməyə hazırıq. İndi dünyada nüvə sahəsində rəqabət gedir və çox ölkələr var ki, istəyirlər ki, bu məsələdə icraçı qurum olaraq vəsait qazansınlar. Amma Rusiya xoş niyyətlə bunu bizə bildirib. Bu o demək deyil ki, Azərbaycanda Atom Elektrik Stansiyası tikilir. Rusiyanın yüksək nüfuzunun olmasına səbəb onun zəngin nüvə texnologiyasına malik olmasıdır. İndi bütün ölkələr nüvə elmlərinə böyük maraq göstərir və Azərbaycan müstəqillik qazandığı illərdə mərhum prezidentimiz Heydər Əliyev bildirdi ki, biz dinc məqsədli atom siyasəti yeridirik. Mütəxəssis kimi fikrimi bilmək istəsəniz deyərdim ki, icra oluna bilər və bizə sərfəli bir layihə olar, amma dövlət bu haqda hər şeyi analiz etməlidir. Hesab edirəm ki, Azərbaycanda bu, heç bir ekoloji təhlükəsi olmayan bir layihədir, çünki indi 3+ və 4-cü nəsil reaktorları tamamilə təhlükəni aradan qaldırmış texnologiyalardır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam