Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Rusiya və ABŞ nüvə tərəfdaşlığını davam etdirəcək

 

Rusiya və ABŞ-ın nüvə təhlükəsizliyinin qlobal təminatı sahəsindəki əmkdaşlığı 2015-ci ildə davam etdiriləcək.

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə “Rosatom” dövlət korporasiyasının rəsmi məlumatında bildirilir. Bir qədər əvvəl Amerika KİV-ləri məlumat yaymışdı ki, guya Rusiya özünün nüvə obyektlərinin təhlükəsizliyinin təminində ABŞ-ın köməyindən imtina etməsi barədə Birləşmiş Ştatları məlumatlandırıb. 

 

“Rosatom” xatırladıb ki, nüvə təhlükəsizliyi üzrə Rusiya və ABŞ arasındakı tərəfdaşlıq proqramına Rusiya-Amerika prezident komissiyaları çərçivəsində nüvə energetikası və nüvə təhlükəsizliyi üzrə işçi qrupu tərəfindən nəzarət edilirdi. Lakin 2014-cü ilin martında ABŞ Dövlət Departamenti öz saytındakı məlumatla bu çox effektli mexanizm çərçivəsində işi dayandırdığını bildirdi”, - deyə dövlət korporasiyasının məlumatında vurğulanır.

 

Məlumatda həmçinin qeyd olunur ki, Rusiya və ABŞ nüvə təhlükəsizliyinin təmin edilməsi və nüvə materiallarının mühafizəsində böyük məsuliyyət daşıyan ölkələrdir. Odur ki, hər iki dövlətin əməkdaşlığı davam etdirilməlidir.

 

“Rusiya nüvə və radiasiya təhlükəsizliyini təmin etmək, eləcə də öz ərazisindəki nüvə qurğuları və materiallarının fiziki müdafiəsi üçün bütün beynəlxalq norma və qaydalara riayət edir”, - deyə “Rosatom” qeyd edib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam