Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Səudiyyəni nüvə ölkəsinə çevirir

    

ABŞ Səudiyyəni nüvə ölkəsinə çevirir
ABŞ və Səudiyyə Ərəbistanı nüvə enerjisi reaktorlarının tikintisi barədə razılığa yaxındırlar, lakin nüvə silahlarının yayılmamasının ciddi standartları Səudiyyə Krallığı ilə aparılan danışıqlara problem yaradır.
Yenixeber.org: Bu barədə ABŞ-ın energetika naziri Rik Perri bəyan edib. O, bildirib ki, Krallığın 2 atom elektrik stansiyası (AES) tikmək istəyinə dair bu il ərzində Səudiyyə kralı Salman və vəliəhd şahzadə Məhəmməd bin Salmanla danışıqlar aparıb. 

Danışıqlarda Səudiyyənin nüvə silahlarının yayılmaması standartlarını azaltmaq, onun uranı zənginləşdirmək və plutoniumu yenidən işləməyə imkan verilməsi ilə bağlı istəyi də müzakirə olunub. 

Lakin nüvə silahının yayılmamasının tərəfdarları ehtiyat edirlər ki, Səudiyyə bu texnologiyaları əldə edərək sonradan onları gizli şəkildə dəyişdirməklə nüvə silahının yaradılması üçün lazım olan parçalayıcı materialın istehsalı üçün istifadə edə bilər. 

Perrinin sözlərinə görə, nüvə yayılmaması standartları ilə bağlı müəyyən irəliləyiş əldə olunsa da, danışıqlar hələ də davam etdirilir. Amerikalı nazir ümid edib ki, Səudiyyə nüvə enerjisi texnologiyalarının hamısını ABŞ şirkətlərindən alacaq. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yaxın 10 il ərzində ümumi dəyəri 80 milyard dollar olan 16 nüvə reaktoru tikmək istəyir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam