Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

FHN-dən atom stansiyasının tikilməsinə reaksiya

 

Azərbaycanın ilk atom elektrik stansiyasının (AES) tikiləcəyi ilə bağlı xəbərlərə Fövqəladə Hallar Nazirliyi (FHN) aydınlıq gətirib

 

"Xeberinfo.com": Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, artıq onlar Azərbaycanın “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribovun müsahibəsindən xəbərdardırlar:
“Nüvə reaktoru ilə bağlı FHN tərəfindən müxtəlif tədbirlər keçirilib. Həmin tədbirlərlə bağlı məlumatlar isə nazirliyin saytında yerləşdirlib. Xırdalanda nüvə reaktorunun tikiləcəyi ilə bağlı nazirliyə hər hansı bir müraciətin daxil olub-olması ilə bağlı heç nə deyə bilmərik. Ramana qəsəbəsindəki radiasiyalı ərazilər, Neftçaldakı yod-bromlu ərazilərlə bağlı layihələrimiz olub. Onlar ekoloji layihələrdir. Həmin ərazilər təmizlənir və parklar salınır. Həmin parklar isə vətəndaşların istifadəsinə verilir. 
Nüvə Atom Elektrik Stansiyası ilə bağlı heç bir məlumatımız yoxdur. Bu dəqiqə Xırdalanda kim nə tikir? Bu məlumatları kim yayır? Kimə istinadən belə məlumatlar yayılır? FHN Atom Elektrik Stansiyası tikmir. FHN yalnız ekoloji layihələr həyata keçirir. Kiminsə Xırdalanda və yaxud başqa yerdə AES tikməsi xəbəri rəsmi bir məlumat deyil ki, biz də buna münasibət bildirək”.
Qeyd edək ki, , Rusiyanın nüfuzlu lenta.ru portalı Azərbaycanın “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribovun açıqlamasını dərc edib.
A.Qəribov qeyd edib ki, Azərbaycanda tikilməsi planlaşdırılan reaktor ölçülərinə görə unikal olacaq: “Hesablamalarımıza əsasən, reaktorların tikintisi üzrə işlər 2020-ci ildə başa çata bilər, çünki Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) icazə almaq üçün iki il tələb olunur. Azərbaycan icazə üçün MAQATE-yə artıq müraciət edib, lakin nüvə reaktorunu tikəcək podratçı şirkətin zəruri lisenziyasının olması çox vacibdir”.
Məlumatda bildirilir ki, artıq AES tikintisi üçün 15 hektar ərazi də ayrılıb və onun harada inşa olunacağı təxminən bəllidir. Həmin ərazidə reaktordan başqa inzibati bina, məlumat mərkəzi və elmi-tədqiqatlar üçün lazımi infrastruktur da yerləşəcək.
“Doğrudur, rəsmi Bakı AES-in konkret harada tikiləcəyini açıqlamır. Amma böyük ehtimalla söhbət Xırdalan şəhərinin həndəvərindəki ərazidən gedir. Bu da Bakı ilə Sumqayıtın arasına düşür. SSRİ rəhbərliyi bir vaxtlar Azərbaycan AES-ini məhz Nəvaidə tikməyi planlaşdırırdı. Azərbaycan rəhbərliyi isə AES-i Bakıdan cənub-şərqdə yerləşən Nəvai adlı ərazidə tikmək fikrindən daşınıb. Halbuki bu rayon seysmik baxımdan AES üçün daha münasibdir” - deyə rus nəşri yazır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam