Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə sərt pul siyasətinə başlayır -Mərkəzi Bankdan hökumətə "açıq məktub"

Türkiyə Mərkəzi Bankı (TCMB) 2016-cı ildə inflyasiyanın proqnozlaşdırılan 5%-dən 8,53%-ə yüksəlməsi səbəbindən hökumətə "Açıq məktub" göndərib.

Xeberinfo.com:   "Habertürk" xəbər verir ki, baş nazirin müavini Mehmet Şimşəkə göndərilən məktubda TCMB-nin əsas məqsədinin qiymətlərin sabitliyi olduğu bildirilərək bunun üçün bankın əlində olan bütün alətlərdən istifadə ediləcəyi bildirilib.

TCMB inflyasiyanın tənzimlənməsi üçün lazım gələrsə əlavə monetar sərtləşdirmə həyata keçirəcəyini qeyd edib. Bunun üçün bank valyuta bazarında kəskin hərəkətlərin baş verməsinə qarşı likvidlik tədbirlərə əl atacağını vurğulayıb.

"Report"un analitik qrupu TCMB-nin hədəflərini əksər inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarının qərarları ilə üst-üstə düşdüyünü bildirir. Belə ki, inkişaf etməkdə olan ölkələr devalvasiyanın qarşısını almaq üçün pul siyasətini sərtləşdirməyə üstünlük verməyə başlayıblar. Bu, faiz dərəcələrinin artırılması və ya likvidliyin, yəni pul kütləsinin azaldılması yolu ilə həyata keçirilir. TCMB-nin seçdiyi yol likvidliyin azaldılması ilə bağlıdır.

Türkiyə istənilən halda ölkədə faizlərin artmasına qarşı olduğunu göstərir. Lakin likvidliyin azaldılması nəticəsində pul qıtlığı yaranacaq, o da pula ödənilən faizin artmasına gətirib çıxaracaq. Bu isə ən azı 2017-ci ildə Türkiyənin iqtisadi artımını əngəlləyəcək.

Qeyd edək ki, Azərbaycan da analoji yolla hərəkət edir. Azərbaycan Mərkəzi Bankı büdcə xərclərinin azaldılması fonunda sterilizasiya əməliyyatlarını artırır və bununla da milli valyutanın ifrat ucuzlaşmasının qarşısını almaq niyyətindədir: "Təbii ki, bununla manatın devalvasiyasının qarşısı alınacaq. Lakin bu il də iqtisadi artıma nail olunması mümkün görünmür. Son 15 ildə sürətli ÜDM və qiymət artımı prosesi bu il sabitləşəcək və 2018-ci ildən daha sağlam iqtisadi artım əldə olunacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam