Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Dollar 1.80, gələn ilin əvvəli isə 2 manat olacaq - ŞOK PROQNOZ

exchange-closedSon iki ayda dolların bahalaşma tempi bunu deməyə əsas verir

Nemət Əliyev: «Bu siyasət davamlı olacağı halda manat daha bir zərbə alacaq»

Xeberinfo.com:   26 maydan bu yana (2 aydır) ABŞ dolları Azərbaycan manatı qarşısında bahalaşır. 26 may 2016-cı il tarixində 1,4900 səviyyəsinə düşən USD/AZN məzənnəsi dünən 1.5787 manat səviyyəsinə qalxıb. Hətta bəzi banklar 1.60 manatdan dollar alırlar.

Mərkəzi Bankın keçirdiyi hərraclarda dollara yüksək tələb qalmaqdadır. Bu ay hərracda banklara 550 milyon dollar satılıb.

Bəs Azərbaycanda idxalın kəskin artmadığı bir şəraitdə nə üçün banklar bu qədər yüksək məbləğlərdə dollar alırlar? Bu sualın cavabını təqdim edirik.

Dolların kursuna təsir edən faktorlar

1.Məlumata görə, bir neçə bank iri məbləğdə xarici borcunu qaytarmaqdadır. Hazırda Azərbaycan banklarının 7 milyard manat civarında xarici öhdəlikləri mövcudur. Xarici borclar dollar ilə qaytarıldığından banklar dollar almaq məcburiyyətindədirlər.

2.”Bank Standard”ın sağlamlaşdırılması çərçivəsində əhalinin əmanətləri geri qaytarılır. Bankda 500 milyon manatdan çox qorunan əmanətin böyük hissəsi dollardadır. Dövlət büdcəsindən bu banka manatla yardım edilib. Əmanətçilər isə öz pullarını manatda deyil, dollarda geri tələb etdiklərindən “Bank Standard” da hərracdan xeyli dollar almaqdadır.

3.Ajiotaj. Dolların rəsmi qiymətinin qalxması ilə bərabər neft ucuzlaşır. Bir çoxları dolların daha da bahalaşacağını hesab edərək dollar alırlar. Belə alışlara “Dollar 1.80 manata çıxacaq” kimi açıqlamalar da təsir edir. Brexit referendumu da ajiotajın artmasına təsir etmişdi. Həmçinin bir çoxları dolları baha satmaq üçün aşağı qiymətlərdən alıb.

4.Idxal. Biznesmenlərə xaricdən mal idxalı üçün dollar tələb olunur. Düzdür, iyunda Azərbaycanın idxalı ixracını üstələyib. Amma idxal kifayət qədər yüksək olu. Iyun ayında Aərbaycanın idxalı 716 milyon 18.07 min dollar, ixracı isə 772 milyon 527.26 min dollar, saldo isə müsbət 56 milyon 509.19 min dollar təşkil edib. Ümumiyyətlə, yanvar-iyun aylarında idxal əməliyyatları üzrə 4 milyard 47 milyon 231.98 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 13.98% azalmışdır), ixrac əməliyyatları üzrə 3 milyard 821 milyon 461.66 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 38.67 % azalmışdır) ticarət həcmi qeydə alınıb. Yanvar-iyun aylarında saldo mənfi 225 milyon 770.33 min dolları olub.

5.Əhali banklardan əmanətlərini geri götürməkdə davam edir. Əhliyə dollar əmanətlərinin ÿgeri ödəinlməsi məzənnəyə artım istiqamətində təsir edə bilər (Marja).

Əslində dolların məzənnəsinin bu tempdə dəyişməsi manata təzyiqi artırır. Son nəticələr onu deməyə əsas verir ki, dollar manat qarşısında iki ay ərzində 10 qəpik bahalaşıb. Proses belə davam edəcəksə, bir neçə ay sonra dolların kursu 1.80, gələn ilin əvvəlinə isə 2 manata bərabər ola bilər.

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyevin fikrincə, MB-nin üzən məzənnə siyasəti qısa müddət ərzində milli valyutanın daha altı faiz dəyərdən düşməsiylə nəticələnib. N.Əliyevin sözlərinə görə, əgər büdcənin mədaxil hissəsinə daxil olan vəsaitlərə diqqət yetirilərsə, o zaman hər şey anlaşılacaq: “Büdcəylə bağlı hökumət üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Eyni zamanda hökumət qeyri-neft sektorunda inkişafa nail olacağı ilə bağlı da söz vermişdi. Amma artıq altı ayın yekunlarının təhlili onu göstərir ki, büdcənin gəlir hissəsində ciddi problemlər var. Neft Fondu beş ay ərzində dövlət büdcəsinə 3.8 milyard yatırım etməliydi. Amma o, bunun cəmi 1.8 milyardını yerinə yetirib. Neft Fondunun büdcəyə ödəmələrinə diqqət yetirilərsə, məlum olur ki, son üç ay ərzində Neft Fondu büdcəyə bir qara qəpik də ödəməyib. Fikrimcə, problemin əsas kökü burdadır”.

N.Əliyev vurğuladı ki, büdcə daxilolmalarında ciddi problem yarandığından, borcluluq yaranır. Ekspertin sözlərinə görə, Mərkəzi Bank bu kəsiri aradan qaldırmaq üçün manatın məzənəsinə kəskin dəyişiklik edəcək. Elə bu səbəbdəndir ki, Neft Fondundan iki milyardlıq vəsait büdcəyə daxil edilmir: “Istisna deyil ki, manatın məzənnəsi qısa müddət ərzində bir dollar iki manat olsun. Manatın növbəti devalvasiyasının iki manatdan yüksək olacağı daha inandırıcıdır, nəinki aşağı. Bu siyasət davamlı xarakterli olacağı halda manat daha bir zərbə alacaq. Əhalinin, maliyyə və qeyri-maliyyə təşkilatlarının banklardan vəsaitləri geri çəkməsi daha geniş vüsət alacaq. Ölkənin çökmüş bank sistemi daha da çökəcək, ölkənin kreditləşməsi tamamilə dayanacaq. Işgüzar mühit daha böyük zərbə alacaq və biz daha böyük çətinliklərlə üz-üzə qalacağıq. Bu siyasət kökündən yanlışdır. Bu siyasət ölkənin əhalisini, iqtisadi sahədə fəaliyyət göstərən müəssisə və təşkilatları milyardlarla vəsaitdən məhrum edir. Bu siyasətin heç bir perspektivi yoxdur. Nə qədər gec deyil bu siyasətdən imtina etməlidirlər”.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam